Avropa Məhkəməsi bu banklara görə Azərbaycanı cərimələdi
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mənim 2016-cı il tarixli şikayətlərim əsasında borcunu ödəyə bilmədiyinə görə üç vətəndaşımızın inzibati qaydada həbsini qanunsuz hesab etdi.
Bunu hüquqşünas Əkrəm Həsənov deyib. O, bildirib ki, qanunsuz həbs edilmiş hər vətəndaşa dövlət 3600 avro kompensasiya ödəməlidir. Vaxtında ödəməsə, bu məbləğin üzərinə faiz gələcək.
“Bu işlər barədə və ümumiyyətlə borca görə həbslərə dair son 5 il ərzində dəfələrlə yazmışam. O cümlədən yazmışdım ki, “Borca görə həbs – ölkəmiz üçün rüsvayçılıq, hüquq sistemimizə ləkədir! Allahın köməyi ilə bu zülmün kökünü kəsəcəyik.”
Hər kəs borcuna görə yalnız əmlakı ilə cavabdehdir. Əmlakı yoxdursa, borcu da ödəmir və buna görə heç bir məsuliyyət daşımır. Nə canı, nə də azadlığı ilə!
Lakin Azərbaycan borcunu ödəyə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa dövlətidir. Borca görə həbs tarixən barbar cəmiyyətlərinə xas olub, ilk dəfə VII əsrdə müsəlman aləmində buna son qoyulub və XIX əsrdə Avropa da bu yanaşmanı qəbul edib.
Formal olaraq məhkəmələrimiz guya vətəndaşları borcunu ödəyə bilmədiklərinə görə deyil, borcun ödənilməsi haqda məhkəmə qərarını üzrsüz səbəbdən icra etmədiklərinə görə həbs edirlər. Amma bu zaman səbəbin niyə üzrsüz olduğunu hakimlərimiz əsaslandırmır. Faktiki olaraq əmlakı olmayan işsiz şəxsləri həbs edirlər. Başqa sözlə, “Keçəl Həsən, ya Həsən keçəl” məsəlidir! Yəni faktiki olaraq vətəndaşı elə məhz borcunu ödəyə bilmədiyinə görə həbs edirlər.
AİHM şikayətlərimi təmin edərək bu həbslərin Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) pozduğunu təsdiq edib. Çünki məhkəmələrimiz borcluların təqsiri məsələsini araşdırmayıb. AİHM-in qənaətinə görə vətəndaş maddi imkansızlığını səbəb gətirərək borcunu ödəyə bilmirsə, bu faktı sübut etməli deyil. Əksinə, ittiham tərəfi (icra məmuru) əksini sübut etməlidir (yəni pulu var, amma ödəmir).
Şikayətlərimdə həmçinin Konvensiyanın 4-cü Protokolunun 1-ci maddəsinin (“Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması”) pozulduğunu göstərmişdim. Həmin maddədə deyilir: “Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”. AİHM 6-cı maddənin pozulduğunun aşkar olduğu üçün bu maddənin pozulmasının araşdırılmasına artıq lüzum görməyib.
İndi isə sözügedən üç vətəndaşın işlərini xatırladıram.
1. Kərimov Vahid Turab oğlu (1987-ci il təvəllüdlü) digər şəxsin “Rabitəbank” ASC qarşısındakı 10000 manat məbləğində kreditə görə zamin durmuşdur. Kreditdən 7255,7 manat ödənilməmiş qalıq borc qalmışdır. Həmin borc o cümlədən zamin olan, 2 və 3 yaşlı iki uşaq atası, işsiz olduğu üçün heç ailəsini dolandıra bilməyən Kərimovdan da məhkəmə qaydasında tələb edilmişdir. Bankın təkidi ilə Səbail rayon İcra şöbəsinin icra məmuru Tağıyev Cəmil Nizami oğlunun təqdimatına əsasən Səbail rayon məhkəməsinin hakimi Əhmədov Rauf Dəmirqan oğlunun 11 mart 2016-cı il tarixli qərarı ilə Kərimov 10 gün müddətinə həbs edilmişdir. Verdiyimiz şikayətə 14 mart 2016-cı il tarixdə baxmış Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Qail Fazil oğlu qərarı qüvvədə saxlamışdır.
