Keçmiş deputat məhkəmədə qardaşını satdı
Mədəniyyət8 iyul 2021 02:01
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Rafael Cəbrayılovun işi üzrə sabah növbəti məhkəmə prosesi keçiriləcək.
HİT.Az-ın məlumatına görə, sabahkı prosesdə zərərçəkənlər ifadə edəcək. Eyni zamanda, onların şikayətlərini geri götürüb-götürməmək istədikləri soruşulacaq. Adının çəkilməsini istəməyən zərərçəkənlərdən biri açıqlamasında bildirib ki, onlar şikayətlərini geri götürmək niyyətində deyillər:
"Biz sona qədər mübarizəmizi davam etdirəcəyik. Rafael Cəbrayılov neçə ildir ki, bizi yollarda qoyub. O bizdən qəpik-quruş almayıb ki, şikayətimizi geri götürəcək. Külli miqdarda pulumuzu mənimsəyib. Biz o pulları borc götürüb Rafael Cəbrayılova vermişik. Ona görə də pulları qaytarmağı tələb edirik və edəcəyik”.
Əldə etdiyimiz başqa bir məlumata görə, ötən prosesdə Rafael Cəbrayılov baş verənlərə görə qardaşı Elşən Cəbrayılovu ittiham edib. Keçmiş deputat iddia edib ki, borc aldığı şəxslərin pullarını qardaşı mənimsəyib.
Rafael Cəbrayılov həmçinin bildirib ki, digər qardaşı Rauf Cəbrayılov və bacılarının əmlaklarını o alıb.
"Rafael Cəbrayılov dedi ki, onların əmlakı olmayıb. Onun sözlərinə görə, guya onları ev-eşik və var-dövlət sahibi edən özü olub. İndi o, həmin əmlakları geri tələb edir. Deyir ki, qaytarsınlar, satıb borclu olduğum şəxslərin pulunu verim”, - deyə mənbə bildirib.
Rafael Cəbrayılovun işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Keçmiş deputat onlardan toplam olaraq 2 milyon 571 manat pul alıb.
Milli Məclisin III, IV və V çağırış (2005-2019) deputatı olmuş Rafael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
Oxşar xəbərlər
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
Xəbər lenti
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
