Evli qadınlarla görüşüb ərlərindən şantajla pul tələb edən ŞƏRƏFSİZ

Azərbaycanda evli və varlı qadınlarla tanış olduqdan sonra onları hədələyərək külli miqdarda pul tələb etdiyinə görə həbs edilən Elçin Pirişovun cinayət əməlləri ilə bağlı detallar məlum olub.
"Qafqazinfo" məhkəmə materiallarına istinadən xəbər verir ki, Elçin Pirişov 2011-2018-ci illərdə bir çox evli qadınla tanış olaraq əvvəlcə onların etibarını qazanıb, cinsi əlaqədə olub, daha sonra intim görüntülərini əldə edib. Bundan sonra isə əlindəki məlumatları və görüntüləri yaymaqla, övladlarını öldürəcəyi ilə hədələməklə qadınlardan külli miqdarda pul alıb.
İttihama görə, Elçinin ilk belə fəaliyyəti 2011-ci ildə “odnoklassniki.ru” saytında Xırdalanda yaşayan qadınla tanış olması ilə başlayıb. Onunla münasibətləri dərinləşdikdən sonra fotoşəkillərdən və yazışmaların mətnindən ibarət rüsvayedici məlumatları internet səhifələrində, həmçinin sonuncuların övladlarının tədris aldıqları təhsil müəssisələrində yayacağı ilə hədələyib. Qadından ümumilikdə 31 min manat pul alıb.
Qadın ifadəsində göstərir ki, Elçin əvvəlcə onunla qız profili ilə yazışıb, daha sonra gerçək kimliyi üzə çıxıb. Bu müddətdə qadın ona öz ailəsindəki problemləri yazırmış. Elçin isə həmin məlumatları yayacağı, ərinə və uşaqlarına bildirəcəyi, ailəsini biabır edəcəyi ilə hədələyərək qadından pul istəyib. O, Elçinə əvvəlcə 5 min manat verib. Elçin növbəti dəfə şantaj edib pul tələb etməyə başlayanda qadın dözə bilməyib və başına gələnləri əri Ruslana (adlar şərtidir) danışıb. Lakin Elçin yenə də təhdidlərə davam edib və pul göndərməyəcəkləri təqdirdə cütlüyün oğlu Vaqifə və onun sinif yoldaşlarına anasının əxlaqsız qadın olduğunu deyəcəyini bildirib. Bundan sonra qadın və əri Elçinə daha 6200 manat veriblər.
Elçin bununla kifayətlənməyib və yenidən pul göndərməsələr, onların uşaqlarını öldürməklə hədələyib. Qadın və əri Elçinin əməlini sübuta yetirmək üçün evin qarşısına kamera yerləşdiriblər. Bunu başa düşən Elçin tələb edib ki, pulları balkondan atsınlar. Pulu yerə atdıqdan sonra üzünü gizlədən şəxs gəlib pulu götürüb gedib. Bu cür “alış-veriş” bir neçə-dəfə baş tutub. Elçin, ümumilikdə ailədən 31 min manat pulu hədə-qorxu ilə ələ keçirib.
Elçinin daha bir əməli 2013-cü ildə “odnoklassniki.ru”da tanış olduğu qadına qarşı olub.
O, Məleykə adlı qadınla dəfələrlə görüşərək intim yaxınlıq edib. Münasibətlərini dərinləşdirdikdən sonra mütəmadi olaraq ondan borc adı ilə pullar almağa başlayıb. Daha sonra öyrənib ki, qadının övladı Bakı Modern Məktəbində təhsil alır. O, qadının telefonundan övladının sinif yoldaşlarının imkanlı valideynlərinin, o cümlədən qaynı arvadı Rüxsarənin maddi vəziyyəti, yaşayış ünvanları, telefon nömrələri, özlərinin və ailə üzvlərinə xidmət edən sürücülərin idarə etdikləri avtomaşınlar və sair hallar barədə davamlı olaraq ətraflı məlumatları toplayıb.
Daha dəqiq desək, Bakı Modern Məktəbindəki şagirdlərin valideynlərindən ibarət vatsap qrupundan oradakı nömrələri götürüb, yazışmaları oxuyaraq valideynlər haqqında məlumatlar əldə edib. Daha sonra həmin qadınlarla tanış olmağa başlayıb.
