Xalq yazıçısı sürgündən qayıdanda arvadı ərə getmişdi..
Bu gün Xalq yazıçısı, ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlunun doğum günüdür.
NUH.az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.
Abdullayev Gülhüsen Hüseyn oğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində anadan olub. 3 yaşı olanda ailəsi ilə birgə Bakıya köçdüyündən orta təhsilini burda alır. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
***
1942-ci ildə tələbə ikən bir qrup gənclə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün İldırım təşkilatı yaradırlar. Bu təşkilatı yaradanlar səkkiz nəfər olurlar. Məqsədləri Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, müstəqilliyini əldə etmək, 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi. Təşkilatda daxilində yeganə yazıçı olan Gülhüseyn Hüseynoğlu xalq içində təbliğat işi aparmalı idi.
***
Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna azərbaycanlı olduğunu əsas götürərək məktub yazıb onun da bu təşkilata qoşulmasını istəsinlər. G.Hüseynoğlunun diktəsilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətlə məktub yazır. Ümid edir ki, "Dönməzlər" imzasıyla yazılmış bu məktub əl hərflərilə yazılmadığından, ələ keçsə, xəttini tanımayacaqlar. Səməd Vurğuna qohumları vasitəsilə məktub göndəriləndən bir müddət sonra şair onları ələ verir.
***
1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. Xəttatlıq elmi Sovetlər Birliyində elə inkişaf edibmiş ki, İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar. 9 ay izləyəndən sonra onu həbs edib, işgəncələr veriblər. Ondan sonra Gülhüseyn müəllim və digər təşkilat üzvləri saxlanılır. Bu təşkilatın başçısı Gülhüseyn müəllim idi. Üç nəfərə ölüm hökmü kəsilir. Həyat və ya bəxtləri elə gətirir ki, hökmdən bir-iki gün qabaq SSRİ-də ölüm cəzası ləğv olunur və bunlara ən yüksək cəza olan 25 il həbs cəzası verilir. Hətta Stalin özü bu işdən xəbərdar imiş. Stalin SSRİ DTK-nın sədri Abakumova göstəriş verib ki, tələbələrə 10 il verməzlər. Onlar 10 ildən sonra daha da güclənərək gələcəklər. Onlara maksimal cəza verin ki, gedər-gəlməzə getsinlər, gedib ordan qayıtmasınlar.

Gülhüseyn Hüseynoğlu həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında "İldırım"çılar evlərinə qayıdırlar."
***
Həmin məktubun tam mətni olduğu kimi qalmaqdadır. Rəhmətlik Ziya Bünyadov arxivlərdən yazıçının bütün işini götürüb. Onu “Qırmızı terror” kitabında dərc edib. O vaxt “Ədəbiyyat qəzeti”nin nömrələrində bütün məhkəmə işləri dərc edilib.
***
1956-cı ildə o, tam bəraət alaraq aspiranturaya bərpa edilib, universitetdə müəllim saxlanıb. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olub.
***
Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınan yazıçı otuza yaxın kitabın müəllifidir.
***
Gülhüseyn Hüseynoğlu şairliyi, yazıçılığı ilə yanaşı bütün yaradıcılığını həm də Mikayıl Müşfiqin tədqiqatına həsr edib. O, Müşfiq vurğunu idi. Müşfiqin şeirlərindən çox ilham almışdı. 8 il Sibirin ən şaxtalı, çətin yerlərində olan, qayıtdıqdan sonra heç vaxt əyilməyən o cür möhkəm kişinin yeganə kövrək yeri Mikayıl Müşfiq olub. Çox heyfslənirdi ki, bu cavan yaşında insan bu qədər yaratdı və cavan yaşında da getdi. Yəni, yaşasaydı, daha çox yazıb-yarada bilərdi. Hətta bir dəfə Müşviqi xatırlayarkən ağlayaraq deyib, Müşviq sən indi mənim oğlum yaşındasan.

Onlar o vaxtkı Poluxin, indiki Murtuza Muxtarov küçəsində yerləşən məhkəmə binasında mühakimə olunublar. Məhkəmə binasının qarşısına o qədər adam yığışırmış ki, konvoy onları aparmaq üçün hansı küçə ilə getməyə qərar verməkdə çətinlik çəkib. Camaatın onları qaçırmaması üçün qandalları bir-birinə bağlanıbmış. Hacı Zeynalovla Gülhüseyn müəllimi yan-yana bağlamışdılar. Hacı əlini qaldıranda Gülhüseyn müəllimin və digər mütəhhimlərin də əli qalxırmış.
***
Onlar Sibirin İrkutsk vilayətin göndərilirlər. İlk düşdükləri gün onlara deyilir ki, gecə sizə hücum olacaq, nəyiniz var aparılacaq. O zaman yazıçı deyir ki, bizim əlimizi necə qandalla bağlamışdılarsa, eləcə də biz çemodanlarımızı məftillə, iplə bir-birinə bağlayaq. Gecə hücum olur, dava-dalaş düşür. Hücum edənlər hansı çemodanları dartırlarsa, gəlmir. Çünki hamısını bir-birinə bağlanıbmış.
***
1953-cü ildə Stalin öldükdən az sonra SSRİ Ali Soveti “Amnistiya haqqında” fərman verir. Tələsik Azərbaycanda yenidən məhkəmə qurulub və onlara 5 il cəza kəsiblər. Məhkəmənin qərarı belə olub ki, bu şəxslərin günahı olub, ancaq 5 ildən çox – 7 il keçdiyi üçün evlərinə qayıtmalıdırlar. Kameranın qapısını açıb, onlara amnistiyaya düşdüklərini deyiblər. Bu vaxt Gülhüseyn müəllim kameradan çıxmır. Rus mayor təəccüblənir ki, niyə çıxmırsan? O, “mən tam bəraət istəyirəm. Məni bura günahsız yerə salmısız, mənə belə əfv lazım deyil”, deyir. Gülhüseyn müəllim Azərbaycana qayıtdıqdan sonra buna nail olur. O deyib ki, mən üzərimdə şərti cəza ilə yaşaya bilmərəm. Bir sözü var imiş, deyirmiş ki, mən şairəm, sözümü deyirəm. Sabah bir başqası mənim üzümə vurmasın ki, özünü yaxşı apar, yoxsa təzədən gedərsən.

