Nəsimidə Milli Mətbuatın 146 illiyi münasibətilə mətbuat işçiləri ilə görüş keçirildi
Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 146 illiyi ilə əlaqədar qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirmişdir ki, 146 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulamışdır ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamış, qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilmişdir. Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermişdir.
Hazırda ölkəmizdə cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, tele-radio şirkətləri fəaliyyət göstərir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir.
“Yeni Azərbaycan”qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “Xalq Qəzeti” nin baş redaktoru Həsən Həsənov, “Səs”qəzetinin baş reredaktoru Bəhruz Quliyev çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmış, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.
.jpeg)
.jpeg)
.jpeg)
%20(1).jpeg)
.jpeg)
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 2025 14:32
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 2025 12:13
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 2025 00:52
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 2025 01:48
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