Məleykənin əri Vahid onun Elçinlə münasibətlərini öyrəndikdən sonra məcbur edib ki, hadisəni etiraf etsin.
Qadın boynuna alıb ki, müxtəlif ünvalarda Elçinlə intim əlaqəyə girib. Hətta Məleykə əri və uşaqları ilə Türkiyəyə istirahətə gedərkən qaldıqları hotelə Elçini çağırıb və həmin hoteldə yan otaqda onunla intim əlaqədə olub. Elçin qadın və ərini hədələyib bu hadisəni onların qohumlarına çatdıracağını desə də, onlar Elçinə pul göndərməyiblər. Elçin isə qadın barəsində rüsvayedici məlumatlar olan ismarışları və çılpaq şəkillərini onun telefonundan götürdüyü qohum və tanışlarına göndərib. Məleykə istintaqa bildirib ki, Elçin eyni üsulla başqa qadınları da şantaj edərək pullarını alıb.
Elə həmin qadınlardan biri onun qaynı arvadı, AMEA-da işləyən şəxs olub.
Elçin həbs olunduqdan sonra Məleykənin telefonundan götürdüyü Rüxsarənin nömrəsinə hər gün həbsxanadan zəng edib.
Qadın əvvəllər ona soyuq münasibət göstərsə də, sonradan ona cavab verməyə başlayıb. Bir müddət sonra Elçin Rüxsarədən pul tələb edəndə, o, bununla razılaşmayıb. Ardınca Elçin onun haqqında topladığı məlumatları sadalayıb və övladını öldürməklə hədələyib. Elçin tanışı vasitəsi ilə həmin qadını və övladını izlətdirib. Getdikləri yerləri, hazırda nə etdiklərini zəng edib deyəndə Rüxsarə onun həqiqətən də təhlükəli adam olduğunu və övladını öldürə biləcəyini düşünüb. Elçin məcbur edib ki, Rüxsarə ona çılpaq şəkillər göndərsin. Şəkilləri göndərdikdən sonra hədə-qorxu ilə Rüxsarədən əvvəlcə 10 min manat alıb. Daha sonra 3 dəfə fərqli vaxtlarda tanışları vasitəsilə ümumilikdə 18 min dollar ala bilib.
Elçin Pirişov həbs edildikdən sonra Rüxsarəni təcridxanaya onunla görüşə gəlməyə vadar edib. Birinci görüşdən sonra Elçin ikinci görüş tələb edib və bu dəfə cinsi əlaqədə olacaqlarını bildirib. Onlar təcridxana otaqlarından birində cinsi əlaqədə olublar. Ardınca isə Elçin Rüxsarədən 50 min manat pul tələb edib. Əks təqdirdə cinsi əlaqədə olmalarını yaymaq və oğlunu öldürməklə hədələyib. Elçin hüquq-mühafizə orqanlarında və kriminal aləmdə dostları olduğunu deyərək qadını daha da qorxudub. Bundan sonra Rüxsarə 14 min dollar və 11.160 manat pulu Elçinə verib. Bütün bu hadisələrin sonunda Elçin ondan ümumilikdə 76 min 800 manat pulu hədə-qorxu və şantaj yolu ilə əldə edib.
Elçin Pirişov isə ifadəsində deyib ki, Məleykənin qaynı arvadı Rüxsarə ilə istintaq təcridxanasının görüş otağında 26 avqust 2018-ci ildə də intim əlaqədə olub. O, bu şəraiti yaratdığı üçün Penitensiar Xidmətin Məmmədbağı adlı əməkdaşına 1100 manat verib.
Cinayət işinin davamını növbəti yazıda təqdim edəcəyik.
Qeyd edək ki, bu ilin aprel ayında Elçin Pirişov Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. Ölüm səbəbi açıqlanmasa da, onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 2025 22:38
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 2025 11:15
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 2025 09:47
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 2025 00:47
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 2025 22:19
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 2025 20:31
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 2025 10:58
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
- Bakıda dəhşətli QƏTL: Qonşunun arvadına təcavüz edən kişini öldürüb,quyuda basdırdılar - VİDEO
9 oktyabr 2025 22:03
- Çaqqal ceyranlara hücum edir, tülkü kənardan izləyir... - Fotolar
9 oktyabr 2025 20:35
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38