Yazıçının oğlu müsahibələrinin birində deyir: Atam mənə hər şeyi izah etmişdi. Dedi, oğlum, biz Səməd Vurğuna imzasız məktub göndərmişdik. O vaxt çox çətin illər idi. Səməd Vurğun hardan bilsin ki, bu məktubu ona kim göndərib? Bəlkə fikirləşib ki, onu yoxlamaq üçün elə DTK özü göndərib? Ona görə də mən onu günahlandırmıram. Səməd Vurğun rəhmətə gedəndə onunla vida mərasimi Dövlət Filarmoniyasında keçirilib. Xalq növbəyə durmuşdu. O vaxt bacımın 6 yaşı var idi. Bacım sağdır və danışır ki, hava soyuq idi. Biz 2 saat yarım növbədə durduq. Növbənin ucu-bucağı görünmürdü. Xalq öz şairi ilə vidalaşırdı. Atam mənim əlimdən tutmuşdu. Bilirsiniz ki, sovetin qaydalarına müvafiq olaraq o vaxt vəfat edəni tabuta üzüaçıq, medalları taxılmış kostyumda qoyurdular. Deyir, yaxınlaşanda birdən məni qaldırıb çiyninə qoydu və hirsli şəkildə dedi ki, “bax, bu sifətə yaxşı bax”.
Bacım danışır ki, sonra atamdan bu hərəkətinin səbəbini dəfələrlə soruşum. Deyib ki, balacasan, böyüyəndə deyərəm.
***
Gülhüseyn müəllimin Sibirə göndərilməzdən əvvə ailəsi var idi. Qızı təzə anadan olmuşdu. 1948-ci ildə o, həbs olunanda ADU-nun aspirantı idi. Axundov adına kitabxanada oturub kitab oxuyan vaxt iki nəfər gəlib ordan aparıb. O, həbsdən qayıdanda isə artıq həyat yoldaşı ailə qurmuşdu. Bir müddət keçəndən sonra yazıçı ikinci dəfə ailə qurub. Qızı yaşayan evi isə birinci həyat yoldaşına bağışlayb, o evdən heç nə götürməyib. Bunun səbəbini soruşanda isə belə deyib: “O evdə mənim qızım yaşayır”.
Ancaq qızının oğlunun toyuna getməyib. Bunun səbəbini isə belə izah edib ki, toya getsə, ilk həyat yoldaşını görəcək və onunla salamlaşıb görşüşməyə məcbur olacaq. O, isə bunu istəmir.

Sibirdən qayıdandan sonra onunla heç kim dostluq qurmur, hamı ondan kənar gəzir. Lakin, şair Qabil günlərin birində yazıçı ilə rastlaşır, cibindən üç yüz manat çıxarıb ona bağışlayır.
***
Oğlu atası barədə maraqlı əhvalat nəql edir: Belə bir xasiyyəti var idi ki, heç bizdən – uşaqlarından da minnət götürmürdü. Hətta, paltosu köhnəlmişdi, deyirdim, ata gedək təzə palto alım. Bunu geyinmə, nimdaşdır. Deyirdi ki, yox, mən özümü kimə göstərirəm ki?! Bir dəfə harasa gedirdik, deyəsən hüzr yeri idi. Saçını düzəltdirmək üçün bərbərə gəldik. Paltosunu çıxarıb asdı, oturdu. Bərbər onun saçını düzəldənədək mən tez qaçıb təzə palto aldım, gətirib onun paltosunun yerinə asdım. Çünki bunu açıq-aşkar etmək olmurdu. Bərbərə göz vurdum, köhnə paltonu götürüb kənara atdıq. Eyni rəngdə palto almışdım ki, bilinməsin. Ayağa durdu, təzə paltonu geyindi. Maşında oturub gedirdik, birdən əlini cibinə saldı. Qayıtdı ki, bay, başqasının paltosunu geyinmişəm, qayıt geri. Deyirəm, ata sənindir. Deyir, yox, mənimki deyil. Cibinə baxıb, nəsə tanıyıb. Bu, artıq lap yaşlı vaxtları idi. Deyirəm, ata, qurban olum, mən hədiyyə almışam, qəbul elə. Yəni, xasiyyəti belə idi. Allaha şükür pensiyası özünə çatırdı, hətta nəvələrinə də hədiyyələr alırdı.
***
Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə 89 yaşında vəfat edir.
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
