“Qızımı zorla almağa çalışır...” - Deputatın xanımı
Milli Məclisin deputatı Ramil Həsənlə Vəkillər Kollegiyasının sədr müavini arasında yaşanan insidentlə bağlı video sosial şəbəkələrdə böyük qalmaqala səbəb olub. Belə ki, ötən həftə Ramil Həsən və vəkil Muxtar Mustafayev məhkəmə icraçısının da iştirakı ilə həyata keçirilən proses zamanı mübahisə etməyə başlayıblar və mübahisə qarşılıqlı təhqirlərlə müşayiət olunub.
Deputatın xanımı Katya Həsən məsələylə bağlı qadinkimi.com saytına müsahibə verib. NUH.az həmin müsahibəni təqdim edir:
- Katya xanım, nə baş verir?
- Altı ildi göz bəbəyim kimi baxdığım, böyütdüyüm qızımı atası məndən almaq istəyir.
- Bunu niyə etsin? Əvvəl də buna cəhd edib?
- Yox, əvvəl yəni Ramil bəylə evliliyimə qədər cəhd etməyib. Üç il qızımı tək böyütmüşəm, ailəmin bacımın, anamın köməyi ilə. O isə biz ayrılandan sonra hökumətdə təmsil olunan bir ailənin qızı ilə evlənib. Həmin qadının uşağını övladlığa götürüb. Mən onun həmin qadınla münasibətini öyrənəndə biz bir yerdə yaşayırdıq, artıq hamilə idim. Qadınlıq qürurum yol vermədi, öz evimizə geri döndüm. Ramil uzun illər Moldovada işləyib. Onunla tanış olduğumuz vaxtdan qızımın atası başladı bizi izləməyə. Hardasa kafedə otururduq, mühafizəçiləri gəlib Ramilə hədə-qorxu gəlirdilər. Məndən və qızımdan uzaq durmasını deyirdilər. Mən Ramildən heç nə gizlətməmişəm. Tanışlığımızın ilk günlərindən ona problemli bir "atamız” olduğunu demişdim. O isə geri çəkilmədi, qorxmadı, bizi qorudu. Ramil millət vəkili seçiləndən sonra Bakıya köçməyi planlaşdırırdıq. Qızımın atası da bunu təxmin edirdi. Uşağı məndən almaq üçün məhkəməyə müraciət etdi və Moldova məhkəməsi onun xeyrinə qərar çıxartdı. Mən də uşaqlarımı götürüb Azərbaycana köçdüm. Artıq ikinci övladım oğlum da doğulmuşdu.
- İcazə sənədi olmadan uşağı sərhəddən necə keçirdiniz?
- Bizdə valideynin rəsmi icazə sənədi tələb edilmir. Ona görə də əngəlsiz uçub Bakıya gəldik.
- Məhkəmə hansı əsasla uşağın ataya verilməsi qərarını çıxardı?
- Qərarda yazılıb ki, ananın ikinci övladı olduğu üçün birinci uşağa baxmağa vaxtı qalmır deyə, uşaq ataya verilsin. Siz belə bir absurd əsas eşitmisiz? Mən işləmirəm, uşaqlarımın ikisinə də bütün vaxtımı ayırıram. Ailə şəraitimiz yaxşıdı, sıxıntımız yoxdu, uşaq heç bir korluq çəkmir. Bütün ekspertiza sənədlərim qaydasındadı. Övladı anadan yalnız o zaman almaq olar ki, ananın pis vərdişləri və ya psixi problemi olsun, uşağın böyüməsi üçün şəraiti olmasın və s. Bütün yoxlamalardan keçmişəm, hər şeyə baxılıb incələnib. Heç bir problem yoxdu. Harda görünüb ki, anadan səbəb olmadan zorla övladı alsınlar?
- Qızınızın atası Almari Vael Süleyman kimdi, nəçidi?
