“Uşaqlarıma dedim ki, atanızı öldürməsəm, sabah oyanıb bizi öldürəcək”
"Mahir hər gün evə içkili gəlib məni və uşaqları döyüb, söyərək təhqir edib".
Bu sözlər martın 6-da onu döyən və mütəmadi əzab verən ərini öldürməkdə təqsirləndirilən 41 yaşlı Günay Şıxəliyevanın istintaqa verdiyi ifadədəndir. Qadın həmin gün də onu döyən əri Mahir Şıxəliyevi yatdığı yerdə öldürməsinin səbəbini açıqlayıb: “Mahirlə biz 2004-cü ildə evlənmişik, evliliyimizdən 2005-ci ildə F. və 2007-ci ildə E. dünyaya gəldi.
Mahir Yeni Suraxanı qəsəbəsində ayrı-ayrı sexlərdə mebel ustası kimi işləsə də, ailəni normal dolandırmırdı, atamla anam bizə kömək edirdi. Mahir evliliyimizin ilk aylarından mütəmadi olaraq spirtli içki içib evdə mübahisə yaradırdı, məni və övladlarımı təhqir edirdi. Mahirin bizə qarşı bu cür davranışları barədə atama deyəndə o, hər şeyi uşaqlarıma bağışlayıb, Mahirə güzəştə getməyimi tövsiyə etdi.
Sonuncu dəfə martın 6-da saat 20 radələrində Mahir yenə də sərxoş vəziyyətdə evə gəldi. Mənlə əsassız yerə mübahisə etməyə başladı. Heç bir söz demədim, məni yumruqla vurmaq istəyərkən oğlum F. atasının önünə keçib məni vurmasına mane oldu. Bu vaxt Mahir onun sifətinə yumruq və şillə vurdu. Oğlum zərbələrin təsirindən yerə yıxıldı və bir anlıq özündə olmadı.
Sonra yerdən qalxanda Mahir yenə də F.i vurdu. Bu vaxt orada olan kiçik oğlum qaçıb o biri otağa keçdi. Həmin vaxt Mahir uşaqlara “indi özümdə deyiləm, sabah sizinlə danışacağam” dedi. F. yataq otağına keçəndən sonra Mahir də ora girdi. Bir qədər sonra oğlum yenə qaça-qaça yanımıza gəlib dedi ki, atası onu yenə döyüb. Mahir onun ardıyca gəlib otaqdakı DVD-ni götürüb F.in başına vuranda E. atasının qarşısına keçib mane oldu. Həmin vaxt E. də əlindən xəsarət aldı. Kənara çəkiləndə F. yenə də onun önünə keçib atasının onu vurmasına imkan vermədi. Mahir digər otağa keçərək uzanıb yatdı”.
G.Şıxəliyeva qeyd edib ki, bir müddət sonra böyük oğluna əri Mahiri öldürəcəyini deyib: “Həmin vaxt E. də bunu eşitdi, uşaqlar məni sakitləşdirərək bu fikrimdən daşındırmağa çalışırdılar. Onlara Mahiri öldürməsəm, səhərisi gün onun oyanıb bizi öldürəcəyini dedim. Uşaqlara yataqda uzanıb qulaqlarını tutmalarını, polislər evə gələndə isə durub babalarıgilə getmələrini tapşırdım”.
Günay Şıxəliyeva ərini yatmış vəziyyətdə öldürməyin daha asan olacağını düşündüyünü deyib: “Mahirin oyaq olub-olmadığını dəqiqləşdirmək üçün onun yatdığı otağa baxdım. Saat 23 radələrində Mahirin dərin yuxuda olduğunu gördüm. Onun xorultu səslərini eşidib evdən həyətə çıxdım. Həyətdə hamam otağının giriş qapısının yanında divara söykənilmiş vəziyyətdə olan təxminən 1.5 metr uzunluğunda olan dəmir lingi götürüb Mahirin yatdığı otağa gəldim. Dərhal linglə Mahirin başından çoxsaylı zərbələr vurmağa başladım. Əllərim və otağın divarları qana boyandı. Ona zərbələri vurduqdan sonra onun artıq xırıldadığını eşidib zərbələri dayandırdım. Sonra otaqdan çıxıb əllərimi mətbəxdə yuyub, qana bulaşmış köynəyimi dəyişdim.
Mahirin yatdığı otağa keçib, işığı yandırmadan oturub onun xırıltısının tam kəsilərək öldüyünü dəqiqləşdirmək üçün gözlədim. Bir neçə saatdan sonra Mahirin əlinə toxunub əlinin yarısoyuq olduğunu və artıq onun ölü olduğunu bildim”.
G.Şıxəliyeva daha sonra DİN-nin 102 xidmətinə zəng edərək ərini öldürdüyü barəsində məlumat verib: “Təxminən saat 4 radələrində polislər gəldi. Sonra uşaqlarımı yuxudan oyadıb onları atamgilin evlərinə yola saldım”.
O, tutduğu əməldən peşmanlıq çəkmədiyini bildirib. G.Şıxəliyevanın hazırda məhkəmə prosesi davam edir.
Xatırladaq ki, qətl törədilən ərəfədə qonşuları, ailəni tanıyan şəxslər sosial şəbəkədə aktiv müzakirə açaraq G. Şıxəliyevanın ərinin sağlığında həqiqətən zorakılıqlara məruz qaldığını qeyd edirdilər. Onlar bu məsələni hüquq müdafiəçiləri və vəkillərin diqqətinə çatdıraraq qadına bəraət verilə biləcəyi ehtimalını dilə gətirirdilər.
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 2026 12:26
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 2026 19:39
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
