BDU-nun rektorunu öncə döyüb, sonra güllələdilər..
Azmarka.az oxucular tərəfindən böyük maraqla qarşılanan "Tarix dərsi" adlı layihəsini davam etdirir. Məlumat üçün bildirək ki, bu layihə çərçivəsində Azərbaycan tarixinin yaxın və ya uzaq dövründə baş verən, haqqında geniş kütlələrin bir o qədər də məlumatı, yaxud təfərrüatlı bilgisi olmayan hadisələrə işıq tutacağıq.
"Tarix dərsi" layihəsində bu dəfə qurulmasında fəal iştirak etdiyi Sovet hakimiyyəti tərəfindən güllələnən daha bir şəxsiyyətin dəhşətli taleyinə işıq tutacağıq.
***
1937-ci ilin qanlı və qorxunc repressiyası Azərbaycanda işğalçı Sovet hakimiyyətinin qurulmasında, yaxud möhkəmlənməsində iştirak etmiş şəxslərdən də yan keçməmişdi. Necə deyərlər, "inqilab öz balalarını yeməyi" də unutmamışdı.
Buna nümunə olaraq gənc yaşlarında Kommunist Partiyası sıralarına daxil olan və indiki Bakı Dövlət Universitetinin, o vaxtkı adı ilə Azərbaycan Dövlət Universitetinin (ADU) 1935-1937-ci illərdə rektoru postunu tutmuş Balabəy Həsənbəyovu göstərməık olar.
1899-cu ildə Gəncədə anadan olan, Moskvada Qırmızı Professorlar İnstitutunda təhsil alan Həsənbəyov sovetləşməyə böyük ümid bəsləyənlərdən biri idi, ADU rektoru təyin edildikdən sonra isə ölkənin ilk ali məktəbində “siyasi tərbiyə” işinə xüsusi əhəmiyyət verirdi.
Nəticədə bu universitet elm ocağı olmaqdan çıxır, böyük sürətlə Kremldən diqtə olunan “ideoloji-siyasi tərbiyə sistemi”nin parçasına çevrilirdi.
Lakin sonda Həsənbəyobun özü də "qırmızı terror" qurbanı olmaqdan qurtula bilmədi.
Tarixçi Ziya Bünyadovun “qırmızı terror” adlandırdığı 1937-ci il repressiyasına dair araşdırmasından belə görünür ki, 1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsinə 1919-cu ildə, yəni 20 yaşında Azərbaycan K(b)P-nin üzvü olmuş Balabəy Cabbar oğlu Həsənbəyov haqqında arayış daxil olub.
Arayışda deyilirdi: “Tixomirov (Partiya Tarixi İnstitutunun direktoru və repressiya qurbanı - E.Ş) və Çiçikalovun (ADU-nun müəllimi, professor və repressiya qurbanı) ifadələrindən müəyyənləşdirilmişdir ki, onlar Həsənbəyovla əksinqilabi trotskiçi əlaqədə olmuşlar. Həsənbəyov müxtəlif məsələlər üzrə partiyanın yeritdiyi xəttə əksinqilabi trotskiçi böhtanlar atmışdır.
Tixomirov göstərmişdir ki, 1936-cı ildə Həsənboyov marksizm-leninizm institutunun işçilərinin və tələbələrinin partiya iclasında əksinqilabi trotskiçi kimi çıxış etmişdir.
Həmçinin aydın olmuşdur ki, Həsənbəyov universitetdə millətçi əhval-ruhiyyəli şəxslərdən – Ağamir Məmmədov, Heydər Verdiyev, Abdullayev və başqalarından ibarət bir dəstə yaratmışdır.
Göstərilənlərə əsasən B.C.Həsənboyov həbs edilməli və Azərbaycan SSR CM-nin 72-73-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Elə bu arayışın verildiyi gündəcə Balabəy Həsənbəyov həbs edildi.
Bundan təxminən üç ay sonra, 1937-ci il aprelin 16-da “XDİK orqanları tərəfindən tutulmuş partiya düşməni və əksinqilabi trotskiçi” kimi 20 yaşında üzvü olduğu partiyanın sıralarından çıxarıldı.
Həbs edildiyi günün ertəsi – yanvarın 29-da birinci istintaqda Həsənbəyovdan “əksinqilabi millətçi təşkilatın üzvü” olduğunu etiraf etməsi istənildi. O isə bundan imtina edərək ittihamı rədd elədi.
İstintaqdan çıxarış:
“Axtarış zamanı sizdən əksinqilabçı Trotskinin əsərlərindən götürülmüş sitatlar tapılmışdır. Bunlar kim tərəfindən yazılmışdır?”.
Cavab: “Özüm yazmışam”.
Müstəntiq: “Nə üçün?”.
Cavab: “Bunlar mənə 1931-ci ildə yazdığım “Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi” adlı elmi işim üçün lazım olmuşdur”.
Müstəntiq: “Bəs bu sitatları sonra nə üçün saxlamışdınız?”.
Cavab: “Sadəcə olaraq onlara fikir verməmişdim”.
Müstəntiq: “Cavabınız bizi qane etmir. İstintaq sizin əksinqilabi sənədlər saxladığınızı müəyyən etmişdir. Bizə məlumdur ki, siz 1936-cı ilin əvvəllərində marksizm-leninizm institutunda keçirilən partiya yığıncağında xalqımızın rəhbəri Leninə və Stalinə qarşı əksinqilabi çıxışlar etmişsiniz. Bunu boynunuza alırsınızmı?”.
Cavab: “Rədd edirəm”.
Müstəntiq Həsənbəyova başqa bir müttəhim – Tixomirovun ifadəsini xatırladır.
Bu zaman ADU-nin keçmiş rektoru belə cavab verir: “Partiya iclasında mənə irad tutdular ki, mühazirələrimdə Lenin və Stalinin əsərlərindən az sitatlar gətirirəm. Mən isə onlara cavabımda dedim ki, məsələ sitatlarda deyil, onun mahiyyətindədir, əsaslandırılmasındadır. Axı hamı çalınan bir havanın altında oynaya bilməz. Bu cavabımla mən xalqımızın rəhbəri Lenin və Stalinə qarşı heç bir əksinqilabi mövqedə olduğumu etiraf edə bilmərəm”.
Haşiyə: Həsənbəyov barədə tədqiqatlardan belə məlum olur ki, 1936-cı ilin sonlarında Azərbaycan SSR Xalq Maarif Komissarlığının xüsusi komissiyası ADU-nun fəaliyyətini təftiş etməyə başlayır. Yoxlamalar nəticəsində universitetdə “ciddi nöqsanların aşkarlandığı” qeyd edilir, universitet rəhbərliyinin yarıtmaz fəaliyyətinə diqqət çəkilir. Bu təəccüblüdür. Çünki universitet marksizim-leninizmin əsaslarının öyrənilməsi və təbliğinə xüsusi diqqət ayırırdı. Belədə onun rəhbərliyinin fəaliyyəti niyə yarıtmaz hesab olunmuşdu?
Bu suala istintaq materiallarından cavab tapmaq olar. Həmin materiallardan belə görünür ki, Həsənbəyov sovetləşməyə böyük ümidlər bəsləsə, kommunizmə dərin inamla yanaşsa da, təbiəti etibarilə “kor-koranə” itaətçi deyildi, elə , istintaqa söylədiyi “Partiya iclasında mənə irad tutdular ki, mühazirələrimdə Lenin və Stalinin əsərlərindən az sitatlar gətirirəm. Mən isə onlara cavabımda dedim ki, məsələ sitatlarda deyil, onun mahiyyətindədir, əsaslandırılmasındadır” sözləri də bunu təsdiqləyir.
