Azərbaycan-Türkiyə dostluğu əbədidir, heç bir üçüncü qüvvə bu dostluğa xələl gətirə bilməz
- Elman müəllim, birliyi, həmrəyliyi, dostluğu, qardaşlığı ilə daim dünya ölkələri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətlərini şərtləndirən amillər hansılardır?
- Bu gün dünyada dövlətlər arasında bir etimadsızlıq mühiti hökm sürməkdədir. Bu reallıqlar fonunda Azərbaycan-Türkiyə münasibətləri əslində bütün dünya ölkələri üçün bir nümunədir, bir örnəkdir. “Dövlətlərarası münasibətlər necə olmalıdır” sualına cavab axtarmaq üçün çox uzağa getmək lazım deyil. Məhz Azərbaycan-Türkiyə münasibətlərini öyrənmək və dövlətlərarası münasibətlərdə ondan bəhrələnmək lazımdır. Bu, bir həqiqətdir. Bu, bir aksiomdur. Bütün dünya ölkələri getdikcə bunu daha çox dərk etməlidirlər. Xüsusilə də çətin, mürəkkəb anlarda Azərbaycan-Türkiyə münasibətlərinin hansı yüksək səviyyədə olduğu özünü bir daha büruzə verir. Vətən müharibəsində Türkiyə qardaş Azərbaycan dövlətinə, Azərbaycan xalqına çox yüksək səviyyədə siyasi və mənəvi dəstək göstərdi. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən Azərbaycan dövlətinin yanında olduğunu bildirdi. Türkiyənin müdafiə naziri, xarici işlər naziri və digər nazirlikləri, onların rəhbərləri Azərbaycanın haqq işini müdafiə etdiklərini hər zaman bildirdilər. Bu birlik, həmrəylik üçüncü dövlətin Vətən müharibəsində müdaxiləsinə, Ermənistanın müdafiəsinə açıq şəkildə mane oldu. Bu da çox onəmli hadisədir. Eyni zamanda, Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Bütün çətin məqamlarda Türkiyənin yanında olan ilk dövlət məhz Azərbaycan oldu. Bu günlərdə Türkiyədə meşə yangınları Azərbaycan-Türkiyə münasibətlərinin necə yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bu yangınların ilk günü Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidentinə zəng etdi və istənilən səviyyədə dəstək, yardım göstərməyə hazır olduğunu bildirdi. Bu istiqamətdə çox ciddi əməli addımlar atılmağa başlayıb. 100-ə qədər maşın və texnika Türkiyəyə göndərilib. Yanğın zonasında 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarə, 510 nəfər yanğınsöndürən fəaliyyət göstərir.
Azərbaycan Prezidenti əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif etdi. Beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayı 710 nəfərə çatdırılacaq. Bütün bunlar göstərir ki, bəli, bizim qardaşlığımız və dostluğumuz əbədidir. Prezidentlərimiz, dövlətlərimiz, xalqlarımız dost və qardaşdır.
Xüsusilə iyunun 15-də Şuşada imzalanmış tarixi Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırdı. Münasibətlərin bundan yüksək səviyyəsi yoxdur. Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında növbəti yeni mərhələ oldu. Bütün bunlar hamısı bir daha ona dəlalət edir ki, Azərbaycan və Türkiyə dostluğu əbədidir, heç bir üçüncü qüvvə bu dostluğa xələl gətirə bilməz.
Həm də bu dostluğu şərtləndirən ən mühüm amillərdən biri onunla bağlıdır ki, hər iki dövlətə nəhəng dövlət xadimləri rəhbərlik edirlər. Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atmaqla öz adını təkcə ölkəsinin tarixinə deyil, əslində dünyanın hərb tarixinə birdəfəlik həkk etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni dünyanın əsas güc mərkəzlərindən birinə çevirməyi bacarmışdır. Bu gün Türkiyə NATO-da öz hərbi potensialına görə ikinci, dünyada isə onunluqdadır. Bu tarixi nailiyyətlərin əldə edilməsində Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri var. Sözün həqiqi mənasında bugünkü dünyamızın ən xarizmalı liderlərindən biridir. Bu iki nəhəng şəxsiyyətin dostluğu Azərbaycan-Türkiyə tarixi dostluğunun daha da möhkəmlənməsi mənafeyinə xidmət göstərir. Bu isə bizim düşmənlərimizi, xüsusilə də Ermənistan dövlətini, onun siyasi-hərbi rəhbərliyini xeyli qıcıqlandırır.
- İşğalçı Ermənistanın artıq adət halına çevirdiyi atəşkəs rejimini pozmasını, təxribatlar törətməsini necə şərh edərdiniz?
