Tağı Əhmədovun adı cinayət işində - SƏLƏMƏ PUL VERİR
İqtisadiyyat11 sentyabr 2021 13:09
"Bakı Metropoliteni”nin keçmiş rəhbərinin aylıq 1.5-2 faizlə pul verdiyi iddia olunur.
"Bakı Metropoliteni” QSC-nin keçmiş rəhbəri Tağı Əhmədovun adı külli miqdarda dələduzluqla bağlı cinayət işində hallanır.
Bu cinayət işi üzrə təqsirləndirilən şəxslər Əhmədovun sələmlə pul verdiyini iddia edirlər. Bu barədə onlar sentyabrın 10-da məhkəmədə də danışıblar.
Pullar kimin olub
Bu işdə üç nəfər təqsirləndirilən şəxs var: Qulu Muxtarov, Sahil Abuşov və Səadət Xəlilov.
Onlar CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham edilirlər.
Adları çəkilənlərdən yalnız Xəlilov həbsdədir, digər iki nəfər barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Bir nəfər – Soltan Əliyev isə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, təqsirləndirilənlər Əliyevin etibarından sui-istifadə edib, onun külli miqdarda pulunu alıb qaytarmayıblar.
Sentyabrın 10-da məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər bildiriblər ki, onlar pulu sələmlə götürüblər, buna görə aylıq faiz ödənilib. Sələmlə alınmış pullar isə Soltan Əliyevin yox, Tağı Əhmədovun olub.
"Üç dəfə ondan pul götürdük"
Təqsirləndirilən Abuşov deyir ki, mərmər biznesilə məşğul olublar. Mərməri Qazaxıstandan, İrandan gətiriblər. Elə hallar olub ki, malın gətirilməsində və s. problem yaranıb:
"Mərmər işi üçün bizə verilən pulları Soltan müəllim Tağı müəllimdən götürürdü. Aylıq 1.5-2 faizlə. Üç dəfə ondan pul götürdük. Adətən Yasamalda YAP-ın binasının yanında götürürdük. Faizləri ödəyirdik…”
O, sələmlə 200 min, 950 min pul götürdüklərini yada salıb.
Dediyinə görə, bəzən biznesdə yaranmış problemlər üzündən aylıq faizi ödəməkdə çətinlik çəkiblər. Ona görə digər təqsirləndirilən Qulu Muxtarov qiymətli daşı girov qoyub ki, əlavə pul götürsünlər.
Təqsirləndirilən Muxtarov deyir ki, qiymətli daş Əli adlı dostuna məxsus olub. Həmin dostunun da müalicəsinə görə böyük məbləğdə pula ehtiyacı olub, bu üzdən həmin daşı satmaq istəyib: "Səadət müəllimi Keşlədə zavodda işləyəndən tanıyıram, dostluq edirdik, arada bulvarda gəzişirdik. Bilirdim ki, xaricdən mərmər gətirir. O, mənə demişdi ki, Soltan adlı tanışı var, Tağı Əhmədovun dostudur, bizə pul verəcək, böyük işlər görəcəyik. Əli daşı satmaq istəyəndə onları əlaqələndirdim. Daşı Səadət müəllimə verdim ki, onu satsınlar”.
"Daş bir milyona satılmalıydı"
Təqsirləndirilən şəxsin sözlərinə görə, daşın 1 milyon qiyməti vardı. Səadət Xəlilovgil daşı girov qoyub, pul götürüblər, daşın sahibinə ilkin olaraq, 350 min manat pul verilib, 650 min borclu qalıblar: "Girov qoyub pul götürürdülər, sonra onu satacaqdılar. Daş 1 milyona satılmalıydı. Amma daşın sonrakı aqibətindən mənim xəbərim olmadı. Mən arada ofisdə Səadət müəllim və Soltanın söhbətlərini eşidirdim, ondan bilirdim ki, Tağı Əhmədovun faizlərini gecikdirirlər deyəsən. Amma mənim bu məsələlərə aidiyyətim olmayıb”.
Muxtarov vaxtilə Bakı şəhər Baş Polis İdarəsində işləyib, bir müddət öncə təqaüdə çıxıb.
Növbəti məhkəmə iclasında zərərçəkmiş Soltan Əliyev dindiriləcək.
CM-in 178.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
73-yaşlı Tağı Əhmədov 1998-2014-cü illərdə "Bakı Metropoliteni”nin rəisi vəzifəsində çalışıb.
Uzun illər YAP-ın Yasamal rayon təşkilatına rəhbərlik edən Əhmədov sentyabrın 10-da bu vəzifədən azad edilib.///azadliq.org
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
