- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
İlham Əliyev Şüvəlandakı villasını 13 milyona satır: Səbəb (FOTOLAR)
İdman10 sentyabr 2021 15:38
Eks deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu var və Vergilər Nazirliyi həmin borcun ödənməsi üçün hərəkətə keçib.
"Yeni Müsavat” xəbər verir ki, İ.Əliyevin nəzarətində olan biznesə daxil olan obyektlər büdcəyə vergi verməyiblər. Ötən ildən başlayaraq Vergilər Nazirliyinin əməkdaşları İlham Əliyevin çoxsaylı biznes obyektlərində araşdırmalara başlayıb. İlkin olaraq, 4 milyon manat verginin büdcədən yayındırıldığı üzə çıxıb. Bu rəqəmin 10 dəfə arta biləcəyi ehtimalı da var. Verilən məlumata görə, İlham Əliyev təyin olunan cəriməni ödəmək üçün 1 ay vaxt istəyib.
Eyni zamanda gələn məlumatda deyilir ki, o, nəzarətində olan varidatı tələm-tələsik "özgəninkiləşdirməyə” çalışır. Ölkənin dörd bir tərəfinə səpələnmiş malikanə və villaları da dəyər-dəyməzinə sataraq pulları xaricə çıxarmağa çalışır.
Həmin əmlaklardan biri də Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşir. Rüfət & Aynur agentliyi üzərindən satışan çıxarılan 600 kvadrat metrlik villaya görə İlham Əliyev 1 milyon 300 min manat pul istəyir. Elanda bildirilir ki, villa Şüvəlan qəsəbəsində prestijli yerdə yerləşir, yola yaxındır və 33 sot ərazisi var. Qeyd olunur ki, villa inşa ediləndən sonra orada kimsə yaşamayıb. 600 kvadrat metrlik villada 1 qonaq, 4 yataq otağı, 5 sanitar qovşaq, yardımçı otaq var. Villanın tavanının hündürlüyü 4 m, otaq qapılarının hündürlüyü 2 metr 6 santimetrdir. Villa kombi sistemi vasitəsilə qızdırılır, mətbəxdən besedkaya çıxış var. Manqal, fəvvarə, çoxlu sayda bar verən ağaclar, 3 qaraj, mühafizəçi üçün ev, camaşırxana və s. Qaz, içməli su xətti, işıq, çıxarış (kupca) da var.
Qeyd olunur ki, İlham Əliyevə bu villanı bir neçə il əvvəl məmurlardan biri bağışlayıb. Həmin məmur icra başçısı təyin olunandan sonra İlham Əliyevi villaya qonaq çağırıb və orada açarları ona təqdim edib. Villa 1 milyon 300 min manata satışa çıxarılandan sonra məmurlardan birinin mühafizə xidmətində çalışan İslam Hüseynov müştəri düşüb. Villanı çox bəyənən müştəri 130 min manat beh də verərək tezliklə alacağını bildirib. Lakin sonradan villanın kimə məxsus olduğunu öyrənib və almaqdan imtina edib.
İlham Əliyev Zirə qəsəbəsi ərazisində hektarlarla torpaq sahələrinə də sahibdir və həmin torpaqları da satışa çıxarıb. Qaynağımız deyib ki, İlham Əliyev çaşqın durumdadır və sanki nə etdiyini bilməyən biri təəssüratını bağışlayır.
İlham Əliyevin biznes imperiyası haqda məlumatlara gəldikdə isə bu haqda kifayət qədər məlumatlar var. Bilinir ki, İlham Əliyevin biznesi qayınatası Ramiz Mehdiyevin böyük biznesinə daxildir. Bura tikinti kooperativləri – "Topaz” MTK və "Qala-R.L” MTK, MMC-lər – "NLT” MMC və "Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də "NLT” MTK, "Servis” MTK, "Grand Palace” MTK, "Astoriya” MTK, "Astoriya Tibb Mərkəzi” MMC və "Qrandezza”, hazırda "German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzi və bu qəbildən olan xeyli obyektlər daxildir.
"Gandezza” ticarət mərkəzi Bakıda, "Torqovı” adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var. "Servis” Mənzil-Tikinti Kooperativi ilə eyni hüquqi ünvanda, yəni Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani, 22 nömrəli evdə "Transmit Ltd” MMC də qeydiyyata alınıb. Bu şirkətin dörd təsisçisi arasında Kamilə Ramiz qızı Əliyeva da var. Digər payçılar Aidə Ağaqulu qızı Ağayeva, Əlirza Atamoğlan oğlu Haqverdiyev və Adil Güloğlan oğlu Aldostovdur. "Premium Store” MMC-nin birinci direktoru Səftər – Fikrət Əliyevin oğlu olub.
