- Ramiz Mehdiyevin -barmağı- ilə azadlıq: 8 milyonluq dələduzluq -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu
- Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı
- Ramiz Mehdiyevin gizli -prinsi- hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə QUDASI Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
- Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir
- Jurnalist Vüqar Məmmədov saxlanıldı - Hurriyyet TV-də əməliyyat
                            
                                
                                        
                                            
                                        
                                        
                                    
                                    
									  
  
			  
                                
                           
				   
							
							
							
						
                            
                                
                                    
                            
							
							
							
Tağıyevin neft imperiyasını əlindən alan ingilis zabiti
Mədəniyyət18 avqust 2021 00:44
                                         
  
Hər dəfə Hacı Zeynalabdin Tağıyevin bu fotosunu görəndə sadəcə bir məlumat bütün mənbələrdə yazılır”  Hacı Zeynalabdin Tağıyev işlər müdiri Uiliymas ilə birgə” 
Kimdir axı bu Uliyams? Necə oldu ki, Rusiya imperiyasının ən varlı adamlarından biri olan, haqqında Fransa, Almaniya, İngiltərə və digər ölkələrdə hörmətlə çəkilən, Şərqdə mesenat addımları ilə sevilən azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin yanında ikinci adama, işlər müdiri vəzifəsinə gəldi çıxdı? XIX əsrin 80-ci illərində H.Z.Tağıyev firması ildə 163800 ton neft çıxarırdı, 1893-cü ildə hasilat 327600 tona, 1896-cı ildə isə 524160 tona çatmışdı. Neft sektorunda rəqabət olduqca güclü idi. Bu rəqabətə baxmayaraq neft sənayesində liderlərdən olan Hacı Zeynalabdin Tağıyevin bütün biznesi niyə ingilis Uliyams tərəfindən idarə edilirdi?
Bibiheybətdə və Balaxanıda 32 hektar 76 sot neftli torpaq, iki neft daşıyan gəmi Saritsın, Nijni Novqorod və Moskva şəhərlərində anbarlar, ağ neft və sürtkü yağları istehsal edən zavodlar Hacı Zeynalabdin Tağıyevin məxsus idi. Bunların idarisini əlinə alan Uliyams haqqında demək olar ki, heç bir məlumat yoxdur. Bütün mənbələrdə haqqında informasiya olmayan Uliyams ilk dəfə Şimali Qafqazda İngilis ordusunun kapitanı (bəzi mənbələrdə mayor) kimi peyda olur. Bura Xəlil əfəndi adlı tərcüməçi ilə gələn Uliyams Şimali Qafqazda neft axtarışlarında iştirak edir. Burada danışıqlar aparan Uliyams Şimali Qafqazın mədən, zavod, dəmir yolları, poçt-teleqran xəttlərini 50 illik müddətə İngiltərəyə satılmasını təklif edir. Bu müqavilə alınsa idi Uliyamsın illik gəliri 10000 funt sterlinq olmalı idi. Lakin burada Rusiya imperiyasının yüksək çinli məmurları ona imtina edirlər. O, geri qayıtmayaraq dünyanın neft mərkəzi sayılan Bakıya gəlir. İngiltərənin Bakıdakı  konsulu Mak Donnelin vasitəsilə Hacı Zeynalabdin Tağıyevlə tanış olur və qısa zamanda onun etibarını qazanır. Uliyams Tağıyev imperiyasının əsas simalarından biri olur. Və bu vəzifədə olaraq Bakı nefti və burda olanlarla barədə İngiltərə hökumətini tez tez məlumatlandırır. Onun birbaşa əlaqədə olduğu ingilis bankiri E.Qubbardla Tağıyev arasında vasitəçi olan Uliyams üzərinə düşən işin öhdəsindən gəlir. Hacı Tağıyevi aldadaraq, saxta sənədlər düzəldərək Hacı Zeynalabdin Tağıyev mədənləri, neft kəmərləri, neft daşıyan donanması, dəmir yolu çənləri, Rusiyanın müxtəlif şəhərlərində ağ neft, mazut anbarları olan firmasını 5 milyon rubla ingilis bankiri E.Qubbardın başçılıq etdiyi qrupa satmışdır. Onun müəssisələri əsasında 1897-ci ildə ingilislər tərəfindən "Rusiyada neft və duru yanacaq çıxaran cəmiyyət” ("Oleum”) yaradıldı. Amma o, "Oleum”un direktorlarından biri kimi qalmışdı. İngilis kapitalistləri Tağıyevin 20 milyon manat dəyəri olan mədənləri, ağ neft, yağ və kükürd turşusu zavodlarını, neft kəmərini, neftdaşıyan donanmanı, dəmir yolu çənləri parkını, Rusiyanın bir çox şəhərlərindəki ağ neft-mazut anbarlarını 5 milyon yarıma almağa müyəssər oldular. İngilis kapitalistləri H.Z.Tağıyevin satın alınmış müəssisələrindən çoxlu gəlir götürdülər. Tağıyevin başa çatdırmadığı quyular tezliklə güclü fantan vurdu. Təkcə 4 ay ərzində (1897-ci ilin noyabrından 1898-ci ilin martınadək) "Oleum” 40 milyon pud neft çıxartdı ki, bu da cəmiyyətə 300 min funt sterlinqdən çox və ya 30 milyon manat xalis gəlir gətirdi. Sövdələşmənin bağlanmasından sonrakı 2 il 4 ay ərzində isə ingilislər 7,25 milyon manat xalis gəlir götürdülər. "H.Z.Tağıyev” firmasının satın alınması İngilis kapitalının Azərbaycan neft sənayesinə coşğun müdaxiləsi üçün mühüm təkan oldu. İngilis kapitalı fəaliyyət sərbəstliyi aldı və XX əsrin əvvəllərində, tədqiqatçıların ifadəli təbirincə desək, "Neft Bakısında kök saldı.  Müəyyən dövr ərzində ingilis kapitalistləri çar qanunvericiliyinin hətta son dərəcə yumşaq məhdudiyyətlərindən yan keçərək, Bakı neft mədənlərini almaq üçün H.Z.Tağıyevin adından pərdə kimi istifadə edirdilər. 
Uliyamsın Hacı Tağıyev və Musa Nağıyev barəsində Bakıda şayələr yayaraq onları ingilis agenti kimi qələmə verdirir. Hətta Bakıda neftxudaların iclasında bunu onun üzünə deyəndə Tağıyev qəzəblə "Mən şərəfimi və Vətənimi heç nəyə və heç kimə satmaram” cavabını verir. 
Daha sonra Uliyams barədə heç bir məlumata rast gəlinmir. Tağıyev və onun yeni biznesində onun adı çəkilmir. Hacının işlər müdiri isə Konstantin Aleksandroviç İretski olur. O,  Bakı şəhər dumasının üzvü və müxtəlif illərdə onun sədri, daha sonra isə H.Z.Tağıyevin işlər müdiri olmuşdur. Beləliklə İngilis kəşfiyyatının zabiti Uliyams sayəsində ingilislər Bakıda neft sektoruna qoşulurlar.
