Rusiya sərhədçiləri Qazaxın Əskipara kəndində: NƏ baş verir?
Ermənistan Müdafiə Nazirliyi Rusiya sərhədçilərinin Tavuşda Azərbaycanla sərhəddə yerləşdirildiyini təsdiqlədi: Paşinyanın "Azərbaycanla sərhədə rus hərbçiləri gəlsin” çağırışını rədd edən Moskva niyə bu bölgəyə əsgər göndərir?
Əsas sual budur və delimitasiya prosesində problemin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində (Zoddan Xəznəvara qədər olan məsafə) yaşandığını, Paşinyanın təklifinin də bu istiqamətlə bağlı olduğunu nəzərə alsaq, cavabı tapmaq mümkündür.
Lakin rus sərhədçilərinin Tavuşda yerləşdirildiyi kənd diqqəti fərqli istiqamətə yönəldir: Voskepar – Qazaxın işğal altında qalan Əskipara kəndi.
Rus sərhədçilərinin bu kənddə yerləşməsinin əsas səbəbi kommunikasiyanın bərpası prosesində Rusiyanın prioritetləri ilə bağlı ola bilər.
Paşinyanın Moskvaya səfərindən dərhal sonra Rusiya baş nazirinin müavini, kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçukunun Bakıya səfəri, ardınca Əliyev-Putin görüşü zamanı Bakı və Moskva arasında anlaşılmaz məsələlərdən birinin kommunikasiya xətlərinin açılması ilə bağlı olduğunu yazmışdıq.
- Rusiya Ermənistanla quru əlaqədə Gürcüstan marşrutuna alternativi daha tez əldə etmək istəyir;
- Ruslar üçün əsas marşrut Qazax-İcevan yoludur: bu, Rusiyadan Ermənistana Gürcüstan üzərindən gedən Lars yoluna alternativdir;
- Lars yolunun iki çətinliyi var: siyasi çətinlik – ruslar ABŞ-ın təsir gücünün olduğu Gürcüstan marşrutunu riskli görür; iqtisadi çətinlik – qış aylarında bu yolun işlək qabiliyyəti böyük miqyasda aşağı düşür;
- Mümkündür ki, ruslar növbəti qışa qədər Qazax-İcevan yolunun açılmasına çalışır və rus sərhədçilərinin Əskipara kəndinə yerləşdirilməsi Tavuş bölgəsindən keçəcək yolun təhlükəsizliyi ilə bağlı ola bilər;
Kommunikasiyanın bərpası ilə bağlı müzakirə masasında Qazax-İcevan yolunu önə çəkən Ermənistan da bu yolun açılmasında həm iqtisadi, həm də siyasi baxımdan maraqlıdır.
- Yol Ermənistandan Rusiyaya gedən yük maşınlarının Larsda yubanmasının qarşısını alacaq, o cümlədən, əks istiqamətdə gələnlərin;
- Ermənistan Rusiyanın da istəyində olan bu yolun açılmasından sonra Zəngəzur dəhlizinə daha asan maneələr yarada biləcəyini hesablayır;
Hərçənd, Bakı "bütün kommunikasiya xətlərinin paralel şəkildə açılması” dedikdə məhz bunu nəzərdə tuturdu və istisna deyil ki, Əliyev-Putin görüşündə "paralel açılmaq”la bağlı razılığa gəlinib: Azərbayan Zəngəzur dəhlizini açır, Rusiya Qazax-İcevan yolunu və hər iki yolun dekabr ayında istifadəyə verilməsi mümkündür; Zəngəzur dəhlizinin təhlükəsizliyini qoruyacaq rus hərbçiləri bu yolun da təhlükəsizliyini təmin etmək üçün bölgədə yerləşdilər;
Amma burada Qazaxın işğal altındakı 7 kəndi ilə bağlı açıq qalan məqamlar var:
- Qazaxın 7 kəndinin də qaytarılması məsələsi gündəmdədir, hətta bunun 10 noyabr razılaşmasına salındığı, lakin son anda Ermənistan hakimiyyətinin yükünü azaltmaq üçün sonraya saxlanıldığı deyilirdi. (Ermənistan MN-nin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general Movses Hakobyanın dediklərindən).
- Sərhədlərin delimitasiyası SSRİ xəritələrinə uyğun aparılır və bu xəritələrə görə kəndlər qaytarılmalıdır.
- Qazax-İcevan yolu açılırsa, bu yolun üzərində yerləşən kəndlərin də taleyi müəyyənləşməlidir.
Sərhədin delimitasiyası ilə bağlı əsas götürülən məqamlar Qazaxın 7 kəndi ilə bağlı məsələnin həll ediləcəyi fikrini gücləndirir. O zaman sual yaranır: rus sərhədçilər niyə Əskiparadadır?
1. Mümkündür ki, rus sərhədçilər həmin istiqamətdə kommunikasiyanın açılması ilə yanaşı, delimitasiya prosesinə də nəzarət edəcək;
2. Ermənistanın Kəlbəcər istiqamətindəki delimitasiya prosesində yaratdığı maneələr və Rusiyanın vasitəçiliyinə alternativləri gündəmə gətirməsi Moskvanın prosesin ən ağır mərhələsi olacaq 7 kəndlə bağlı məsələyə öncədən müdaxilə etmək istəyindən irəli gələ bilər;
Burada söhbətin hansı Əskipara kəndindən getdiyi də önəmlidir: Ermənistan MN-nin məlumatında qeyd olunan "Azərbaycanla sərhəddə” ifadəsi sərhədçilərin esklav olan Yuxarı Əskiparada yox, sərhəddə olan Aşağı Əskiparada yerləşdirildiyi deməyə əsas verir.
Və bu iki cavabsız sualı aktuallaşdırır.
Birinci sual: Rus sərhədçiləri nə vaxta qədər bölgədə qalacaq?
İkinci sual: Esklav olan Yuxarı Əskipara ilə bağlı başqa anlaşma mümkündürmü?
Bu suallara cavab axtarışını bir qədər sonraya saxlayaq.
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 2026 18:53
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 2026 23:08
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