- Kürd kökənli Britaniya vətəndaşıdı. Moldovada yaşayır. Nəçi olduğunu bilmirəm, çox imkanlıdı, amma heç vaxt hansı bizneslə məşğul olduğunu demir. Bir neçə ölkədə axtarışda olduğunu da həmin ölkələrdə şikayətçi olan insanların vəkilindən öyrənmişəm. O, məni tapıb Almarinin axtarışda olduğunu bildirib. Buna baxmayaraq heç vaxt övladı ilə görüşünə mane olmadım. Onunla ortaq məxrəcə gəlmək üçün hər cür danışığı sınamışam. Saatlarla mən və Ramil onunla söhbət etmişik. Faydası yoxdu. Uşağı məndən almağı qarşısına məqsəd qoyub. Qızımı əlimdən alsa, necə yaşayaram? Bunu təsəvvür edə bilmirəm. Məni İnterpola verib, deport etdirmək istəyir, qızımı zorla almağa çalışır. İllərdi bu zülmü bizə yaşadır. Stressdən günlərlə ağlamışam. Uşağım nə qədər sarsıntı keçirib.
- Bəs məhkəmə o cür qərarı necə çıxarıb, buna mister Vael necə nail olub, sizcə?
- Bizdə Moldovada məhkəmə-hüquq, ədliyyə sistemi açıq bazardı. Pulun, əlaqələrin varsa, istədiyin qərarı ala bilərsən. Mən patriotam, ölkəmi çox sevirəm, oradakı bu acınacaqlı durum xalqımız kimi məni də çox incidir.
- Yeni prezidentiniz demokratik yolla seçilən xanım Sandudan sonra heç bir irəliləyiş yoxdu?
-Biz Parlament respublikasıyıq. Parlament isə korrupsionerlərin əlindədi. Xanım Sandunun illərlə kök salan korrupsioner bir sistemə gücü çatmır. Ona görə də parlamentin buraxılması ilə bağlı əmr imzalayıb. Xalq da bu qərarı dəstəkləyir. Sizə bir söz deyim. Bura gələndən sonra dövlətə sədaqət, prezidentə sayğı nə olduğunu görmüşəm. Bizdə belə deyil. Hər parlament üzvü, hər məmur özü üçün bir rəhbərdi. Dövlət maraqları anlayışı yoxdu. Prezidentlə hesablaşmırlar. Mən Ramildən öyrənmişəm - bir deputatın hər yerdə villası olmaya bilər, korrupsiyaya bulaşmaya bilər, dövlətini necə sevmək olar.
- Hesab edirsiz ki, Azərbaycandakı vəziyyət Moldovadakından fərqlidi?
- Həqiqətən elə hesab edirdim. Bura gəlib belə görmüşəm. Ta ki Nəsimi Məhkəməsi bizim xəbərimiz olmadan uşağın məndən alınması ilə bağlı qərar verənə kimi. Evimizə icraçılar əllərində kamera xəbərsiz gəldilər. Burada bəzi media qurumlarında məni və Ramili gözdən salacaq sifarişli yazılar verildi. Onda dəhşətə gəldim. Qızımın atası olan Almarinin Azərbaycanda öz pulu ilə məhkəməyə, mediaya, Vəkillər kollegiyasına nüfuz edə biləcəyini təsəvvürümə gətirə bilməzdim.
- Moldovalı bir qadının gözü ilə ölkəmizə baxmaq yenilik oldu. Bəs növbəti məhkəmə nə zamandı?
- İşə Konstitusiya Məhkəməsində iyulun doqquzunda baxılacaq. Burada konstitusion hansı məqam olduğunu da anlamıram. Mən Azərbaycana sığınmışam. Ümid edirəm bütün insan haqları kodekslərinə, Beynəlxalq Uşaq Konvensiyasına görə tanınan analıq haqqı Azərbaycanın ədalət məhkəməsində yerini alacaq.
Sizcə, mister Vael qızını sevir?
-… Çox yaxşı sualdı… məndən bunu heç kim soruşmayıb. Düşündürdüz…Yəqin sevir, yəqin bütün valideynlər övladlarını sevir. Sevgi nədi? Mənə görə qayğı, incitməmək…uşağa yaşadılan bu şeylər sevgidirsə…bilmirəm, Aysel xanım, bilmirəm…
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 2026 22:40
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