Bu həbslə bağlı 2016-cı ildə hətta “Rabitəbank”-ın Müşahidə Şurasının sədri və eyni zamanda Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyevə müraciət etmişdim. Məktubumda ona o cümlədən xəbərdarlıq etmişdim ki, rəhbərlik etdiyi bankın imkansız vətəndaşı həbs etdirməsinin, “baş vermiş bu rəzalətin nəticələri çox ağır ola bilər”. Lakin o, mənə cavab vermədi.
AİHM-in qərarına əsasən qanunsuz həbsə görə Kərimova Azərbaycan dövləti tərəfindən 3600 avro məbləğində kompensasiya ödənilməlidir.
2. Bayramov Mübariz İsaxan oğlu (1977-ci il təvəllüdlü) götürdüyü kreditlər üzrə “Unibank” KB ASC-yə və telefon dükanına cəmi 3880 manat borclu qalmışdır. İşsiz olan və ağır şəraitdə yaşayan Bayramov borcu ödəyə bilməyib. Bankın əməkdaşı ona hətta təklif edib ki, böyrəyini satıb borcunu ödəsin. Nəricədə bankın təkidi ilə Nərimanov rayon İcra şöbəsinin icra məmuru Kazımov Zamiq Mütəllif oğlunun təqdimatına əsasən Nərimanov rayon məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlunun 24 noyabr 2016-cı il tarixli qərarı ilə Bayramov 5 gün müddətinə həbs edilmişdir. Verdiyimiz şikayətə 26 avqust 2016-cı il tarixdə baxmış Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Qail Fazil oğlu qərarı qüvvədə saxlamışdır.
AİHM-in qərarına əsasən qanunsuz həbsə görə Bayramova Azərbaycan dövləti tərəfindən 3600 avro məbləğində kompensasiya ödənilməlidir.
3. Abbasov Mahir Nəsrəddin oğlu (1965-ci il təvəllüdlü) digər vətəndaşa (özünün dediyinə görə sələmçiyə) 31300 manat borcu qalıb. Göygöl rayon İcra şöbəsinin təqdimatına əsasən Göygöl rayon məhkəməsinin 20 iyun 2016-cı il tarixli qərarı ilə Abbasov 10 gün müddətinə həbs edilmişdir. Verilən şikayətə 24 iyun 2016-cı il Gəncə Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlamışdır. Sonradan barəsində cinayət işi də açılaraq Göygöl rayon məhkəməsinin hökmü ilə 4 ay, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə isə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir.
AİHM-in qərarına əsasən qanunsuz həbsə görə Bayramova Azərbaycan dövləti tərəfindən 3600 avro məbləğində kompensasiya ödənilməlidir.
Əlbəttə, ötən illər ərzində xeyli belə həbslər olub və indi də var. Elan etmişdim ki, bu kimi həbslər üzrə Avropa Məhkəməsinədək işləri pulsuz aparacağam. Apardım da. Lakin təəssüf ki, müraciət edən çox olmadı (çox olsaydı, yəqin ki, AİHM-in qərarı daha tez olardı). İnsanlarımızda ədalətə inam azdır. Əminəm ki, bu qələbəmizdən sonra inam daha çox olacaq.
Borcunu ödəyə bilməyən vətəndaşımızı banklar, sələmçilər, kollektorlar, icra məmurları daim həbslə hədələyir. İnsanları stressə salır, intihar həddinə çatdırırlar. Ailələr dağılır. Bəziləri yeganə evini satmalı olur, qonşu-qohum-tanışları qarşısında alçalaraq borc istəməyə başlayır və s. və i.a. Bütün bunlar bitdi! Belə hədələrlə üzləşənlər AİHM-in qərarına istinad etsin və haqqını tələb etsin. Yaxında bu qərarın Azərbaycan dilinə tərcüməsi də təmin olunacaq.
Əminəm ki, hansısa icra məmuru yenə də həyasızlığına salıb borclunun qanunsuz həbsi barədə təqdimat versə də, bundan sonra heç bir hakim dövlətimizə birbaşa maddi ziyan vuran qanunsuz həbs qərarları çıxarmaz! Çıxarsalar, bu olacaq açıq-aşkar qanunsuz qərar və onların özü barəsində tədbir görüləcək!”
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
