“Böyrəyim oğluma köçürüldükdən sonra temperaturu yüksəldi” - Qazi anası
Vətən Müharibəsinin iştirakçısı, Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edən Aqşin Əlizadənin səhhətinə problem yaranıb.
Anası Yeksarə Səfərova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 1994-cü il təvəllüdlü Əlizadə Aqşin Eyvaz oğlu hərbi xidmətini Naxçıvan Muxtar Respublikasının “N" saylı hərbi hissəsində kəşfiyyat bölüyündə keçib və leytenant hərbi rütbəsi alıb. A.Əlizadə 2020-ci il sentyabrın 21-dən təlimlərə cəlb olunub, sentyabrın 27-dən işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda zabit kimi döyüşlərə qatılıb. Yanvarın əvvəllərində hərbi xidmətdən tərxis olunduqdan sonra onun üzü, əlləri, ayaqlarının şişmiş vəziyyətdə olduğu aşkar olunub. Həkimə müraciət etdikdən sonra ona kəskin böyrək çatışmazlığı diaqnozu qoyulub. Məlum olub ki, soyuqlamadan sonra 2-3 ay ərzində müdaxilə olmadığına görə böyrəkləri tamamən sıradan çıxıb. Həkimlər Aqşin Əlizadəyə böyrək köçürülməli olduğunu bildirib, atası və anası donor olmaq üçün müraciət ediblər. Y.Səfərova qeyd edir ki, Aqşinin atasının səhhətində bəzi problemlər olduğuna görə onun böyrəyinin köçürülməsinə qərar verilib: “Analizlərə 4-5 min manatdan çox xərcimiz çıxdı. İndi 12 min manat təşkil edən əməliyyat xərcini ödəyə bilmirik. Daha sonra dövlət rəhbərliyinə, Prezidentimizə və onun xanımı hörmətli Mehriban Əliyevaya müraciət etdik. Çox sağ olsunlar, əməliyyat xərcinin ödənməsi üçün vəsait ayrılmasına göstəriş verdilər. Buna görə bir ömür boyu onlara borcluyuq. Mənim böyrəyim oğluma köçürüldükdən sonra Aqşində temperatur yüksəldi, ishal, qusma başladı. Analizlər etdikdə qanından kreatinin normadan çox yüksək olduğu aydınlaşdı. Uzun müddət oğluma evdə müalicələr təyin olundu. May ayının əvvəllərində vəziyyəti kəskinləşdi, koronavirusa yoluxdu, sağaldıqdan sonra yenidən temperaturu yüksəlməyə başladı, iştahsızlıq, ishal yarandı”. A.Əlizadənin anası bildirir ki, bu dəfə də müalicəyə 4 min manat xərc çıxandan sonra pulları bitdiyi üçün onu evə gətiriblər: “Bu dəfə bütün bəlaların üstünə qan azlığı da əlavə olundu. İndi yenidən məcburən Mərkəzi Klinik Xəstəxanaya yatırmışıq, gündə bir dənə iynəsinə 800 manat ödəyirik. Son bir ayda 10 min manata yaxın xərcimiz çıxıb. Artıq bütün imkanlarımız tükənib, borc alınması mümkün olan hər kəsdən borc almışıq. Yoldaşım da, mən də müəllimlik qazancımızla gündə min manata yaxın xəstəxana xərclərini qarşılamaq mümkün deyil. İndi də oğluma qoyulan böyrəyin ayrılmasından qorxuruq. Buna görə də Aqşini Türkiyəyə aparıb, orada müayinə etdirmək istəyirik. Amma əlimizdə heç nə qalmayıb. Ümidimiz yenə də dövlətimizə, xalqımızadır. İnanırıq ki, dövlətimiz, xeyirsevər xalqımız erməni gülləsinin yan keçən balamın əlimizdən getməsinə imkan verməyəcək”. Aqşin Əlizadə Vətən Müharibəsində iştirakına görə “Döyüşlərdə fərqlənməyə görə” medalı və Fəxri fərmanla təltif olunub.
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
