"FAYTON" restoranının mətbəxində siçovullar
““Fayton” restoranının mətbəxindəki üfunət iyindən öz mətbəximizdə yemək yeyə bilmirik. O qədər natəmizlikdir ki, qapını açıb bayıra çıxanda sürü ilə milçək üstümüzə hücum çəkir. Şikayət edirik, bir gün təmizlik edirlər, sonra yenə əvvəlki vəziyyət davam edir”.
Bu şikayətlə “Qafqazinfo”ya sözügedən restoranın yaxınlığındakı gözəllik salonunun əməkdaşı Günel Cəfərova müraciət edib.
Onun sözlərinə görə, restoran şəhərin mərkəzində - Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşir. Restoranın həm girişi, həm də binanın arxa tərəfində yerləşən mətbəxin çıxışı salonla yan-yanadır.
Şikayətçi deyir ki, pəncərələri bağlı saxlasalar belə, içəridə iydən oturmaq mümkün deyil:
“Mətbəxdə siçovulları öldürüb pəncərədən bayıra atırlar, pişiklər qapının ağzına toplaşır. Tarakanlar divara dırmaşır, iydən baş çatlayır. Bu, biabırçılıqdır, insanlar burada necə qidalanır, bilmirik. Pəncərəni bağlasaq belə, içəriyə zibillikdən iy gəlir. Bu dövrdə kəndlərdə belə mətbəx yoxdur. Şikayət edəcəyimizi deyəndən sonra yığışdırmağa başlayıblar. Amma bilirik ki, bunun xeyri yoxdur. Şikayət edirik, iki gün düzəlir, sonra yenə əvvəlki halına qayıdır. Bizdə videolar da var, lakin mətbəxin içərisinə girə bilmədiyimizə görə ancaq kənardan natəmizliyin bir hissəsini çəkə bilmişik”.
Restoranın rəhbəri Rövşən Tağıyev isə “Qafqazinfo”ya açıqlamasında iddiaların doğru olmadığını söylədi.
Onun sözlərinə görə, hazırda restoran fəaliyyət göstərmir: “Bir ildir restoran işləmir, mətbəxdə ancaq çörək bişirib satırıq. Biz bilirik, niyə bizdən şikayət ediblər. Mənim işçilərim onlarla dava edirlər ki, öz zibillərini bizim zibil qabına atırlar, biz də onların yerinə zibil atırıq. Neçə dəfə şikayət olunub, ona görə də bizimlə davaya başlayıblar”.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, daxil olan müraciət qeydə alınıb və araşdırılması üçün aidiyyəti üzrə yönləndirilib. Araşdırmaların nəticələri barədə ətraflı məlumat veriləcək.
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Bakıda məşhur restoran işçilərin maaşını vermir? (VİDEO)
25 yanvar 2026 14:42
- Tabuta qoyulan 95 yaşlı qadın altı gündən sonra -dirildi- FOTO
4 dekabr 2025 11:25
- Bakıda məşhur restoranda partlayış - Qadın işçi öldü
13 noyabr 2025 12:05
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
11 sentyabr 2025 23:02
- Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir?
12 iyun 2025 11:27
- FETÖ-nün dönər şəbəkəsi ifşa oldu - Bakıda da filialları var + Foto
22 fevral 2025 12:51
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 2024 15:32
- Gürcüstanda bədbəxt hadisə – Kurortda 12 nəfər öldü
15 dekabr 2024 00:07
- Nyu-Yorkun BAKI restoranının sahibi GÖRÜN KİM İMİŞ - Azərbaycan təamlarını Klinton da dadıb
16 sentyabr 2024 09:41
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
