Arvadını Maltada öldürmək üçün killer axtaran azərbaycanlı..
Günün sitatı17 avqust 2021 11:47
Maltada yaşayan azərbaycanlı qadın yerli hüquq-mühafizə orqanlarına müraciət edərək ərinin onu öldürmək üçün killer tutduğunu bildirib.
Virtualaz.org "The Times of Malta” nəşrinə istinadən xəbər verir ki, ötən həftənin cümə günü prokurorluq tərəfindən məhkəməyə təqdim edilən sənədlərə əsasən qadın boşanma prosesində olduğu ərinin onu qətlə yetirmək planlarını aşkar edib.

Prokuror Piter Pol Zammit tərəfindən məhkəməyə təqdim edilən sənədlərdə "qorxmuş və həyacanlı vəziyyətdə olan” qadının ərinin bu planını necə aşkarladığı təsvir olunur. Bildirilir ki, qadının əri onun əməkdaşı olduğu təxmin edilən azərbaycanlı ilə arvadını öldürmək üçün Maltada killer tutması barədə söhbət aparıb. Qadın hakim Yan Farrugiaya təqdim etdiyi ərizəsinə iki videofayl da əlavə edib. Həmin videofayllarda bir nəfər azərbaycanlı bildirir ki, qadının ondan ayrı yaşayan əri qətl planını onunla müzakirə edib. Bu şəxs bildirir ki, qətlə görə Azərbaycandan ona böyük məbləğdə pul təklif ediblər.

Plana əsasən muzdlu qatil qadını öldürməli və daha sonra Maltadan qaçmalı idi. Videoda azərbaycanlı bildirir ki, qadının əri ilə yaxın münasibətləri olub. Və o, arvadı ilə olan problemlərdən danışıb. Adı açıqlanmayan bu azərbaycanlının sözlərinə görə, ər arvadından yaxa qurtarmaq, yəni onu öldürmək istəyir və bunun üçün sanballı məbləğ ödəməyə hazırdır.
Qadın habelə bildirir ki, həmin azərbaycanlının onun yanına gəlişindən bir neçə ay əvvəl mənzilinə gizli kamera və səsyazan qurğu yerləşdirilib. Həmin qurğu və müvafiq fotolar araşdırma üçün məhkəməyə təqdim olunub.

Mənbələr "Times of Malta” nəşrinə deyiblər ki, ər-arvadın arasında problemlər bir neçə ildir davam edir. Məhkəmə araşdırmaları barədə sorğunun verilməsi məhkəməyə istənilən sübutları əldə edib saxlamaq və həmin xarici vətəndaşı (azərbaycanlını) dindirmək üçün Maltaya çağırmaq səlahiyyəti verir. Qadının ondan ayrı yaşayan əri tərəfindən öldürülməsi planına görə təqsirləndirilən şəxs 20 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Oxşar xəbərlər
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
5 fevral 2026 14:16
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 2026 11:23
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
Xəbər lenti
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
Video & Fotoqalereya
Video
Fotoqalereya
