Sərxan Sərxan VƏTƏNŞÜVƏN-lərə cavab verdi
Mədəniyyət30 iyun 2021 00:46
"Təxminən bir saat yarım davam edən müsahibədə incəsənətdən, kinodan, musiqidən danışmışam. Görünür jurnalistə bunlar lazım deyildi. Onun hədəfi yalan sözlər yazıb, sensassiya qurmaq idi. Məqsədinə də çatdı. Görürsünüz ki, bütün insanlar hamı bu müsahibədən danışır. Mən rayon-şəhər ayrı seçkiliyi salan insanam? Guya mən demişəm ki, rayonlular konsertə getmirlər, çünki başa düşmürlər. Bu nə sözlərdir?! Elə şeylər yazıb ki..Mən sanballı sənətçiyəm, kişiyəm. Bir çoxu da o müsahibəyə inanır, mövzu tapıblar danışmağa, utanmırlar?!"
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Sərxan Sərxan bildirib. O daha sonra əlavə edib.
"Mən heç vaxt milləti rayonlu-şəhərli deyib bölməmişəm. Mənim Moskvadakı dostlarımın çoxu rayondan çıxan uşaqlardır. O vaxtlar da deyirdim ki, milləti rayonlu və şəhərlilərə bölməyin. Özüm bu məsələlərə həssaslıqla yanaşan biriyəm. Biz hamımız Azərbaycanlıyıq, dünyanın hansı yerində oluruqsa olaq. Biz müsahibədə musiqi ilə bağlı mövzulara toxunmuşuq. Ümumi dedim ki, konsertlərə heç kim gəlib-getmir, heç konsert təşkil edən də yoxdur. Filarmoniyada estrada yoxdur, ancaq klassik musiqi var. Lap əvvəllər isə estrada var idi, artistləri göndərirdilər rayonlara, şəhərlərə, konsertlər təşkil edib, biletləri satırdılar. İndi isə bu kimi hallar yoxdur. Bax bu mövzuda söhbətimiz olub. Toydan danışanda isə dedim ki, o vaxtlar o qədər də toylar geniş vüsət almamışdı. Çünki Bakıda azərbaycanlı az yaşayırdı, 50 faiz, qalan faizi rus, erməni, yəhudi və s. millətin nümayəndələri idi. Heç vaxt deməmişəm ki, bu toy ifaçısıdır, toy musiqiçisidir. Bəs onlar hardan qazansınlar? Ona görə də həmin müğənnilərin toy mahnıları daha tələbatlıdır. Heç kimin onları qınamağa haqqı yoxdur. Rayon-şəhər söhbətinə qalanda isə, özüm şahidi olmuşam ki, 1990-cı illərdə Bakıya gələnlər semiçkanı çırtlayıb, siqareti çəkib atırdılar şəhərə, indi isə bir baxın şəhərə. Bir dənə də yerdə semiçka qabığı, siqaret kötüyü yoxdur, hər yer təmizdir. O rayonlular şəhər adamı olublar. Bu prossesdir, məni də indi Parisə yollasan, onların gözündə rayonlu olacağam. Deyəcəklər ki, Moskvadan gəlib. Mən dəli deyiləm ki, belə söz deyim. Belə çıxır ki, rayonlu birinci növdür, şəhərli ikinci növ. Bu nə deməkdir? Biz hamımız Azərbaycanlıyıq. Axtarsaq hamımızın kökləri rayondan, kənddən gəlib. Bu cür jurnalistlər məni məcbur edirlər ki, bundan sonra heç kimə müsahibə verməyim. Sözləri çevirirlər, utanmırlar? Bakıya gəlib bu məsələni aydınlaşdıracağam, mənim əlimdə o saytı və jurnalisti tapmağa imkanlar var. Qoy mənim gözümün içinə baxsın! Mənə müsahibə üçün yalvarırdı. Biz deyirik ki, erməni düşməndir, bu cür düşmənlər bizim aramızdadır. Camaatı mənim üstümə qaldırıb, mənə qarşı çevirirlər. Utanmırlar. Düzdür, əsəbləşib deyirəm, bəlkə də heç o qızın günahı yoxdur. Ola bilsin ki, o yazını gətirib, redaktorumu, yaxud kimsə başqa adam çap edib. Mən inanmaram ki, o bu cür biabırçı yazılar yazsın" deyə sənətkar bildirib.
Oxşar xəbərlər
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
