Zeynəb Xanlarovanın mahnısındakı Esmira kim idi?
Elə mahnılar var ki, dillər əzbəridir, amma onun kimə həsr olunmasından xəbərsizik.
“Qafqazinfo” xəbər verir ki, bunlardan biri də sözləri Rüfət Əhmədzadəyə, musiqisi dahi bəstəkar Emin Sabitoğluna məxsus, Xalq artisti Zeynəb Xanlarovanın ifası ilə məşhurlaşan “Esmira” mahnısıdır.
Şən mahnı ötən əsr Qəbələnin Nic kəndində yaşamış, milliyyətcə udi olan Qanqalovlar ailəsinin üzvü Esmira Qanqalovaya həsr olunub.
Məlumat üçün bildirək ki, Esmira fiziki məhdudiyyətli olub və bu səbəbdən ömrünün 20 ildən çoxunu dəmir çarpayıda keçirib. O, 1974-cü ildə “Azərbaycan gəncləri” qəzetinə yazdığı həssas məktubla tanınıb.
.png)
Esmira 47 il əvvəl sözügedən qəzetdə dərc olunan məktubunda yazıb:
“Hörmətli redaksiya! 20 ilə yaxındır ki, dəmir çarpayının dustağıyam. Bəli, qıçım tutulub, xəstəyəm. Mən bunun üçün kimsədən şikayətlənmirəm. Xeyirxah, bacarıqlı həkimlər məni müalicə etmək üçün çox əziyyət çəkiblər, ancaq mümkün olmayıb, vəssalam!..
Mən bunları yazmaqla ruhdan düşdüyümü bildirmirəm, kimisə kövrəltmək, kimdənsə imdat diləmək fikrində deyiləm. Sadəcə olaraq, yazı vasitəsi ilə redaksiya ilə, oxucularla, necə deyərlər, dərdləşmək, söhbət etmək niyyətindəyəm. Axı, əsas həmdəmim kitabdır, mətbuatdır. Mən dəmir çarpayıda ancaq bunlar vasitəsi ilə qiyabi səyahətə çıxıram, müxtəlif xarakterli adamlarla görüşürəm, yeniliklərlə tanış oluram.

Bu yaxınlarda “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş “Mərdlik dərsi” adlı məqalə məni çox sevindirdi. Orada yazılmışdı ki, köməyə ehtiyacı olan adamlara qayğı göstərmək gənclərimizin borcudur. Deyirəm, bəlkə bunu nəzərə alıb qəzetdə ünvanımı verəsiniz. Gənclər mənə məktub yazalar, kitab göndərələr. Belə olsa, mən hamıya minnətdarlığımı bildirərəm”.

Əlil qadının təsirli məktubu həmin ilin noyabrın 14-də sözügedən qəzetdə “Dəmir çarpayıdan məktub” başlığı ilə dərc olunur. Bundan sonra, Esmiranın ünvanına respublikanın müxtəlif yerlərindən, o cümlədən Ağdam, Laçın, Xankəndi, Xocalıdan məktublar göndərilir, namələrdə qadına dəstəklərini ifadə edirlər.

Udi qadına dəstək olanlardan biri də mərhum Xalq artisti Arif Quliyev olub. Mərhum aktyor hələ o zaman Esmiraya imzalı kitabını göndərib.
Maraq üçün bildirək ki, Esmiranın da üzvü olduğu Qanqalovlar ailəsinə məxsus olan ev hazırda “Azərbaycan Udi Ocağı” tarixi etnoqrafik park muzeyinin həyətindədir.
Ev 17-ci əsrin sonlarında inşa edilib. Parka daxil olarkən Esmira ilə bağlı guşəyə də rast gəlmək mümkündür. Guşədə qadına 70-80-ci illərdə göndərilən məktublar da yer alıb.

Qısa arayış olaraq bildirək ki, “Azərbaycan Udi Ocağı” Qəbələ rayonunun Nic kəndinin Qocabəyli məhəlləsində yerləşir. Üç hektardan artıq ərazidə yerləşən açıq səma altında bu park muzey udi xalqının mədəniyyətini, ənənələrini, məişətini və yaşayış tərzini əks etdirən simvolik bir etnoqrafik kənddir. Park muzey ekspozisiya şəklində bir neçə etnoqrafik sahələrə bölünür.
Qanqalovlar ailəsinə məxsus evin quruluşu yataq otağı, tövbə və dualar otağı və sair otaqlardan ibarətdir. Burada yaşı 100-dən çox beşiyə də rast gəlmək mümkündür ki, məlumata görə, ailənin bütün körpələri məhz bu beşikdə böyüyüb. Udi dilində buna “lorets” deyilir. Bundan başqa, evin divarından yaşı 150-dən çox olan “Dayan doldurum” tüfəngi asılıb. 70-ci illərə məxsus “Start” televizoru da otağa əlavə rəng qatır və işlək vəziyyətdədir.

Ev muzeyində ailə üzvlərinin şəkillərinə baxılaraq onların mum fiqurları da hazırlanıb. Bərbərin adı Volodiya, tikiş maşını arxasında əyləşən nənənin adı isə Zoyadır. Hər iki şəxs keşiş David Qanqalovun nəticəsidir.
Keşiş Davidin evi, eyni zamanda udilərin erməni-qriqoryan kilsəsinə qarşı etirazının bariz nümunəsidir. Vaxtilə evdə yaradılan və indiyədək qorunub saxlanılan ibadət otağı da Keşiş David erməni kilsəsinə getməkdən imtina etməsiylə bağlıdır. Bundan sonra, Xristian Alban kilsəsinin qanuni varisi olan udilər Davidin evində ibadət etməyə başlayıblar.
Emin Səfərov









- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir
13 noyabr 2025 13:38
- 102 tələbə Prezident təqaüdü alacaq
4 oktyabr 2025 12:24
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
1 sentyabr 2025 13:53
- 2 ay səsi tutuldu, Həbib Bayramov bunu bilirdi... -İslam Rzayevi kimlər zəhərləmək istəyib?
5 avqust 2025 10:10
- Prezident nekroloq imzaladı
2 avqust 2025 00:20
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 2025 23:08
- Məhəmməd Rza şahın xanımı Fərəh Pəhləvinin BAKI SƏFƏRİ
6 iyul 2025 18:50
- Maşınlarını işçilərə yuduzduran direktor və müavini - Cəzalandırılacaq
27 iyun 2025 00:01
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
