Sirr üzə çıxdı: “Barış Manço və Karacanın azərbaycanlı atası...”
Mədəniyyət31 iyul 2021 14:25
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Türkiyə kinosu və teatrının ən məşhur simalarından biridir.
Məhmət İbrahim Karaca – azərbaycanlı əsilli teatr və kino aktyoru.
Məhmət Karaca 1900-ci il martın 17-də Türkiyənin İstanbul şəhərində anadan olub.
Karaca Ankara Universitetindəki təhsilindən sonra, 1922-ci ildə öz adını daşıyan teatr truppası ilə "Hara gedirsən?” ("Quo vadis”) tamaşa ilə səhnəyə çıxmağa başlayıb. Bir müddət İstanbul Xalq Operasında işlədikdən sonra, 1934-cü ildə İstanbul Şəhər Teatrında fəaliyyətə başlayıb. "Qısa fasilə”, "Hamlet”, "Makbet” və s. kimi tamaşalarda rol alan Karaca fars, ərəb və fransız dillərini bilib.
Azərbaycanlı əsilli aktyor 1968-ci ildə beyinə qan sızması səbəbiylə fəaliyyətini dayandırıb.
Erməni qadınla evlilik
1929-cu ildə Rəşid Rza Samako və Mühlis Səbahəddin Əzgi ilə işləyərkən tanış olduğu erməni əsilli aktrisa Toto Karaca ilə evlənib. Totonun əsl adı İrma Feleqyan idi, İran ermənisiydi. Onların yeganə övladı Türkiyənin məşhur rokçusu Cem Karacadır.
1980-ci il aprelin 7-də sirrozdan vəfat edən Məhmət Karaca İstanbulda dəfn olunub.
Aktyor karyerası boyunca 20-dən çox filmdə rol alıb. Bunların arasında "Daş parçası” (1939), "Bağdagül” (1947), "Düşkünlər” (1948), "Yavuz Sultan Səlim ağlayır” (1952), "Anamı axtarıram” (1959) və s. kimi Türkiyə kinosunun məşhur filmləri var. Karacanın rol aldığı sonuncu film 1959-cu ildə çəkilən "Ölümsüz məhəbbət” adlı filmdir.
Barış Manço və Cem Karaca
Aktyorun ölümündən illər sonra onun həm də Türkiyənin digər əfsanəvi rokçusu Barış Mançonun da atası olduğu iddia edildi. İddia Türkiyənin gündəminə bomba kimi düşdü. Bu sirr uzun illər sonra bir mətktubla üzə çıxdı. İddia Cem Karacanın Almaniyada yaşadığı illərdə ev yoldaşı olan İbrahim Hızlının qələmə aldığı məktubda dilə gətirilib.
Hızlının iddiasına görə, Cem Karacanın özündən iki yaş böyük qardaşı vardı və Türkiyədə hamı tərəfindən tanınıb:
"Bir gün Cem Karacadan bacısı və ya qardaşının olub-olmadığını soruşdum. Mənə belə cavab verdi: "Bilirsən, mən əslən azərbaycanlıyam. İstanbulda çox qohumum var, hamısı da ticarətlə məşğuldur. Atamdan başqa sənətlə maraqlanan olmadı. Anam və atam onlarla bayramlarda görüşürdü. Mənə yaşca yaxın olan Yılmaz Karacadır, əmimin oğludur. Onunla tez-tez əlaqə saxlayıram. Nə bacım, nə də qardaşım var. Amma atamın dediklərinə əsasən, məndən iki yaş böyük qardaşımın olduğunu söyləyə bilərəm. Onunla həmişə əlaqədəyəm, bir-birimizi sevir, hörmət edirik. Mən onun qardaşı olduğunu bilirəm, amma onun bilib-bilmədiyindən xəbərdar deyiləm”.
"Ayrılıq”
İbrahim Hızlı Cem Karacanın xanımı İlkim Karacadan da bu sözləri eşitdiyini yazıb:
"Bəli, Cemin böyük qardaşı vardı. Dediyinə görə, həmin şəxs Barış Mançoydu. Cem 1945, Barış Manço isə 1943-cü ildə doğulub. Yəni aralarında iki yaş fərq var. Cem mənə bütün dərdlərini danışırdı. Dediyinə görə, atası Məhmət Karaca ilə Barış Mançonun anası Rikkat Uyanık arasında sevgi münasibəti olub.
Cem həmişə deyirdi ki, Barış mənim rəqibim yox, gözətçim idi. Cemin atası Məhmət Karaca əslən azərbaycanlıydı. Cem də, Barış Manço da Azərbaycan mahnısı "Ayrılıq”ı oxumuşdu. Cem onda "İkimizi də ata torpağı çəkdi” dedi. Barış Mançonun birinci ildönümündə Cemə Barışın portretini vermişdilər. Onu evin divarından asdı, sonra qarşısına keçib "İkimiz də atamıza necə oxşayırıq” dedi”.
İbrahim Hızlının başqa bir iddiasına görə, Məhmət Karaca ölüm yatağında olarkən Barış Mançonu, yəni böyük oğlunu görmək istəyib. O, bunu Toto Karacadan eşitdiyini yazıb.

//teleqraf.com
Oxşar xəbərlər
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
Xəbər lenti
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
