İki şahidin ifadəsi:" Elçinin öldürüldüyünü dedilər, şoka düşdüm”
Kriminal28 avqust 2021 21:58
20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin istintaqı Bakı Hərbi Məhkəməsində davam edir.
General ittihamlarla razılaşmayıb, özünü təqsirli bilməyib, məhkəmədə ifadə verməkdən imtina edib. Elə istintaq dövründə də susmağa üstünlük verib.
Cinayət işi üzrə istintaq zamanı mərhum iş adamının sinif yoldaşı, uzun illərin yaxın dostu, biznes ortağı Səməd Novruzov dindirilib. İxtisasca hüquqşünas olan S.Novruzov ifadəsində 1995-1996-ci illərdə təsisçisi olduğu "Star” firması rəhbərlik etdiyini, adıçəkilən şirkətin Rusiyadan, Ukraynadan və digər dövlətlərdən ərzaq məhsulları alaraq Azərbaycana idxal etdiklərini deyib: "Elçinlə uzun illər dost olmuşuq. Bu işlərdə mənə köməklik göstərirdi. 1996-2000-ci illərdə Kiyev şəhərinə gedib-gəlir, alınan qida məhsullarının yüklənməsinə, Azərbaycana göndərilməsinə nəzarət edirdi. İşlə bağlı uzun müddət orada qaldığından Kiyevdən mənzil alınmasını istədi, etiraz etmədim. Elçinin adına üçotaqlı mənzil aldım, 2000-ci ildə ailəsi ilə birgə Kiyevə köçüb orada yaşamağa başladı”.

İş adamının ifadəsinə görə, 1998-2000-ci illərdə E.Əliyev Türkmənistan Respublikasına gedib-gələndən sonra oradakı tanışlardan birinin quru südün alınmasını təklif etdiyini deyib: "Mən də razılaşdım, 107 min dollar dəyərində quru süd məhsulunu alıb Azərbaycana gətirməsini istədim”.
Lakin məhsul ölkəyə gətirilərkən onun saxlama müddəti keçdiyindən idxal olunmasına icazə verilməyib, yenidən Türkmənistana qaytarılıb: "Pul əvvəlcədən ödənildiyindən sonradan həmin pulu geri ala bilmədik. Bununla bağlı Elçinlə aramızda hər hansı bir narazılıq olmadı. 2000-ci ilin sonlarında artıq Ukrayna ilə sahibkarlıq fəaliyyətimiz bitdiyindən bu sahədə əlaqələrimiz kəsildi. Lakin bir dost kimi bir-birimizlə həmişə əlaqə saxlamışıq”.
S.Novruzov ifadəsində 1995-ci ildən Elçinlə birgə Kiyevə gedib-gələrkən sonuncunun vasitəsilə Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovla tanış olduğunu deyib: "Nazim İbrahimov Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin edilmişdi. Elçinin də Nazim İbrahimovla yaxın münasibəti olduğundan, səfirliyin inzibati ərazisində əvvəllər işlədiyindən tez-tez səfirliyə gedib-gəlirdi”.

S.Novruzov ifadəsində göstərib ki, sonuncu dəfə Elçinin ölümündən bir gün öncə telefonla əlaqə saxlayıblar. Dostu ona işlərini qaydaya saldıqdan sonra yaxın günlərdə Bakıya gələcəyini deyib. Ertəsi gün qohumlardan biri zəng vurub Elçinin öldürüldüyünü xəbər verib: "Şoka düşdüm, bir müddət hərəkət edə bilmədim. Sonra Elçinin valideynləri yaşayan ünvana getdim. Orada Elçinin qohum-əqrəbası, həmçinin Nazim İbrahimov da vardı. Elçinin anası Səmayə xanımdan nə baş verdiyini, kim tərəfindən bıçaqlandığını soruşdum. Səmayə xanıma oğlunun öldüyünü demişdilər”.
Elə həmin gün N.İbrahimovla birlikdə meyiti gətirmək üçün Ukraynaya yola düşüblər. Kiyevdə onları səfirliyin nümayəndələri qarşılayıb: "Polis şöbəsinə getdik, meyitin Bakıya yola salınması ilə məşğul olduq. İşlərimizi yekunlaşdırıb səfirliyə gəldik. Orada tanımadığım başqa şəxslər də vardı. Elçinin kim tərəfindən və hansı səbəbə görə öldürüldüyünü müzakirə edirdik. Tez-tez mənə Bakıdan zənglər gəlir, qohum-əqrəba, Elçini tanıyanlar onu kimin öldürdüyünü soruşurdular. Səfirlikdə baş verən müzakirə zamanı hiss etdim ki, əksəriyyəti hadisənin kim tərəfindən törədildiyini bilsə də həmin şəxsin adını çəkməkdən çəkinirlər”.
