Özünü Jalə Əliyevanın köməkçisi kimi təqdim edərək... - Film kimi..
Özünü Milli Məclisin deputatı Jalə Əliyevanın köməkçisi kimi təqdim edərək MİDA-dan ev almaq vədi ilə insanları aldadaraq dələduzluq edən 24 yaşlı Nərgiz Əliyevaya (şərti) ikinci dəfə hökm oxunub.
1997-ci il təvəllüdlü N.Əliyeva ötən ilin noyabr ayında elə dələduzluğa görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
Məhkəmədə ifadə verən Nərgiz Əliyeva bildirib ki, Mədəniyyət və İncəsənət Universitetində oxuyan zaman qrup yoldaşı Fəridənin bacısı Aynur ona müəllimlərindən biri, Milli Məclisin deputatı Jalə Əliyeva haqqında danışıb: "Mənə deputatın nömrəsini də vermişdi. Deyirdi ki, Jalə xanım çox mehriban biridir və tələbələrə kömək edir. Mən də fikirləşdim ki, o, kömək etmək məqsədilə məni yanında işə götürər. Feysbukda özümə "Nazrinka A-va” adlı hesab açdım və iş yerimə "Milli Məclis” olaraq qeyd etdim. Bundan sonra tanışlar mənə yazdı və onlara Jalə Əliyevanın köməkçisi olduğumu dedim.
Yasamal rayonunda yerləşən MİDA-da özümə ev almaq istəyirdim. Orada işləyən bir nəfər mənə qanunsuz yolla mənzil almağın mümkün olduğunu dedi. Amma maddi vəziyyətim pis olduğu üçün daha maraqlanmadım. Sonra Fərhad adlı şəxsə ev almaq üçün kömək edəcəyimi deyib ondan 7200 manat pul istədim. Notariusda ondan 1000 manat beh aldım. İkinci görüşdə isə o, mənə 6100 manat verdi. Bundan sonra narahat olmamağı və evi alacağımızı dedim. Vaxt uzandıqda Fərhad məndən səbəbini soruşdu və müharibəni bəhanə gətirərək sistemin işləmədiyini bildirdim. Bir dəfə də anam telefonu götürərək mənim koronavirusdan öldüyümü dedi. Sonra həmin şəxs polisə şikayət etdi”.
Nərgiz Əliyeva 2020-ci ilin noyabrın 18-də Nərimanov rayon məhkəməsinin hökmü ilə dələduzluğa görə 2 il 6 ay həbs cəzası alıb və məhkəmə zalında qandallanıb. Sonradan Fərhadın da şikayəti barədə məlumat daxil olub.
O, məhkəmədə deputat Jalə Əliyevanı şəxsən tanımadığını, yalnız televizorda gördüyünü bildirib.
Məhkəmədə zərərçəkmiş qismində çıxış edən Fərhad Həsənov Nərgizi feysbuk vasitəsilə tanıdığını və ona ev almaq üçün müraciət etdiyini bildirib: "MİDA-nın səhifəsində şərh bölümünə hansı şərtlərlə ev ala biləcəyimi yazmışdım. "Nazrinka A-va” adlı hesab mənə bunun mümkün olacağını dedi. Daha sonra danışdıq və ona 7200 manat pul verdim.
Sonra o xanım mənə bir nömrə verib Jalə xanımın köməkçisi "Nurlana” olduğunu və onunla hər şeyi danışa biləcəyimi dedi. Onunla da danışdıq və sən demə Nərgiz mənə öz nömrəsini verib başqa adla danışırmış.
Pulu iki hissədə "Nazrinka A-va”ya notariusda verdim. O, məsələnin 10 gün içində həll olacağını dedi, amma belə olmadı. Nəticədə mən polisə müraciət etdim. Nərgiz mənə həmin pulun cəmi 1500 manatını qaytarıb”.
Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə Nərgiz Əliyevanın cəzaları birləşdirilərək yekun olaraq 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: Qafqazinfo.az
Oxşar xəbərlər
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