Zaur Aliyev
Oxşar xəbərlər
                                - Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı 
                                            30 oktyabr 2025 23:58
- Ramiz Mehdiyevin gizli  -prinsi-  hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə  QUDASI       Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR 
                                            30 oktyabr 2025 13:37
- Qubaya 10 sm qar yağdı (VİDEO)
                                            30 oktyabr 2025 10:17
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
                                            29 oktyabr 2025 14:04
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur...  - Videomüsahibə
                                            29 oktyabr 2025 10:59
- Pezeşkian və Hatəmidən eyni mesaj -  Neft var, inkişaf yox...
                                            28 oktyabr 2025 01:51
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
                                            27 oktyabr 2025 10:24
- Abel Məhərrəmov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı - ŞOK TƏFƏRRÜAT  
                                            26 oktyabr 2025 21:35
- Qubadlıya ilk tank kalonu onun rəhbərliyi ilə daxil olub... 
                                            25 oktyabr 2025 12:19
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ  
                                            25 oktyabr 2025 03:41
Xəbər lenti
                                - Ramiz Mehdiyevin  -barmağı-  ilə azadlıq: 8 milyonluq dələduzluq  -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu 
                                            31 oktyabr 00:39
- Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı 
                                            30 oktyabr 23:58
- Dəfn olunan İTKİN - ŞƏHİDİN  anası: İndi RAHAT  ÖLƏ  BİLƏRƏM 
                                            30 oktyabr 22:01
- Ramiz Mehdiyevin gizli  -prinsi-  hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə  QUDASI       Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR 
                                            30 oktyabr 13:37
- Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir 
                                            30 oktyabr 13:20
- Jurnalist Vüqar Məmmədov saxlanıldı - Hurriyyet TV-də əməliyyat  
                                            30 oktyabr 13:10
- AZADLIQ  AŞIĞI  da  DANIŞDI: Ramiz Mehdiyev bağda mənə BİR  DƏFƏ...))  lmir...
                                            30 oktyabr 11:52
- DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı  SAXLANILDI  
                                            30 oktyabr 11:32
- NAR-ın   Çoox Şanslı  lotereyasının ilk avtomobil qalibi sükan arxasında
                                            30 oktyabr 11:26
- Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
                                            30 oktyabr 10:36
- Qubaya 10 sm qar yağdı (VİDEO)
                                            30 oktyabr 10:17
- BAKCELL   bu gün  Zeekr 001  hədiyyə edəcək - Son saatlar!
                                            30 oktyabr 00:42
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO) 
                                            29 oktyabr 23:20
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
                                            29 oktyabr 22:32
- İlham Əliyevin Serbiyaya səfəri gözlənilir  
                                            29 oktyabr 14:08
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
                                            29 oktyabr 13:57
- Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcək
                                            29 oktyabr 11:24
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur...  - Videomüsahibə
                                            29 oktyabr 10:59
- General Mirzəyev 9 il azadlıqdan məhrum edildi 
                                            29 oktyabr 02:12
- Oğuz qoluna aid türk dilləri: qədim tayfalardan müasir xalqlara uzanan mədəni zəncir 
                                            29 oktyabr 01:19
- Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir 
                                            29 oktyabr 00:21
- İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
                                            28 oktyabr 21:58
- Dünyada ilk müsəlman qadın deputat - Pəri xanım Sofiyeva KİMDİR...
                                            28 oktyabr 21:32
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
                                            28 oktyabr 15:15
- Bu gün  QAÇAQ  SƏFİRƏ-nin   yaxın adamının məhkəməsidir 
                                            28 oktyabr 13:32
- Fəzail Ağamalının gizlətdiyi  OĞLU   üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ 
                                            28 oktyabr 13:03
- Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu - Fotolar 
                                            28 oktyabr 11:48
- Prezident Sabirabada səfər etdi (FOTO)
                                            28 oktyabr 11:20
- Dünyada  3  paytaxtı   və  12  RƏSMİ  DİLİ  olan yeganə ölkə
                                            28 oktyabr 02:48
- Pezeşkian və Hatəmidən eyni mesaj -  Neft var, inkişaf yox...
                                            28 oktyabr 01:51
Video & Fotoqalereya
                                Video
                                        
                                    Fotoqalereya
                                        
                                    
 
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                    