- Qeyd etdiyim kimi, Azərbaycan-Türkiyə tarixi dostluğunun daha da möhkəmlənməsi Ermənistan dövlətini, onun siyasi-hərbi rəhbərliyini qıcıqlandırır. Nəticədə isə Ermənistanın atəşkəs rejimini intensiv şəkildə pozması, sərhəd insidentlərini həyata keçirməsi, cürbəcür təxribatlara əl atması baş verir. Onların heç bir nəticəsi olmayacaq. Çünki ortada qalib Azərbaycan dövləti var. Bu dövlətin ən yaxın müttəfiqi olan Türkiyə dövləti var. Ermənistanın siyasi-hərbi rəhbərliyi ilk növbədə papağını qarşısına qoyub düşünməlidir. Nəticə çıxarmalıdır ki, yeganə yol əməkdaşlıq yoludur. Konfrantasiya yolu Ermənistanı məhvə aparır. Ermənistan üçün bu gün hava, su qədər lazım olan məsələ düşdüyü ağır iqtisadi fəlakətdən qurtarmaqdır. Ermənistan blokada vəziyyətindən çıxmaq haqqında düşünməlidir. Bunun yolu isə Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməkdən keçir. Həmin şərtlər isə çox sadədir. Əməkdaşlıq, ilk növbədə, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması, minalanmış ərazilərin xəritəsinin verilməsi və bundan irəli gələn digər addımlar, xüsusilə də qeyd etdiyim kimi, kommunikasiyaların bərpası əsasdır. Əgər bunları edəcəklərsə Ermənistanın nicatı olacaq. Ermənistan dövləti, xalqı da gələcəyinə nikbin baxa bilər. Yox bu olmayacaqsa Ermənistan dövlətini, xalqını daha böyük fəlakətlər gözləyir. Amma təəssüf ki, Ermənistanda son baş verən hadisələr, xüsusilə də Ermənistanın müdafiə nazirinin son sayıqlamaları belə nikbin proqnozlar vermək üçün elə də ciddi əsaslar yaratmır.
- Elman müəllim, Ermənistanın müdafiə nazirinin son bəyanatının arxasında hansı niyyətlər dayanır?
- Ermənistanın müdafiə naziri Arşak Karapetyan Azərbaycan əsgərlərinin Ermənistan sərhədlərini keçəcəyi təqdirdə məhv edilməsi ilə bağlı əmr imzalayıb. Eyni zamanda, qeyd olunur ki, buna imkan verən erməni hərbciləri də çox sərt cəzalandırılacaq. Nə baş verməkdədir? Ermənistan müdafiə naziri niyə belə əmr imzalayıb və bu əmrin arxasında hansı niyyətlər dayanır? Bu məsələni təhlil etdikdə birinci onu söyləmək istərdik ki, əvvəla qalib, müzəffər Azərbaycan orducunun Ermənistan sərhədini keçmək niyyəti yoxdur. Bizim qarşımızda belə bir strateji məqsəd dayanmır. Əgər bunu etsəydik, keçən ilin məlum Tovuz hadisələri zamanı edərdik. Bunu elə 44 günlük Vətən müharibəsi dövründə reallaşdıra bilərdik. Sadəcə bizim qarşımızda belə hədəf dayanmır. Bizim hər hansı ölkənin sərhədini keçmək niyyətimiz yoxdur. İkincisi, artıq bu əmrin özündən bəlli olur ki, Ermənistan müdafiə naziri təlaşdadır, həyacandadır, gərginlik içərisindədir. Hesab edir ki, Azərbaycan Silahlı Qüvvələri əgər sərhədi keçərsə, Ermənistanın silahlı qüvvələrinin müqavimət potensialı çox aşağıdır, hətta onlar müqavimət göstərməyə bilərlər. Bu halda çıxış yolu kimi erməni əsgərlərinin çox sərt cəzalandırılacağı ilə bağlı əmr imzalayır. Bu gün Ermənistan müdafiə naziri etiraf etmiş olur ki, ordusunda vəziyyət bərbad vəziyyətdədir. Yəni, 10 mindən çox fərarisi olan bir ordudan əslində başqa bir şey gözləməyin də mənası yoxdur. Bu hadisə onu bir daha göstərdi ki, Ermənistanda hakimiyyət yenə də populist mövqe tutmaqda davam edir, gündəmdə məhz bu cür bəyanatlar və əmrlərlə qalmaq istəyir. Reallıqlar isə başqadır. Azərbaycan Ordusu tarixi missiyasını Ali Baş Komandanımızın rəhbərliyi ilə həyata keçirir və bu gün də torpaqlarımızı qoruyur. Eyni zamanda, bütün ərazilərimizdə Azərbaycan bayrağının dalğalanması üçün lazımı addımları atır. Çox yaxın perspektivdə hansı ərazimizdə Azərbaycan bayrağı dalğalanmırsa, biz ona da şahidlik edəcəyik. Ortada ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycan xalqının cənab Prezidenti birmənalı dəstəkləməsi var. Təbii ki, bütün bu reallıqlar fonunda Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı göz önündədir. Bütün bu reallıqlar nəticə etibarilə qarşımızda dayanan bütün hədəflərə çatmağımız üçün münbit şəraiti təmin edir. Ermənistanın müdafiə nazirinin məlum bəyanatı sərsəm, axmaq düşüncəsinin məhsuludur.
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 2026 20:39
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