Müzakirələrdən gəldiyi qənaətə əsasən S.Novruzov ifadəsində deyib ki, Elçin hadisə baş verən gün Məzahir adlı şəxslə kafedə yeyib-içərkən həmin kafeyə iki hərbçi gəlib, onlarla mübahisələri yaranıb, həmin hərbçilərdən biri Elçini bıçaqla ürəyindən vurub: "Hərbçilərdən birinin polkovnik, digərinin isə hərbçi general Rövşən Əkbərov olduğunu dedilər”.
Səfirlikdən çıxdıqdan sonra mərhumun işlədiyi ofisə yollanan S.Novruzov oradakı işçilərlə görüşüb. Elçinin yanında işləyənlər hadisənin kim tərəfindən, hansı səbəbdən törədildiyini bilmədiklərini deyiblər. İşçilərdən biri, Aleksandr Qriqoryev S.Novruzova deyib ki, hadisə barədə məlumat almaq üçün polis şöbəsinə getdikdə orada "eqo svoi zarezali” deyiblər.
"Biz Bakıya gəlib Elçinin dəfnində iştirak etdik. Yas mərasimində hamı Elçinin general Rövşən Əkbərov tərəfindən öldürüldüyünü danışırdı”- şahid əlavə edib.
İş adamı uşaqlıq dostu Elçinin çox sakit, mülayim insan olduğunu, ətrafındakı hər kəslə mehriban münasibət qurduğunu, kimsəylə ədavəti, düşmənçiliyi olmadığını deyib: "Elçinin general Rövşən Əkbərov tərəfindən öldürülməsini eşitdikdən sonra bu hadisənin səbəbini aydınlaşdıra bilməmişəm. Çünki Elçinin uşaqlıqdan bəri ümumiyyətlə kiminləsə dalaşdığını eşitməmişəm. Yəni davakar insan deyildi, əksinə olduqca mülayim, gülərüz idi”.
İstintaq zamanı S.Novruzovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional İdarəsində baş məsləhətçi vəzifəsində işləyən qardaşı Mədət Novruzov da dindirilib. O, ifadəsində mərhum Elçin Əliyevlə eyni məktəbdə oxuduqlarını, Naxçıvan Dövlət Universitetinə birgə qəbul olduqlarını, təhsillərini bir yerdə davam etdirdiklərini deyib: "Elçin universiteti bitirdikdən sonra Bakıya köçüb bizneslə məşğul olurdu. Qardaşım Səmədə məxsus "Star” şirkətində onun yanında işləyirdi. Dəqiq hansı vəzifədə işlədiyini xatırlamıram”.
Şahid ifadəsində Elçinin ölüm xəbərini qardaşı Səmədin zəng vurub ona dediyini söyləyib: "Səməd dedi ki, Elçini öldürüblər, Nazim İbrahimovla birgə meyiti gətirməyə gedirik. Həmin vaxt Naxçıvanda idim, ertəsi gün Bakıya gəldim. Elçinin yas yerində hər kəs onun Rövşən Əkbərov tərəfindən öldürüldüyünü deyirdi. O vaxt Rövşən Əkbərovun kim olması haqda məlumatım yox idi. Sonradan öyrəndim ki, generaldır, milli qəhrəmandır”.
Şahid ifadəsində yas məclisinə gələnlərdən Elçinin ölümü ilə bağlı Kiyevdə cinayət işi başlanıldığını və general Rövşən Əkbərovun həmin işlə bağlı həbs olunacağını söylədiklərini eşidib: "Elçin yaxın dostum olub. Çox sakit, mülayim insan idi. Rövşən Əkbərovun adını isə ilk dəfə Elçinin yas yerində eşitmişəm”./Virtualaz.org
Oxşar xəbərlər
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
3 fevral 2026 21:39
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 2026 12:42
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
4 yanvar 2026 21:03
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına cavab
7 dekabr 2025 11:41
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
