Dünyanı dəhşətə gətirən hadisədən 20 il ötür - Fotolar
Dünyanı lərzəyə salmış müdhiş 11 sentyabr hadisələrinin artıq 20-ci ildönümü qeyd olunur.
“Qafqazinfo”nun məlumatına görə, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. “Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.
Faciə nəticəsində təxminən 3 min insan həlak olub. Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz” binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.
Hadisənin təhqiqatı ilə ABŞ-a terror hücumları üzrə milli komissiya məşğul olub. Təhqiqatın nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə bildirilir ki, terror aktının qarşısının alınmasına Birləşmiş Ştatların kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib. Bir müddət sonra ABŞ Prezidenti Corc Buş kəşfiyyat xidmətlərində islahatlar aparılması barədə sərəncam imzalayıb.
Sentyabr hadisələri terrorla mübarizədə beynəlxalq fəallığı gücləndirib. 2001-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar terror aktında ittiham olunan “Əl-Qaidə” təşkilatına və onları dəstəkləyən “Taliban” hərəkatına qarşı yönəlib.
ABŞ-da sentyabrın 11-də baş verən bu hadisələr “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.
2002-ci il martın 11-də Ümumdünya ticarət mərkəzinin yerində həlak olanların xatirəsinə müvəqqəti abidə qoyulub. Bir ay ərzində Manhetten səmasına dağılan binaların simvolu olaraq iki paralel işıq sütunu ucalıb. Terror aktının onuncu ildönümündə isə “Əkiz” qüllələrin yerində hadisə qurbanlarının adlarının həkk edildiyi memorial kompleksin açılışı olub.
2014-cü ilin mayında ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş muzeyi fəaliyyətə başlayıb. Muzeyin əsas hissəsi yer səthindən 20 metr dərinlikdə yerləşir. Ekspozisiyada, əsasən insanların qaçaraq xilas olmağa çalışdıqları beton pilləkən, dağılan binanın polad karkasının fraqmentləri, dağıntılar altında qalaraq əzilmiş yanğınsöndürən maşın və terror aktı qurbanlarının şəxsi əşyaları nümayiş olunur.







- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?
1 fevral 2026 13:26
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
30 yanvar 2026 12:20
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 18:56
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 17:23
- Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
24 fevral 17:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 16:11
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 14:57
- İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik
24 fevral 13:21
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 13:10
- Parlamentdə 1 dəqiqəlik sükut
24 fevral 13:01
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 11:03
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 10:31
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 00:02
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 19:30
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 17:48
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 17:24
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 17:17
- Kim Çen In yenidən seçildi
23 fevral 10:09
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 10:00
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 23:08
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 21:26
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 19:01
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 16:43
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 12:26
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
