Bakı Zooparkında HEYVANLAR AC SAXLANILIR - VİDEO
Cəmiyyət13 sentyabr 2021 23:35
Bakı Zooloji Parkında çalışan peşəkar mütəxəssislərin işdən çıxarıldığı iddia edilir.
Bu barədə sosial şəbəkədə paylaşım edilib. Paylaşımda qeyd edilib ki, işçilərin azad edilməsi ilə bağlı qərarı Bakı Zoologiya Parkına yeni təyin edilən icraçı direktor Nəzakət İsayeva verib. Azad edilən işçilərin yerinə isə heyvanların baxımı ilə bağlı məlumatsız olan yaxın qohumlarını işə götürür.
İddialar arasında Bakı Zooloji Parkında saxlanılan heyvanlarının vəziyyətinin yaxşı olmadığı da yer alır. Bildirilib ki, iki ay yarımdır ki, zoopark heyvanlar üçün cəhənnəmə çevrilib:
“Xəstə və sağlam heyvanlar eyni yerdə saxlanılır. Zooparkda baytar yoxdur, heyvanların sağlamlığına nəzarət edən yoxdur. Yeməkləri isə az-az və gündə bir dəfə verilir. Heç su da verilmir. Heyvanların qaldığı yerlər çox pinti şəraitdə saxlanılır, vaxtlı-vaxtında təmizlənmir. Videolara baxın, görün çörəyi necə yeyirlər, hansı şəraitdə sağ qalmağa çalışırlar.
Belə davam edərsə, heyvanlar öləcək. Ayının pəncələrində problem olduğundan yeriyə bilmir, pələngin gözləri görmür və s. Onları xilas etməsələr, məhv olacaqlar”.
İlkin məlumatlara görə, təmir-bərpa işlərindən sonra artıq 2 aydır ki, heyvanlar Qaradağdan “Gənclik” metrostansiyası yaxınlığında yerləşən zooparka geri köçürülüb.
Lakin işçilər iddia edir ki, N. İsayeva əsassız olaraq, 6 nəfəri işdən azad edib. İşdən azad edilən əməkdaşlardan biri Lada Məmmədova bildirib ki, heyvanlar acından ölürlər:
“Biz oradakı quşların və ayıların vəziyyətindən narahatıq. Heyvanlar günlərlə ac saxlanılır. Elə quşlar var ki, yalnız buğda yeyirlər, ancaq onlara arpa verirlər, yemədikləri digər “qidalar” verilir. Heyvanlara tərəvəzlər verilməlidir, lakin alınmır. Azər Hüseynovun rəhbərliyi altında heyvanların xüsusi qida rasionu var idi, saxlanma yerləri təmiz olurdu. Hazırda bildiyimiz qədər, o, məzuniyyətdədir. O, bu prosesləri çox yaxşı idarə edirdi. İki aya yaxındır direktor vəzifəsinə Nəzakət İsayeva gətirilib. Mən və digər 5-6 əməkdaşı da işdən azad edib. Onlar arasında quşlara, meymunlara, ayılara baxan çox peşəkar əməkdaşlarımız var idi. Şəxsən mən 6 ildir orada çalışırdım və sahəmi çox gözəl bilirdim. Mənim yerimə isə xadiməni təyin ediblər”.
İşdən azad edilən əməkdaşlar bununla bağlı sosial şəbəkədə də paylaşım ediblər. Onlar qeyd ediblər ki, heyvanlara normal qida vermədikləri üçün əməkdaşlar özləri qida alırdılar:
“Kimin gücü nəyə çatırdısa, kələm, kök, çörək, alma, qarpız, müxtəlif meyvələr alıb gətirirdi. Daha sonra buna da qadağa qoydular. Bütün işçilər öz heyvanlarını sevirdi və onlara ürəkdən qulluq edirdilər. Zoopark özü heyvanlar üçün zəruri olan qida rasionunu qaydasında vermirdi. Təsəvvür edin ki, o boyda ayıya vedrənin yarısında makaron və balıq verirdilər. Heyvan bununla doymur. Yemək üstündə nə qədər dava edirdik, bir Allah bilir. İndi də kim onlarla mübahisə edirsə, işdən çıxarılır”.
Bütün bu iddialarla bağlı Bakı Zooloji Parkında direktor vəzifəsini icra etdiyi deyilən Nəzakət İsayeva ilə əlaqə saxlayıb, haqqında səsləndirilən iddialara münasibət öyrənməyə çalışdıq.
N.İsayeva Oxu.Az-ın müxbirinin suallarına cavab olaraq bildirib ki, orada vəziyyət çox yaxşıdır:
“Kim nə yazıb, bilmirəm, məlumatsızam. Hər şey qaydasındadır. Kiminsə yazdıqları barədə sizə nəsə demək səlahiyyətim yoxdur”.
Təəssüf ki, suallarımıza cavab verməkdən imtina edən N.İsayeva dəstəyi asıb.
Bakı Zooloji Parkında isə əslində nə baş verdiyi, işçilərin azad olunmasının səbəbləri və heyvanların aqibəti sual altındadır…
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
