Bu qızlardan gələn zəngləri AÇMAYIN !
Ötən gün YAP-ın Binəqədi rayon təşkilatının sabiq sədri Rasim Göyüşovun virtual intim görüntüləri yayılıb. Bu xoşagəlməz məsələ gündəmə gəldikdən sonra aydın olub ki, sosial şəbəkə istifadəçiləri arasında eyni üsulla “tora salınan” başqa şəxslər də var.
“Qafqazinfo” xəbər verir ki, artıq bu tələyə düşən insanların sayı çoxaldığı üçün, həmin şəxslərin iş mexanizmi də müəyyənləşib.
Belə ki, şantajçılar sosial şəbəkə hesabına cəlbedici və açıq-saçıq gənc qız fotolarını qoymaqla əvvəlcədən seçdikləri kişilərə dostluq göndərirlər. Öncədən telefonda ekrangörüntüsünü videoya çəkən proqramı aktivləşdirdikdən sonra, həmin şəxslərə görüntülü zəng edirlər. Zəngə cavab verilən andan proqram aktivləşir və erotik hərəkətlər edən “qadın” qarşı tərəfin diqqətini cəlb etməyə və onu mümkün qədər daha uzun müddətdə videozəngdə saxlamağa çalışır.
Zəng edilən kişinin erotik hərəkətlər edən gənc qıza reaksiya verib-verməməsindən asılı olmayaraq, zəngin əvvəlindəki bir neçə saniyə həmin şəxslərin artıq “tora düşməsi” üçün bəs edir. Çünki qarşılaşdığı görüntünü anlamağa çalışan, yaxud elə buna maraq göstərən şəxs bir neçə saniyə də olsa, videoya baxmağa məcbur olur. Əgər zəng edilən kişi həmin gənc qıza maraq göstərib daha da irəli gedərsə, onun sonrakı taleyi sosial şəbəkələrdə, xəbər saytlarında manşet olur.
Amma burada maraq göstərməmək də kişiləri xilas etmir. Çünki videozəngi qəbul etdikdən sonra çəkilən bir neçə saniyə də həmin şəxsi şantaj etməyə bəs edir. Daha sonra saxta hesab arxasında olan şəxslər zəng etdiklərinin kişinin qeydə alınan videosunu özünə göndərib yayacaqları ilə hədələyib böyük məbləğlərdə pullar tələb edirlər. Artıq bu günədək bir neçə tanınmış şəxsin bu formada videosu sosial şəbəkələrdə yayılıb. Onlardan biri Naxçıvanda tanınmış bir dindar, digəri YAP-ın sabiq təşkilat sədri Rasim Göyüşov, daha biri isə Gürcüstanın azərbaycanlı deputatı Ruslan Hacıyevdir.
Bu tip tələlərdən qorunmaq üçün sosial şəbəkələrdə şəxsən tanımadığınız, hesabında kifayət qədər məlumat olmayan, öz şəxsi və ictimai həyatı ilə bağlı mütəmadi paylaşımlar etməyən, ortaq dostlarınızın az olduğu, yayımladığı şəkillərin axtarış sistemlərində tapması ilə bağlı şübhələr olan profillərdən gələn dostluq istəklərini qəbul etməyin. Daha da önəmlisi, şəxsən tanımadığınız şəxslərdən gələn videozənglərə cavab verməyin.
Sosial şəbəkənin qlobal bir platforma olduğunu və burada IP adresi, olduğun yeri gizlətmək üçün kifayət qədər imkanların olduğunu nəzərə alaraq, bu oyunu oynayan şəxsin də hüquq-mühafizə orqanları tərəfindən tapılmasının çətin olduğunu bilmək lazımdır. Bu mexanizmdə əsas məsələ həmin “tora düşməmək”dir.
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 2026 22:40
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
