"Bizi Alışanovun zülmündən qurtarın, cənab Prezident"
İyunun 16-da Sumqayıt Apellyasiya Məhkəməsində AzTV QSC-nin keçmiş sədri Arif Alışanova sui-qəsddə və ona qarşı dələduzluqda ittiham olunan Şamaxı sakini Şücayət Əkbərovun məhkəməsi keçirilib.
Xatırladaq ki, bu cinayət işi 2018-ci ildən etibarən medianın gündəmində olan ən qalmaqallı məhkəmə çəkişmələrindən biridir. 2018-ci il iyun ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il və Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarıyla Şücayət Əkbərovun cəzası 18 ildən 16 ilə, Zöhrab Şirinovun cəzası isə 16 ildən 14 il 6 aya endirilib. Qoçəli Cəbiyev həbsxanada vəfat edib, Zöhrab Şirinov isə xərçəng xəstəliyinə tutulub.
Yaxınlarının bildirdiyinə görə, iki dəfə açıq ürək əməliyyatı keçirmiş, şəkər xəstəliyindən əziyyət çəkən Şücayət Əkbərovun səhhəti isə ağırdır. O, həbsxana şəraitində müalicə olunur. Xatırladaq ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 178 (dələduzluq), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Bu il aprelin 9-da Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından verilən şikayətə Ali Məhkəmədə baxılıb. Məhkəmə birinci instansiyanın qərarını ləğv edərək işi yenidən apellyasiya mərhələsinə qaytarıb. Qərara görə, məhkəmə istintaqı aparılmalı, zərərçəkənlər -Arif Alışanov və qızı Nigar Alışanova məhkəmdə təqsirləndirilənlərlə üzləşdirilməlidir.
Mayın 4-dən Sumqayıt Apellyasiya Məhkəməsində bu iş üzrə yenidən məhkəmə prosesi başlayıb.
Şücayət Əkbərovanın qızı Cəmilə Tağıyeva “AzPolitika.info”-ya bildirib ki, Ali Məhkəmənin tələbi olsa da əvvəlki iki prosesə Arif Alışanov və qızı qatılmayıb. Onun vəkilləri şifahi şəkildə bildiriliblər ki, Alışanov xəstə olduğu üçün prosesdə iştirak etmir, amma bununla bağlı məhkəməyə sənəd təqdim edilməyib. Amma məhkəmə onların dediklərini nəzərə alıb.
C. Tağıyevə dünən keçirilmiş proses haqqında bildirib ki, A. Alışanov və qızı prosesə 1 saatdan artıq gec qatılıb: “O, məhkəmə salonuna məhkumların gətirildiyi dəhlizdən daxil oldu. Halbuki bütün iştirakçılar zala ümumi giriş qapısından keçməlidirlər. Sanki Arif müəllimə və qızına xüsusi şərait yaradılmışdı”.
C. Tağıyevanın sözlərinə görə, prosesdə atasının vəkilləri Arif Alışanova işin mahiyyəti ilə bağlı çoxsaylı suallar ünvanlasalar da hakimlər onları protokoldan çıxarıb: “Bu suallardan biri yüksək dövlət vəzifəsi daşımış Alışanovun davasını apardığı milyonlarla manatı haradan və necə əldə etməsi ilə bağlı idi. Amma hakim bu sualı çıxartdığına görə cavabsız qaldı. Bununla hakimlər zərərçəkənlərə açıq-aşkar tərəfkeşlik etdi”.
Ş. Əkbərovun qızı deyir ki, Arif Alışanovun iddiası ilə atası həm də Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə ittiham edilib: “Bu ittiham tamamilə absurddur. Alışanov prosesdə iddia etdi ki, güya atam onu 40 dəfə aldadıb, bir torpaq sahəsini ona göstərib, amma başqasını satıb. Nəticədə AzTV-nin keçmiş sədrinə 5 milyon manata yaxın zərər dəyib. Söhbət Alışanov tərəfindən müxtəlif vaxtlarda Şamaxıda alınmış 61 torpaq sahəsindən gedir. Həmin torpaq sahələrinin hamsının müayinə aktları, onlarda uyğun olaraq Dövlət Reyestr Xidmətindən “Çıxarış” var. Burada dələduzluq necə ola bilər? Dövlət məmurları sözügedən torpaq sahələrini bir-bir müayinə edib, əgər burada aldatma, dələduzluq, özgə əmlakını ələ keçirmə hadisəsi varsa, o zaman Reyestr Xidmətinin əməkdaşları niyə istintaqa çağrılıb sorğu-sual edilməyib?”
Cəmilə Tağıyevə bildirir ki, atasının müdafiəçiləri 61 torpaq sahəsinin müayinə aktlarını və “Çıxarış”-larını məhkəməyə təqdim etmək istəslər də hakimlər onu qəbul etmək istəməyiblər: “Bu faktın özü təsdiq edir ki, məhkəməyə kənardan ciddi təyziqlər var. Alışanov yenə əlaqələrini işə salıb məhkəməyə təzyiq etdirməklə istəyinə nail olmağa çalışır”.
Onun sözlərinə görə, atası həbs edildikdən sonra Ş. Əkbərova və anasına, o cümlədən həyat yoldaşı ilə özünə məxsus bütün əmlaklar zorakılıqla əllərindən alınaraq Arif Alışanovun qzının, həyat yoldaşının və sürücüsünün adlarına keçirilib: “Anamın bütün əmlakı əlindən alındı, heç bir şikayətinə baxılmadı, Ali Məhkəmənin Plenumu iıə baxmadan onların xeyrinə qərar çıxarıdı”.
C. Tağıyeva deyir ki, həyat yoldaşı ilə 2014-cü ildə ailə qurub, birgə nikah dövründə çalışaraq əldə etdikləri vəsait hesabına “Toyota Prado” markalı avtomobil alıblar: “Təsəvvür edin, həmin maşın da müsadirə edilib, istintaq, belə güman edib ki, güya bizim halal avtomobilimiz də Arif Alışanovun pulu ilə alınıb. Bu ağılasığmaz, absurd qəaradır və bizim bütün hüqüqlarımızın Alışanovun sifarişi ilə qəsb olunmasıdır”.
C. Tağıyeva sonda ölkə Prezidenti İlham Əliyevə müraciət edərək, illərdir davam edən qanunsuzluqların kluminasiya həddinə çatdığını bildirir və kömək istəyir: “Hörmətli, cənab Prezident! Bu cinayət işi Ali Məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra bizdə ümidlər yaranmışdı ki, Apellyasiya Məhkəməsində obyektiv araşdırlma aparılaraq, ədalətli qərar çıxarılacaq. Amma təəssüf ki, ümidlərimiz özünü doğrultmur. Biz açıq-aydın görürük ki, Arif Alışanov yüksək hakimiyyət dairələrindəki əlaqələrində istifadə edərək məhkəməyə təzyiq etdirir. Sizdən çox xahiş edirik, ədalət naminə bizi Alışanovun bu zülmündən qurtarın. Biz artıq bu qanunsuzluqlara, özbaşınalıqlara dözə bilmirik. Ümidimiz sizədir!…”.
Oxşar xəbərlər
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
4 aprel 2026 10:26
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- Pezeşkian İlham Əliyevə zəng etdi
2 aprel 2026 23:47
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
2 aprel 2026 13:03
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
1 aprel 2026 13:42
- Bu gündən onlar 30 manat cərimə ediləcək
1 aprel 2026 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 2026 20:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 2026 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
Xəbər lenti
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
Video & Fotoqalereya
Video
Fotoqalereya