Qeyd edək ki, Balabəy Həsənbəyov dörd dəfə dindirilib. Ancaq bütün dindirmələrdə özünə qarşı ittihamları rədd eləyib. Odur ki, rektordan "etirafedici ifadə" ala bilməyən istintaq orqanının universitet rəhbərinə işgəncə verməkdən başqa əlacı qalmır.
Həsənbəyov olmazın fiziki əzablarla üzləşir, dəfələrlə döyülür.
Bu işgəncələrdən sonra rektor "cinayətini" boynuna almaq məcburiyyətində qalır.
Beşinci dindirməyə dair materiallardan: “6 aydan çoxdur ki, özümün əksinqilabi trotskiçi və əksinqilabi millətçi təşkilatlarda iştirakımı boynuma almayaraq istintaqa qəti müqavimət göstərdiyimi etiraf edirəm. Lakin indi Kommunist Partiyaslı, Sovet hökuməti və sovet xalqı qarşısında əksinqilabi mübarizədən əl çəkərək hər şeyi açıb söyləməyi qərara aldım… Boynuma alıram ki, mən əksinqilabi trotskiçi və əksinqilabi millətçi təşkilatların üzvü olmuşam… Əksinqilabi trotskiçi təşkilata mən 1936-cı ilin əvvəllərində trotskiçi Çiçikalov tərəfindən cəlb olunmuşam”.
Həsənbəyov hətta “etiraf etməli” olur ki , 1936-cı ilin yazında Çiçikalov ona əksinqilabi trotskiçi təşkilat tərəfindən Kalininə (1922-ci ildən 1938-ci ilədək SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri - E.Ş), Voroşilova (1925-ci ildən 1940-cı ilədək SSRİ-nin hərbi naziri - E.Ş) və Bağırova (1933-cü ildən 1953-cü ilədək Azərbaycan KP MK-nın I katibi - E.Ş) qarşı terror hazırlandığını söyləyib. Arxasınca isə onu da "etiraf" edir ki, “mən Çiçikalovun terrorist görüşlərdə şərik idim və terroru Kommunist Partiyasına və Sovet hökumətinə qarşı mübarizə vasitələrindən biri hesab edirdim”.
Altıncı istintaqda isə Həsənbəyov “əksinqilabi millətçi təşkilata 1936-cı ilin baharında Mirzə Məmmədov tərəfindən cəlb olunduğunu” söyləməyə məcbur olur.
Müstəntiqin reaksiyası: “İstintaq müəyyən etmişdir ki, üzvü olduğunuz əksinqilabi millətçi təşkilat öz qarşısına Azərbaycanın SSRİ-dən ayrılması vəzifəsini qoymuşdur. Bu barədə niyə susursunuz?”.
Keçmiş rektorun cavabı: “Mənə bu barədə Mirzə Məmmədov danışmışdır”.
Nəhayət, 1937-ci il oktyabrın 11-də, saat 17:45-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasında Balabəy Həsənbəyovun bağlı məhkəmə iclası keçirilir. O, burada özünü ittiham olunduğu maddələrlə özünü “günahkar bilir”, son sözdə isə sadəcə, cəzasının yüngülləşdirilməsini xahiş edir.
Cəmi 15 dəqiqə çəkən məhkəmədə Həsənbəyov ən ağır cəzaya – güllələnməyə məhkum edilir. Ertəsi gün isə güllələnir. Cəmi bir gün sonra isə güllələnir.
Beləliklə, erkən yaşlardan Sovet hakimiyyəti uğrunda mübarizəyə qoşulan B.Həsənbəyov elə həmin hakimiyyət orqanı tərəfindən öncə döyülərək “cinayətkar” olduğunu etiraf etməyə məcbur olur, sonra da aradan götürülür.
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
6 aprel 2026 23:04
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
6 aprel 2026 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
6 aprel 2026 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
6 aprel 2026 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
6 aprel 2026 11:46
- Hər axşam qatıq yeməyin FAYDALARI
5 aprel 2026 22:16
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
5 aprel 2026 19:39
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
5 aprel 2026 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
5 aprel 2026 15:12
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
