Şeyxdən Floraya Kərimovaya : “80 yaşın var, axirətini fikirləş “
Xalq artisti Flora Kərimovanın “Daha müxalifətçiliyə yer qalmayıb” fikri müxalif düşərgədə birmənalı qarşılanmayıb.
Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli onun bu fikirlərini tənqid atəşinə tutublar.
məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Flora Kərimova ilə bir müddət əvvəl aralarında yaşanan qalmaqaldan bəhs edib:
“Flora Kərimova ilə bağlı məsələ mənim üçün çox həssas mövzudur. Çünki təxminən 6 ay bundan əvvəl – Əbülfəs Qarayev işdən çıxarılan ərəfələrdə onunla qalmaqal yaşamışdım. Flora xanım bir müsahibədə Əbülfəs Qarayevi “baltaladığımı” iddia etməyə başladı. Heç bir mənbə göstərmədən, gözləmədiyim anda mənə “hücum” etdi. Onunla uzun illər aramızada salam-sağ ol, bir-birimizə böyük hörmətimiz olub. Flora Kərimova ilk dəfə 1974-cü ildə mənim filmimdə – “Qeyri-adi ov” filmində mahnı oxuyub. Hər zaman bir-birimizi görəndə görüşüb, öpüşmüşük. Birdən-birə sosial şəbəkə hesabında mənə ağzına gələni dedi, guya mən işdən çıxarılan naziri “baltalamışam”, məddahlıq, nakişilik eləmişəm… Flora xanım bilir ki, bu sözləri mənə demək olmaz, heç Allah da mənə elə sözlər deyə bilməz, desə də cavabını alar.
Onun mənim haqqımda yazdığı təhqirləri oxuyanda məəttəl qalmışdım. Ona yazılı cavab verdim, dedim ki, ya mənə mənbə göstərin, ya da üzrxahlıq edin. Bundan sonra onun adamları töküldülər üstümə. Dedilər ki, “Flora xanım dahidir”. Flora yaxşı sənətkardır, amma dahi deyil. Gözəl sənətin olmasının adamlığa, şəxsiyyətə heç bir dəxli yoxdur. O, heç bir əsas olmadan məni təhqir etməyə başladı. Mənim xidmətim Flora Kərimovadan 10 dəfə çoxdur. Yazdığım əsərlər, çəkdiyim filmlər, adım-sanım yüz qat ondan böyükdür. O xanımdır deyə çox cavab verib məsələni uzatmadım. Hətta bir həftə əvvəl onun ad günündə mənə saytlardan zəng vurdular, mən onu təbrik etdim. Heç təbrikimə cavab da vermədi, yəqin ki, mətbuatı oxumur”.
Kinorejissor Flora Kərimovanın müxalifətlə bağlı dediyi fikirlərlə razılaşmayıb:
“O ki qaldı müxalifət məsələsinə, bu məsələdə onunla razılaşmıram. Ola bilər ona kimsə nəsə deyib, o da araşdırmadan, bilmədən cavab verib. Ay Flora xanım, belə məsələlərdə bir az diqqətli olun, sizin 80 yaşınız var, artıq axirətinizi fikirləşməlisiniz, bu dünyanın şərinə, böhtanına gərək qarışmayasınız. Bu yaşda bu nə mövqedir axı? Müxalifəti olmayan dövlət dövlət deyil. Söhbət saxta müxalifətdən yox, xalqın mövqeyində olanlardan gedir. Əgər bizdə xalqın, dövlətin maraqlarının yanında durmayan müxalifət varsa, bu dövlətin və müxalifətin problemidir, Flora xanımın yox. O, təkbaşına Azərbaycanda hansı havanı yarada bilər ki?! Son vaxtlar Sərdar Cəlaloğlunun, Tural Abbaslının açıqlamalarını, fikirlərini oxuyuram və çox bəyənirəm. Azərbaycan müxalifətinə məhz belə adamlar lazımdır”.
Xalq artisti F.Kərimovaya müraciət edərək aralarındakı umu-küsülüyü bir tərəfə qoymağı təklif edib:
“Keçmiş salam-kəlam xatirinə ona bir daha müraciət edib, keçmiş ad gününü təbrik edirəm. Flora xanım, əzizim, bizim nəsildən olan məşhurlar arasında 5-6 nəfər qalmışıq. Yarpaq tökümü artıq başlayıb, bizlər ağacda ilişib qalan yarpaqlarıq, gəlin, kiminsə sözü ilə bir-birimizə böhtan atıb, təhqir etməyək”.
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- 15 yaşlı ata...
14 fevral 2024 12:43
- Fərmanqızı Flora Kərimovaya 10 min ödəməlidir - Qərar verildi
24 yanvar 2024 14:35
- Kino Agentliyində film kimi korrupsiya - sabiq naziri HƏBS OLUNA BİLƏR..
22 dekabr 2023 14:39
- Prorektoru belə öldürmüşdülər...
17 noyabr 2023 00:31
- İrandakı səfirliyimizə hücum edən şəxsə ölüm cəzası verildi
2 oktyabr 2023 08:56
- Şeyx Allahşükürün deputat qardaşı nəzir qutularından danışdı...
15 avqust 2023 11:18
- Prezident olmağa hazırlaşarkən dustaq olan Gülnarə Kərimova...
11 avqust 2023 12:23
- Deputatla MÜSAHİBƏ - Dedi, səni MTN-də tərsinə asacam
11 avqust 2023 10:49
- Allahın Azərbaycan şeirinə verdiyi Salam...
10 avqust 2023 17:40
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10