“8 yaşlı qızım intihar etməyib, onu pəncərədən atası atıb”
Ötən il noyabrın 27-də Bakının Nizami rayonu, M.Abbasov küçəsi 13 ünvanında 8 yaşlı Fərəh Vahid qızı Nadirova yaşadığı binanın 13-cü mərtəbəsindən düşüb. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisənin üstündən 1 ilə yaxın vaxt keçsə də, Fərəhin anası hələ də istintaqın gedişindən narazıdır.
“Qafqazinfo”ya müraciət edən ana Dilarə Bağıyeva hadisə baş verən gün və ondan öncə həyat yoldaşı Vahid Nadirovun onu və qızı Fərəhi dəfələrlə döydüyünü, ölümlə hədələyini iddia edir. Onun iddiasına görə, sərxoş ata azyaşlı qızını döyəndən sonra onu pəncərədən atıb.
Şikayətçi nə uşağın ölümü, nə də özünün döyülməsi ilə bağlı bağlı açılan cinayət işlərindən razıdır: “Mən və övladım Fərəh Vahid Nadirov tərəfindən işgəncəyə, zorakılığa məruz qalmışıq. O, hər gün sərxoş halda evə gələrək məni uşağımın qarşısında vəhşicəsinə döyüb xəsarətlər yetirirdi. Tibbi ekspertizadan da keçmişəm, əlimdə rəylər, fakt və sübutlar var. Məni döydüyü zaman qızım araya girirdi, zərbələrə o da məruz qalırdı. Bəzən də onu qəsdən təpiklə vururdu. Hər dəfə məni döyəndə öldürəcəyi ilə təhdid edirdi. Fərəhin ölümü ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi açılıb və heç bir sübut, heç bir dəlil olmadan ölümü intihara bağlayıblar. Mən tələb edirəm ki, balama qarşı olan zorakılığın, həyatına olan qəsdin üstü açılsın...”
D. Bağıyeva deyir ki, 8 ay apardığı araşdırmalar, analizlər uşağın intiharı ilə bağlı heç bir əsas olmadığını göstərir: “İntihar etmək üçün uşaq pəncərəni açmalı idi. Pəncərədə əl izləri yoxdur. Uşağın pəncərədən özünü atması ilə bağlı hal şahidi yoxdur. Amma qızımın atası tərəfindən pəncərədən aşağı atılmasını görən bir şəxs – 11-ci mərtəbədə yaşayan S. Gülalıyeva adlı qadın var. O, görən kimi dərhal 102 xidmətinə zəng edib. Lakin ona təzyiqlər göstərilib deyə 3 fərqli ifadə verib”.
Şikayətçinin sözlərinə görə, onun Baş Prokurorluğa müraciətlərindən sonra Nizami Rayon Prokurorluğunu tərəfindən verilən qərarlar ləğv olunub, Baş Prokurorluq faktla bağlı yenidən cinayət işi açıb: “Mən hazırda cinayət işinin 125-ci maddə ilə açılmasından narazıyam. Əslində cinayət işi 120-ci maddə ilə açılmalı idi. Burada özünü öldürmədən çox həyatına qəsd etmək faktları var. Əldə olan faktlar uşağın həyatına qəsd edildiyini göstərir”.
D. Bağıyeva eyni zamanda döyülməsi ilə bağlı Nizami Rayon Məhkəməsində açılan cinayət işindən də şikayətçidir. O bildirir ki, bu ilin mart ayında döyülmə işi rayon məhkəməsinə göndərilib, 4 aydır iş getsə də, tamamlanmayıb, təxirə salınır və ortada nəticə yoxdur. Şikayətçi iddia edir ki, keçmiş həyat yoldaşı və ailəsi müxtəlif yollarla prokurorluğun işinə təsir edir. D. Bağıyeva həyat yoldaşı ilə 10 il evli olduğunu, bu müddət ərzində 3 dəfə ayrılmaq istədiyini deyib. Lakin hər dəfə V. Nadirov spirtli içki içməyəcəyinə söz verdiyindən boşanmaları alınmayıb. Yalnız Fərəhin faciəli ölümündən sonra – fevral ayında rəsmən boşana biliblər.
Şikayətlə bağlı Respublika Baş Prokurorluğuna sorğu ünvanladıq. “Qafqazinfo”nun sorğusuna cavab olaraq təsdiqlənib ki, 27 noyabr 2020-ci il tarixdə paytaxtın Nizami rayonunda 2012-ci il təvəllüdlü Nadirova Fərəh Vahid qızının yaşadıqları evin pəncərəsindən özünü ataraq intihar etməsi faktı üzrə Nizami rayon prokurorluğunda araşdırma aparılaraq 15 aprel 2021-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib:
“Mərhum Fərəh Nadirovanın anası Dilarə Bağıyevanın araşdırmanın səthi aparılması ilə bağlı Azərbaycan Baş Prokurorluğuna daxil olmuş müraciəti əsasında qeyd edilən fakt üzrə toplanmış material Baş Prokurorluq tərəfindən tələb edilərək öyrənilib. Həmin qərar 23 iyul 2021-ci il tarixdə ləğv edilməklə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işinin başlanılması barədə qərar qəbul edilib. Bildiririk ki, Fərəh Nadirovanın intihar etməsi faktı ilə bağlı bütün xüsusatlar hərtərəfli, tam və obyektiv araşdırılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək”.
Qeyd edək ki, qərarda göstərilir ki, Nizami Rayon Prokurorluğunun müstəntiqi Elvin Şahmirzəli tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başladılan istintaqın tam və hərtərəfli aparılmadığı nəzərə alınaraq prokurorluğun 15 aprel tarixli qərarı ləğv edilib. Cinayət işi üzrə ibtidai istintaqın aparılması Bakı şəhəri, Nizami rayon prokurorluğunun müstəntiqi Şahin Məmmədova həvalə edilib.
Dilarə Bağıyeva döyülməsi ilə bağlı fotoları da redaksiyamıza göndərib. Onların bəzisini təqdim edirik:


- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 2025 12:11
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 2025 00:36
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- Rus generalın qızı Avropada kef edir
7 dekabr 2025 21:43
- Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldı
7 dekabr 2025 18:27
- Mingəçevirdə 1 yaşlı körpəsini zirzəmiyə atan qadın saxlanıldı
7 dekabr 2025 17:17
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
