Eldar Mahmudovun 5 MİLYARDını xaricdə gizlədən Çingiz Əsədullayev..
28 il bank sahibi olan Çingiz Əsədullayev Azərbaycan büdcəsindən oğurlanan 5 milyard manatın izinin itirilməsi prosesində əsas fiqur hesab olunur.
İllərdir ki, mətbuat bu cinayət haqda yazır, Çingiz Əsədullayevin cinayət məsuliyyətinə cəlbi məsələsi müzakirə edilir. Əsədullayev isə azadlıqdadır. Onu həbs etməyə tələsmirlər. Ən son məlumatlara görə Ç.Əsədullayevin azadlıqda qalmasını təmin edən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdur. Hər dəfə Çingiz Əsədullayev sorğu-suala düşəndə ilk üz tutduğu ünvan da odur. Əsədullayevin Eldar Mahmudovun yanına qaçması əbəs deyil.
Mahmudov nazir olduğu zaman kəsiyində Əsədullayevin “AG Bank”ı üzərindən, onun əlaqələri vasitəsi ilə ölkədən 5 milyard manatın qaçırılmasında əsas fiqur olub. Eldar Mahmudov vəzifəsini itirəndən sonra Çingiz Əsədullayev də tezbazar bankının ləğv edilməsinə səy göstərib. 2020-ci ilin yayında Mərkəzi Bank “AG Bank”ın ləğvi haqda qərarını açıqlayarkən, ən çox sevinənlərdən biri də məhz Çingiz Əsədullayev olub. Ötən il açıqlanan Mərkəzi Bankın qərarında qeyd olunurdu ki, “AG Bank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini təsdiq edib və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51 faizi qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

Bankın əsas səhmdarı və İdarə Heyətinin sədri Çingiz Əsədullayev yaxasını kənara çəkdi və bankı çöküşünə yol açdı. İndi məlum olur ki, Çingiz Əsədullayevin 1992-ci ildən fəaliyyətdə olan bankın ləğvinə seyrçi mövqeyi onun burada baş verən cinayətlərin izlərinin itirilməsinə xidmət edib. Çünki Çingiz Əsədullayevin itirəcəyi bir şey yox idi, bank “xortumlanmış” və əsas aktivlər xaricə qaçırılmışdı.
Yəni bank dövlətin əlinə keçənə qədər tar-mar edilmiş, borc içinə salınmışdı.
Kimsəyə sirr deyildi ki, Çingiz Əsədullayevin bankı uzun illər Eldar Mahmudovun maliyyə maxinasiyalarının əsas yuvası idi. Bunun əvəzində Çingiz Əsədullayev bankında istədiyi etməklə bank işini nüfuzdan salır, əhalinin banklara inamını azaldan əmanətlərə xəyanətlər, girovların satılaraq bankın əsas və faizlərinin çıxılmasından sonra yerdə qalan hissəsinin sahiblərinə qaytarılmaması, “çirkli pulyuma” əməliyyatları adi hala çevirmişdi. Nə qədər ki, Mahmudov vəzifədə idi, Çingiz Əsədullayev də cibində deputat mandatı gəzdirməklə yanaşı, bankı da öz cibi kimi idarə edirdi. Mahmudov vəzifədən çıxarılandan sonra isə Çingiz Əsədullayev də acı reallıqlarla üz-üzə qaldı. İllərlə Mərkəzi Bankın qanuni tələblərini yaxına buraxmayan Çingiz Əsədullayevn bankındakı qanunsuzluqlar kölgədən çıxarıldı və ittiham aktlarında onun adı yer almağa başladı. Çingiz Əsədullayev Eldar Mahmudov üçün ölkədən 5 milyard manat çıxarıb. Başqa sözlə oğurluq pulun izinin itirilməsində baş rolda olub. İndi milyardları oğurlayanlardan hesab sormaq zamanıdır. Əsədullayev bu işdə “açar fiqur” rolundadır. Yetər ki, istintaq bu yöndə cəmiyyətin gözləntilərini doğruldub hərəkətə keçsin.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