Fikrət Əliyev İlham Əliyevin qardaşıdır. Fikrət Əliyevin iki oğlu var: Orxan və Səftər. Onlar da biznesmendir. Səftər Əliyev – "Topaz” MTK-nın, Orxan Əliyev "NLT” MTK-nın sədridir. Rəsmi məlumatlara görə, Orxan Əliyev "Dry İce Tech” MMC-nin təsisçisi, Səftər Əliyev isə "E & S” MMC və "Aqua Safe” MMC-nin həmtəsisçisidir. Hazırda "Dry Tech” şirkətinə, eləcə də "Aqua Safe H2O” MMC-yə eyni şəxs – Mehman Əliyev rəhbərlik edir. Fikrət Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçusu olub və polkovnik rütbəsi alıb. İndi isə Ramiz Mehdiyevlə birlikdə Elmlər Akademiyasında çalışır. Fikrət Əliyev AMEA-nın İşlər İdarəsinin müdirinin müavinidir. İşlər İdarəsi AMEA-nın sərəncamına verilmiş əmlakın və ayrılan pulların idarə olunması, akademiyanın Rəyasət Heyətinin Mərkəzi Aparatı və onun tabeliyində olan elmi müəssisə və təşkilatlarda elmi tədqiqat prosesinin maddi-texniki təminatı və sosial sahəyə aid olan işlərlə məşğul olur.
Bu şəxs vaxtilə müəyyən sxemlərdən istifadə etməklə Azərbaycan Beynəlxalq Universitetinin rəhbərliyində təmsil olunurdu. Ramiz Mehdiyevin gəlininin Bank "BTB” ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75%-nin sahibidir. Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank "BTB” ASC həm də "BTB Leasing” ASC və "BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir. Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilən "Şərq-Qərb” nəşriyyat Ramiz Mehdiyevin nəzarətinə keçib. 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayan müəssisə 2001-ci ildə "Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan "Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və mətbəə fəaliyyət göstərir. 2018-ci ildə mətbəə 18 milyon manat gəlir əldə edib. Bunun 4 milyon 274 min manatı banka olan faiz borclarının ödənilməsinə sərf olunub.
2019-cu ilin əvvəlinə "Şərq-Qərb” ASC-nin banka olan borcu 14,3 milyon manat idi. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir. Hətta o qədər geniş ki, torpağın bir hissəsində dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı "Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına yalnız keçən ilin sentyabr ayında icazə verilib. "Şərq-Qərb” ASC-nin "orbitində” daha bir neçə şirkət ("Şərq-Qərb Nəşriyyat Evi” MMC, "Qlobal East VVest” MMC) var.
Qeyd edək ki, bu məlumatlar İlham Əliyevin təmsil olunduğu ailənin böyük biznesini tam olaraq əhatə etmir.


Oxşar xəbərlər
- QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı
29 dekabr 2025 17:38
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 dekabr 2025 23:54
- İlham Əliyev bu idmançılara ev verdi (FOTO)
26 dekabr 2025 17:18
- Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi
26 dekabr 2025 11:37
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 2025 11:30
- Kadırov da Prezidenti təbrik etdi
26 dekabr 2025 01:11
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 2025 21:34
- 44 günə Ermənistanı böyrü üstə qoyduq - Prezident
25 dekabr 2025 21:27
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
Xəbər lenti
- QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı
29 dekabr 17:38
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 22:44
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 20:55
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
27 dekabr 20:37
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 17:54
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
27 dekabr 14:46
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 10:52
- Azərbaycanda məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb (VİDEO)
27 dekabr 10:25
- Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 dekabr 23:54
- Azpetrol şirkəti də Ruslan Eyyubova məxsus imiş
26 dekabr 22:20
- İlham Əliyev bu idmançılara ev verdi (FOTO)
26 dekabr 17:14
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 16:50
- İlhamənin yığdığı bütün qızıllara sahib çıxdılar - Əli Mirəliyev
26 dekabr 16:27
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
26 dekabr 14:02
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarəmiz vurulub
26 dekabr 13:35
- Mikayıl İsmayılova məxsus MODERN HOSPİTAL-da nələr baş verir ?
26 dekabr 12:22
- Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi
26 dekabr 11:37
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 11:30
- Kadırov da Prezidenti təbrik etdi
26 dekabr 01:11
- 2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı (VİDEO)
26 dekabr 00:35
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 21:34
- 44 günə Ermənistanı böyrü üstə qoyduq - Prezident
25 dekabr 21:27
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 19:20
- Oqtay Əsədovun qızı vəfat etdi
25 dekabr 18:43
- Ağsu sakinləri Gülnarə Muxtarovanın qarşıdan gələn bayramlarını TƏBRİK EDİRLƏR...
20 dekabr 19:42
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
Video & Fotoqalereya
Video
Fotoqalereya
