“Xankəndidəki ermənilərlə birbaşa təmaslarımız var ...” ŞOK
“Son günlər Xankəndidən olan erməni seçicilərimizin bizə müraciəti çoxalıb. Şəxsən ofisimə çoxlu mesaj və məktublar daxil olur. Biz dəfələrlə qeyd etmişik ki, Qarabağda yaşayan emənilər, xüsusilə Xankəndidəki seçicilərimiz erməni əsilli Azərbaycan vətəndaşlarıdır. Biz bu yaxınlarda "Votsap" nömrəsini aktivləşdirdik və ora çoxlu sayda erməni seçiciləri müraciət edirlər”.
Bu sözləri Milli Məclisdə Xankəndini təmsil edən deputatı Tural Gəncəliyev deyib.
Tural Gəncəlliyev bildirib ki, Qarabağda yaşayan ermənilərin onlara müraciəti müxtəlif məsələlərlə bağlıdır. Onun sözlərinə görə, bir qrup erməni əsasən onların gələcəkdə Xankəndidə yaşayışının necə olacağı, Azərbaycan pasportunu necə ala biləcəklərinə dair müraciət edir: "Bəzi qisim suallar isə onların mülkiyyət hüququnun necə olacağı, hazırda yaşadıqları yerdə necə qalıb yaşayacaqlarına dairdir. Biz də bu suallara Azərbaycan qanunlarına uyğun şəkildə cavab veririk. Görürük ki, son zamanlar bizə müraciətlərin sayında çoxalma var. Əslində bu, onu göstərir ki, yaranan reallığı başa düşür, Azərbaycanın suverenliyi çərçivəsində yaşayacaqlarını anlayır və indidən hüquqi, mülkiyyət, insani münasibətlərə dair suallar verirlər”.
Deputat vurğulayıb ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qarabağ iqtisadi rayonunun yaradılması, Xankəndi şəhərinin də məhz bu rayonun tərkibinə daxil edilməsinə dair tarixi fərman verib: “Hesab edirəm ki, Azərbaycanın suveren ərazisində bütün Azərbaycan vətəndaşları sülh və firavan şəkildə yaşayacaqlar. Xankəndinin deputatı olaraq Azərbaycan vətəndaşlarının suallarını və narahatlıqlarını anlayışla qarşılayram, hər birinə cavab verirəm. Həqiqətən də son zamanlar bizə müraciətlərin sayı artıb”.
“Skype”, “Zoom” və digər müasir internet resursları üzərindən Xankəndidəki ermənilərlə birbaşa təmaslar qurub-qurmadığına dair məsələyə gəlincə, deputat belə təmasların olduğunu deyib: “Birbaşa təmaslarımız sözsüz ki, var. Ancaq seçicilərimiz adlarının gizli qalmasının tərəfdarıdırlar. Çünki biz danışdığımız insanların adlarını açıqlasaq, bu, onların təhlükəsizliyinə dair problemlər yarada bilər”.
Deputat Xankəndidə doğulduğunu xatırladaraq bildirib ki, münaqişədən sonra orada olmayıb: “Biz Xankəndi ilə bağlı paylaşımlar da edirik. Buna da normal yanaşmaq lazımdır. Biz Xankəndi daxil olmaqla bütün kənd və şəhərlərimizə dönəcəyik. Bütün bunlar əslində 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulub”.(Teleqraf.com)
Oxşar xəbərlər
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 2026 15:14
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
