Bu səs yazısına görə prokurorla bağlı xidməti yoxlama başladı - Audio
Ötən il fevralın 27-də Yardımlıda ata və oğlunun qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqına rəhbərlik edən prokuror Vahid Məmmədlinin hərəkətlərindən Baş Prokurorluğa şikayət olunub. V.Məmmədli Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun qətlindən bir neçə gün sonra onların hüquqi varisi Niyaməddin Kərimovu qəbul edərkən istintaqa təzyiqlər barədə danışıb və dialoqun səs yazısı həmin şikayət ərizələri ilə yanaşı Baş Prokurorluğa təqdim edilib.
Niyaməddin Kərimov “Qafqazinfo”ya müraciətində bildirib ki, bu ilin fevralında həmin səs yazısını DVD diskdə Baş Prokurorluğa göndərsə də, ona diski açmaq üçün texniki imkanlarının olmadığı deyilib: “Cinayət törədilən zaman Yardımlı rayonunun prokuroru olan Vahid Məmmədlinin qanunsuz hərəkətləri barədə şikayəti və prokurorun bizi qəbul edərkən dediklərinin səsyazısını dəfələrlə Prezidentin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərov və baş Prokuror Kamran Əliyevə göndərmişəm. Bu müraciətimdən 8 gün öncə Baş Prokurorluğun müasir informasiya-kommunikasiya qurğuları ilə təchiz olunan yeni inzibati binası istifadəyə verilmişdi. Lakin prokurorluqdan mənə cavab verildi ki, komputerləri köhnə “personalnıy” olduğu üçün diski açıb oxumaq texniki baxımdan mümkün olmayıb.
Bu cavabdan sonra, mayın 19-da səs yazısını təkrarən fləş-karta köçürərək Baş Prokurorluğa rəsmi olaraq təqdim etmişəm. Amma dörd aya yaxın vaxt keçsə də, mənə heç bir cavab verilməyib. Vahid Məmmədli isə hazırda Qaradağ rayon prokurorluğunda fəaliyyətini davam etdirir. Həmin şəxsin zamanında etdiyi qanunsuz hərəkətlər nəticəsində bu gün mənim atam və qardaşım həyatda deyil”.
“Atamla qardaşımın qatillərini yüksək vəzifəlilərin qoruduğunu dedilər”
N.Kərimov deyir ki, ötən il prokurorun hərəkətlərindən Baş Prokurorluğa şikayət edəndə Vahid Məmmədli feysbuk hesabında status yazaraq adlar çəkəcəyi ilə kimlərisə hədələyib.
Prokurorun həmin statusunu təqdim edirik:
.jpg)
N.Kərimov qeyd edib ki, Baş Prokurorluğa göndərdiyi həmin səs yazısında Vahid Məmmədli qətli törədən Nürəddin Kərimov və oğlu Kənan Nuroğlunun arxasında Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin prokuroru Ədalət Həşimov və Zərdab rayonunun keçmiş prokuroru Hüseynxan Əliyevin durduğunu etiraf edir: “Bu görüş zamanı prokuror bizimlə təxmini yarım saat ərzində söhbət etdi və güman ki içkinin təsirindən faktiki olaraq cinayətkarlar Nurəddin Kərimov və Kənan Nuroğluna himayədarlıq etdiyini etiraf etdi. Belə ki, prokuror dedi ki, adıçəkilən şəxsləri yaxşı tanıyır, onlara əvvəllər bir neçə dəfə, o cümlədən bıçaqlama hadisəsində və narkotiklə bağlı hadisədə köməklik edib, Baş prokurorluqda Ədalət Həşimov və Zərdab rayonunun Hüseynxan adlı keçmiş prokuroru da onlara məsləhətlər verməklə himayədarlıq edir. Bu və digər söhbətlər prokurorun öz dilindən deyilir və hamısı məndə olan səs yazısında əks olunub”.
Niyaməddin Kərimov qeyd edib ki, prokurorluğun səsyazısını açıb dinləyə bilməmək barədə iddialarına son qoymaq üçün həmin danışığın bir hissəsini media vasitəsilə ictimailəşdirmək məcburiyyətində qalıb və səsyazısını redaksiyaya təqdim edib.
“Qafqazinfo” iddialarla bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu verib, həmçinin, vətəndaşın göndərdiyi səsyazısını və V.Məmmədlinin sosial şəbəkədə yazdığı statusu da quruma təqdim edib.
Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, təqdim olunan həmin səs yazısı və digər materiallarla bağlı Baş Prokurorluğun aidiyyəti İdarəsi tərəfindən Yardımlı rayonunun sabiq prokuroru Vahid Məmmədli barəsində xidməti yoxlama başlanılıb.
Qeyd edək ki, Şəmsəddin Kərimovun qətlində ittiham olunan Nürəddin Kərimov onun qardaşıdır.
Murad Əhməd
Fotoda: Kənan Nuroğlu qətl baş verən yerdə
.jpg)
Fotoda: Nürəddin Kərimov qətl baş verən yerdə

- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 2026 11:29
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 2026 21:48
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 2026 18:40
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 2026 12:36
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 2026 10:59
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
11 aprel 2026 00:29
- Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib
10 aprel 2026 23:32
- Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində - Fotolar
10 aprel 2026 21:25
- Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi
10 aprel 2026 17:14
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 10:13
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 00:07
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 00:02
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 23:34
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 21:48
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 12:36
- Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
11 aprel 11:43
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 10:59
- Prezident balaca Ayazın ailəsinə KAMAZ hədiyyə etdi (VİDEO)
11 aprel 10:40
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
11 aprel 00:29
- Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib
10 aprel 23:32
- Nəticəni 24 saata biləcəyik - Tramp
10 aprel 23:06
- Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində - Fotolar
10 aprel 21:25
- Sabiq agentlik sədri açıqladı - Pullar Vasif Talıbovun oğlu Seymura çatırdı
10 aprel 21:12
- Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirildi
10 aprel 20:51
- Şənbə günü 20° isti olacaq
10 aprel 17:23
- Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi
10 aprel 17:14
- İşığa çevrilən ömür: Elmin, mərhəmətin və mənəvi ucalığın simvolu
10 aprel 13:46
- İşə qəbul zamanı mütləq NARKOLOJİ RƏY təqdim etməli olacağıq
10 aprel 13:24
- Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəldi (FOTO)
10 aprel 13:02
- Putin Pasxa atəşkəsi elan etdi
10 aprel 10:40
- QALİB KİMDİR: ABŞ, İRAN, YOXSA…
09 aprel 22:43
- Litvanın Baş naziri Bakıda xalça toxudu - Fotolar
09 aprel 21:53
- TƏCİLİ! Prezident hərbi xidmətlə bağılı SƏRƏNCAM İMZALADI
09 aprel 17:51
- İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
09 aprel 17:01
