Generalla üzləşmə - “Kişiliyi olan yalan danışmaz”
Bakı Hərbi Məhkəməsində 20 il öncə Rusiyada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Diasporlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov şahid qismində ifadə verib.
O, qətlə yetirilən Elçin Əliyevi 1994-cü ildən Ukraynada biznes fəaliyyəti ilə məşğul olarkən tanıdığını deyib: “Bakıda olarkən, mənə zəng edib dedilər ki, Elçin qətlə yetirilib. Dərhal ailəsinin yanına getdim, orada hər kəs Elçini Rövşən Əkbərovun qətlə yetirdiyini deyirdi. Mən və mərhumun biznes ortağı Səməd Novruzov meyiti gətirmək üçün Ukraynaya getdik. Morqda gördüm ki, meyitin sinəsində bıçaq xəsarəti var”.
.jpg)
N.İbrahimov qətl barədə R.Əkbərovun özünün etiraf etdiyini bildirib: “Daha sonra Bakıya qayıdanda Rövşən Əkbərov hava limanında mənimlə görüşmək istədi. Rövşən Əkbərov, Qüdrət Əhmədov və mən "Dnepr" otelində görüşdük. Rövşən Əkbərov dedi ki, Məzahir, Elçin və o restoranların birində yeyib-içdikdən sonra mübahisə düşüb. Həmin vaxt mühafizəçi onları çölə çıxarıb. Həmin vaxt Rövşən Əkbərov Məzahiri yumruqla vurduqdan sonra avtomobilindən bıçaq götürərək Elçin Əliyevi qətlə yetirib.
Həmin vaxt məclisdə generalların şərəfinə sağlıq deyilib. Məzahir Şıxəliyev isə İsgəndər Həmidovu nəzərdə tutaraq “əsl generallar içəridə yatır” deyərək sağlığa etiraz edib.
Mənim barəmdə mətbuatda yazıblar ki, guya mən Rövşən Əkbərovu qaçırmışam və diplomatik toxunulmazlıq istəmişəm. Belə hal olmayıb. Mən arzulamazdım ki, Milli Qəhrəman qətldə günahlandırılsın”.
Bundan sonra R.Əkbərovun vəkili deyib ki, Nazim İbrahimovun 2003-cü ildə ibtidai istintaqa verdiyi ifadə ilə 2021-ci ildə verdiyi ifadə üst-üstə düşmür. Buna görə də əvvəlki ifadəsinin elan olunmasını istəyib. Bundan sonra həmin ifadə elan olunub.
N. İbrahimov həmin vaxt ifadəsində R. Əkbərov ilə “Dnepr” otelində görüşdüklərini və həmin görüşdə üçüncü şəxsin olmadığını deyib.
O, həmin ifadəsində R.Əkbərovun hadisə ilə əlaqəsinin olmadığını bildirib. Vəkil şahiddən 20 il ərzində nəyə görə etiraf etmədiyini soruşub. Nazim İbrahimov isə ondan bu barədə hüquq-mühafizə orqanlarında soruşan olmadığını deyib.
Nazim İbrahimovun ifadəsindən sonra Rövşən Əkbərov çıxış edib. O deyib ki, Nazim İbrahimov yalan danışır: “Nazim İbrahimov deyir ki, mən ona etiraf etmişəm. Bu, düzgün deyil. Mən ondan soruşdum ki, nəyə görə mərhumun ailəsinə qətli mənim törətdiyimi demisən? Bütün deyilənlər yanlışdır. Qeyrəti, kişiliyi olan insan yalan danışmaz".
Proses sentyabrın 8-də davam etdiriləcək.
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
