“Qaçaq Nəbinin saxlanıldığı kamerada yatanda ..."
“Məni Şuşa türməsindən çıxarıb Gorus türməsinə apardılar və gördüm ki, bina tam təmir olunub, ancaq bir kameranın çarpayıları çox nimdaş idi, içəri pis vəziyyətdə, divarlar uçuq, suyu da yox idi. O kamerada iyirmi gün qaldım və həmin çarpayıda yatdım”.
Bunu Moderator.az-a açıqlamasında altı il yarım erməni girovluğunda qalan Dilqəm Əsgərov deyib. D.Əsgərov Şuşa və Gorus türməsiylə bağlı maraqlı hadisələri bizimlə bölüşüb:
“Qaçaq Nəbi Şuşa türməsində çox az yatıb, hardasa bir ay. Sonra Nəbini Gorus türməsinə aparıblar. Məni Şuşa türməsindən çıxarıb Gorus türməsinə apardılar və gördüm ki, bina tam təmir olunub, ancaq bir kameranın çarpayıları çox nimdaş, içəri pis vəziyyətdə, divarlar uçuq, suyu da yox idi. O kamerada iyirmi gün qaldım və həmin çarpayıda yatdım. Çarpayının üstünə bir köhnə döşək də atmışdılar. Onda türmə rəisi gəldi və soruşdu ki, “Əsgərov, vəziyyət necədir?” Mən də özümü sındırmadım, dedim ki, hər şey yaxşıdır. Türmə rəisi dedi ki, “Əsgərov, bilirsən bu kamerada vaxtilə Qaçaq Nəbi də yatıb”. Dedim ki, ona görə kameranı təmir etmirsiniz? Dedi ki, “bilmirəm, heç kəsin marağı yoxdu kameranı təmir etməyə”. Yəni kamera necə olub bu günkü günə qədər də elə saxlanılıb. Nəbi orda hardasa 3 il yatıb. O kamerada ermənilərlə mübahisəm düşdü, məni təhqir etdilər və dedilər ki, “siz millət deyilsiniz, yeriniz ancaq buradır”. Mən də onlara başa saldım ki, siz səhvsiniz, bu kamerada Nəbi yatıbsa, bura Azərbaycanın olub. Dərələyəz mahalının tarixini dedim ki, çox yaxşı bilirəm. Dərələyəz Dərə və ələyəz sözlərindən götürülüb. “Ələyəz” çox yeməli bir bitki adıdır. Buranın Qaçaq Səfəralı kimi güclü qaçaqları olub. Bu sözlərdən sonra ermənilərdən biri qolumdan tutdu və o birisi təpiklə sinəmə vurdu, daha sonra sifətimi divara vurdular. O qədər də yemək vermədilər.
Gorusdan sonra məni İrəvana türməyə apardılar. Türmədə heç kəs yox idi, tamamilə boş idi. Məni saxladıqları kameranın qapısını təmir edib, qapıya silahlı gözətçilər qoydular. Axşam saatlarında 50-100 nəfərə yaxın adam gəldi və pəncərədən baxıb deyirdilər ki, “Əsgərovdur, azərbaycanlı diversantdır, siz millət deyilsiniz” kimi sözlər işlədirdilər. Hiss olunurdu ki, onlar küçə adamları deyil. Daha sonra məni yenidən Gorusa, həmin türməyə qaytardılar və ordan yenidən Xankəndi türməsinə və ordan bir də İrəvana qaytarıb ruslara təhvil verdilər.
Şuşa türməsindən qaçmaq mümkün deyil. Türmənin içi də mən orda olanda pis vəziyyətdə idi. Üç ay elə qaldım və daha sonra Qırmızı Xaç Komitəsindən gəldilər və kameranı təmir etdirdilər. Mən Şuşa türməsindən çıxan günü artıq bildim ki, bizi aparırlar. Kameranın yuxarı hissəsinə D hərfi yazdım və ayaqyolunun yanında bir boru var idi ki, onun da içinə məktublar yazıb qoymuşdum. Bilirdim ki, bizim hərbçilər ora girəcəklər. Bir müddət öncə sosial şəbəkələrdə gördüm ki, həmin borunu sındırıb çıxarıblar, yazdığım yazıları da yayımlayıblar. Əsgərlərimiz sağ olsunlar. Bizim hərbçilər yatdığım kameranı çəkiblər və yazdığım D hərfindən də danışıblar”.
Qeyd edək ki, AzTV Şuşa türməsindən reportaj hazırlayıb və türmədə həmçinin Qaçaq Nəbi kimi tarixi şəxsiyyətlərin yatdığını da bildirib.
Oxşar xəbərlər
- Terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb, 4-ü axtarılır - Fotolar
23 mart 2024 14:05
- Fəraməz Maqsudovun evini alt-üst edənlər kimlərdir? - Nəvəsindən şikayət
9 mart 2024 13:52
- Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər saxlayıb
28 fevral 2024 17:12
- Tovuzda Xızır Nəbi bayramı xüsusi olaraq qeyd edilir - FOTO
11 fevral 2024 17:39
- Sülhməramlılar yoxa çıxıb: Öldüsü-qaldısı bilinmir - MÜƏMMA
5 fevral 2024 17:40
- Azərbaycanlı qadın iş adamı olan 37 yaşlı ərini vəhşicəsinə öldürdü - FOTO
4 yanvar 2024 17:16
- Telefonu yanına qoyub yatanlara ŞOK - Gecə görün nələr baş verir
17 dekabr 2023 13:40
- Bakıda 38 yaşlı kişi məktəbli qızı qaçırdı, kirayə qaldığı evdə... – Şok
13 dekabr 2023 02:10
- Görkəmli elm xadimi Baxış Hüseynov - Səbirə Ələkbərova yazır
17 noyabr 2023 16:19
- Lütfiyar İmanovun oğlu -Polad Bülbüloğlunun atama etdiyini heç düşmən də etməz
29 sentyabr 2023 12:15
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya