Rəşid Dostum Əfqanıstana qayıtdı: O, ölkəni 6 aya...
“Taliban”a bağlı qüvvələr Əfqanıstanın şimalındakı məşhur özbək sərkərdəsi Rəşid Dostumun qalası kimi tanınan Cavuzcan əyalətinin mərkəzi Şibirgan şəhərinə girərək polis binasını ələ keçirib.
Ovqat.com Əfqanıstan mediasına istinadən bildirir ki, Cavuzcan əyalətinin mərkəzində artıq bir neçə gündür, “Taliban”la Kabil hökumət qüvvələri arasında ağır toqquşmalar baş verir.
Cavuzcan əyaləti ölkənin özbək əsilli sərkərdəsi Rəşid Dostumun qalası olaraq tanınır. Bildirilir ki, bir neçə müddətdir Türkiyədə müalicə olunan Rəşid Dostum ana yurdunda vəziyyətin ağırlaşması səbəbindən dünən Əfqanıstana qayıdıb. Yəqin ki, yaxın günlərdə Əfqanıstanda “Taliban”a qarşı daha effektli dirəniş xəbərləri alacağıq.
Rəşid Dostum kimdir?
1953 -cü ildə Şibirqan şəhərində anadan olan Rəşid Dostum böyük hərbi zəkaya malik şəxsiyyət kimi tanınır. Onun hərbi təhsili yoxdur və bu sahədəki fəaliyyətinə 26 yaşında Əfqanıstanda Sovetlərin açdığı qaz zavodunda fəhləliyi ataraq başlayır. Buna baxmayaraq, Rəşid Dostum qısa müddət ərzində özbək, türkmən və tacikləri öz ətrafında toplayır və ölkənin ən nüfuzlu hərbi-siyasi liderlərindən birinə çevrilir.
Sovet qoşunlarının Əfqanıstandan çıxmasından sonra hakimiyyətdə olan Məhəmməd Nəcibullah hökuməti ilə əməkdaşlığa başlayan özbək lider ölkənin şimalındakı 7 vilayətin, xüsusilə də Məzari-Şərifin idarəsini öz üzərinə götürür. Qurduğu "Cünbüşi İslami Əfqanıstan" adlı təşkilatı ilə ölkənin siyasi həyatında yeri doldurula bilməz fiqura çevrilir.
1992 -ci ildə Məhəmməd Nəcibullahın devrilməsi də məhz Rəşid Dostumun ondan dəstəyini çəkməsindən sonra baş tutub. İki müttəfiqin yollarını ayırmasından sonra mücahidlər rahatlıqla Kabilə girdi və Nəcibullahı sığındığı BMT ofisindən zorla çıxararaq dar ağacından asdılar.
Rəşid Dostumun Nəcibullahdan ayrılmasının əsas səbəbi təmsilçisi olduğu türk əsillilərin hakimiyyətdə yetərincə yer almaması və hakimiyyətin buna müsbət baxmaması idi. Əsasən Səudiyyə Ərəbistanı, Pakistan və İran tərəfindən dəstəklənən mücahidlər də bu məsələdə Nəcibullahdan fərqli davranmadılar. Ən əsası isə narkotika ticarətinə rəhbərlik etmək uğrunda bir-birinin qanına susadılar. Paytaxtda sonu görünməyən mübarizədən heç bir nəticə çıxmayacağını anlayan Rəşid Dostum öz tərəfdarları ilə birlikdə ölkənin şimalına çəkildi və Məzari-Şərifdə dövlət hakimiyyətini möhkəmləndirdi. Özbək liderin idarəçiliyinin mərkəzinə çevrilən Məzari-Şərif qısa müddətdə hər sahədə, xüsusən təhsil, ticarət və əkinçilikdə inkişaf etdərək Əfqanıstanın digər bölgələrini geridə buraxdı. Bütün bu uğurlarına Türkiyə ilə qurduğu əlaqələr sayəsində imza atan Rəşid Dostum o dövrün Türkiyə prezidenti Turqut Özalın yaratdığı imkanlarla adını və mübarizəsini bütün dünyaya tanıtdı. Turqut Özalla münasibətləri elə yüksək səviyyəyə yüksəlmişdi ki, mərhum Türk prezident öz istifadə etdiyi iş avtomobilini belə, Rəşid Dostuma bağışlamışdı. Bu hədiyyənin daşıdığı simvolik məna Əfqanıstanda böyük həyəcan doğurur və türk əsillilərin özbək lider ətrafında daha sıx birləşməsinə səbəb olurdu.
Qazandığı nüfuz nəticəsində Əfqanıstanın Baş Hərbi Şurasının rəhbəri seçilən Rəşid Dostumun dəstəkləmədiyi mücahidlər ölkəni vətəndaş müharibəsi poliqonuna çevirərək öz xarici dəstəkçilərini də itirməyə başlayırlar. Pakistanın onlara alternativ olaraq yaratdığı “Taliban”la da Rəşid Dostumun ulduzu barışmır. Baxmayaraq ki, özbək lider ölkənin şimali ilə bağlı sövdələşmələri “Taliban”la deyil, onun arxasında dayanan Pakistanın Baş naziri ilə birbaşa aparırdı. Sövdələşmələrdən heç bir nəticə hasil olmayınca “Taliban”la açıq döyüşlərə girmək məcburiyyətində qalan Rəşid Dostum güclü düşmən qarşısında çox duruş gətirə bilmir.
“Taliban”ın 1995-ci ildə Məzari-Şərifi ələ keçirməsindən sonra Türkiyəyə sığınan Rəşid Dostum yeni fürsətlərin doğacağı anı səbrsizliklə gözləyir. Nəhayət, 2001-ci ildə ABŞ-ın Əfqanıstanı işğal etməsilə yenidən məmləkətinə qayıdır. Son 20 ildə ölkədə qurulan hökumətlərlə birlikdə çalışan Dostum 2004-cü ildə Əfqanıstanın prezidentliyinə namizədliyini irəli sürsə də, uduzur. Bu məğlubiyyətdə sözsüz ki, seçkilərin saxtalaşdırılması, Əfqanistan insanlarının seçimdə idraki qabiliyyətə yox, etnik mənsubiyyətə üstünlük verməsi, ətraf ölkələrin dəstəyini ala bilməməsi və s. kimi amillər də mühüm rol oynayır. 2014 -cü ildə məhz keçmiş dərslərdən nəticə çıxararaq, Əfqanıstan Prezidenti seçkilərində Əşrəf Qani Əhmədzaini dəstəkləyir və seçkilərdən sonra Əfqanıstanın 1 -ci vitse -prezidenti olur. Bütün bu faktlar Rəşid Dostumun həm daxildə, həm də xarici arenada xor görülməyəcək qədər ciddi dəstəyə malik olduğunu təsdiqləyir.
Rəşid Dostum Əfqanistanın hərb tarixində marşal ünvanını alan 3 generaldan biridir. Ötən il bu ünvan ona verilərkən, özünə yaraşdırıb Kabilə getməmişdi. Qazandığı yüksək hərbi rütbəni özbək liderinə təqdim etmək üçün Əfqanıstanın ikinci şəxsi sayılan Sülh və Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdullah Cevuzcan əyalətinə gəlmişdi.
Üstün əsgəri zəkaya malik olan Dostum ABŞ-ın bu tezlikdə Əfqanıstandan çıxmasını dəstəkləmirdi. Onun fikrincə, ABŞ hərbi qüvvələri Əfqanıstanda daha 6 ay qalmalı və “Taliban”a qarşı mübarizəyə rəhbərlik etməyi ona həvalə etməli idi. Dostum əmindir ki, o, ABŞ-dan istədiyi dəstəyi alarsa, “Taliban”ı 6 ayda bitirə bilər. Əslində ötən ilin iyun ayında ona marşal ünvanı da məhz bu səbəbdən verilmişdi və bütün ordulara rəhbərlik funksiyasının ona tapşırılması gözlənilirdi. Fəqət marşalın öz hərbi rütbəsini almaq üçün Kabilə getməməsi və ölkə prezidenti Əşrəf Ganinin də onun ayağına gəlməməsi rəsmi Kabildə onun parlamasını istəməyənlərin kifayət qədər çox olduğuna dəlalət edir. Dostum böyük ehtimalla sui-qəsdə uğrama ehtimalını düşünürək paytaxta getməyi uyğun görməmişdi.
ABŞ-ın Əfqanıstanı tərk etməsi ilə yenidən hakimiyyətə qayıdan “Taliban”ın əsas hədəflərindən biri də Əfqanıstanın digər etnik qrupları kimi, türk xalqlarıdır. İlk hakimiyyəti illərində də bunu açıq şəkildə ortaya qoyan “Taliban”ın bu dəfə Şibirgan şəhərini işğal etməyə girişməsindən sonra Rəşid Dostumun Türkiyədəki müalicəsini yarımçıq buraxıb Əfqanıstana geri dönməsi təsadüfə bənzəmir. Mümkündür ki, “Taliban”a qarşı yeni mübarizəyə rəhbərliyi Rəşid Dostum öz üzərinə götürsün. Zənnimizcə, dünyanın ən böyük güc mərkəzlərinin dəstəyi də bu dəfə Rəşid Dostumun xeyrinədir.
Xatırladaq ki, NATO-nun son liderlər zirvəsində Əfqanıstana nəzarət Türkiyəyə tapşırıldı. Ardınca da “Taliban”a qarşı döyüşəcək xüsusitəyinatların qardaş ölkədə yetişdiriləcəyi məlumatları yayıldı və bu xəbər NATO qaynaqları tərəfindən də doğrulandı. Türkiyənin isə regionda ən çox güvəndiyi hərbi komandanın Rəşid Dostum olduğu sirr deyil. Üstəlik, Ankaranın qurmağa çalışdığı Turan birliyinin mühüm tərkib hissəsi olan Türkistan coğrafiyası da Əfqanistanın şimalından başlayır. Ankara və müttəfiqləri bu bölgəni Allahın ümidinə buraxa bilməzlər. Bütün bu amilləri üst-üstə gələndə isə Rəşid Dostumun “Taliban”a qarşı mübarizəyə rəhbərlik ermək üçün Əfqanıstana getdiyi ehtimalı güclənir.
Heydər Oğuz,
Ovqat.com
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Rəşid Behbudovun Sibirə sürgün edilmiş DAYISI - FOTO
10 mart 2024 23:34
- Əlisa Nicatdan sensasion sözlər - Bağırov Hüseyn Cavidi yanına çağırıb, deyib ki...
20 fevral 2024 11:34
- Mehriban Əliyeva Əminə Ərdoğanla görüşdü
19 fevral 2024 20:15
- AZADLIQ AŞIXI-nın 17 000 vergi borcu var..?
16 fevral 2024 20:53
- Kəmaləddin Heydərov dostu olan şeyxin ölkəsinə səfir gedə bilər
15 fevral 2024 15:15
- Ermənilər qürüru -Bəşərin ilk fahişəsi, ilahə Anahidin heykəli İrəvana gətirilir
31 yanvar 2024 15:59
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49