İsgəndər Həmidovun 20 şirvanı, “Lotu Quli”nin etirazı...
Ötən il dünyasını dəyişən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovla 2020-ci ilin avqustunda İstanbulda qətlə yetirilən “Lotu Quli” ləqəbli “Qanuni oğru” Nadir Səlifov eyni həbsxanada cəza çəkiblər.
“Kriminalqafqaz” xəbər verir ki, həmin müddətdə Səlifovla Həmidov arasında maraqlı dialoqlar olub.
Bu barədə sabiq məhkum söhbət edərkən bildirir ki, “Lotu Quli” ilə İsgəndər Həmidovun bir-birinə qarşı hörməti vardı:
“Deyim ki, Həmidov məhkumlar arasında nüfuzlu idi. Keçmişində “paqon” daşımasına görə onun oğru dünyasındakı yeri başqa idi. Kiminsə taleyinin həll olunmasına dair müzakirələrdə iştirak edə bilməzdi. Çünki “katyol”da oğru mandatı yox idi. Kriminal baxımdan olmasa da, siyasi baxımdan avtoritet idi. Ona hamı hörmət bəsləyirdi. Çünki nazir olduğu vaxt 701 nəfəri azadlığa buraxmışdı. İsgəndər Həmidovun olduğu korpusda heç kim karserə salınmır, “sutka” yatmırdı. O, məhkumları qoruyurdu. Bir dəfə gördü ki, tanınmış məhkumlardan birinin ərzağı həddindən artıq çoxdur. Bunu bir həftəyə yeyib qurtara bilməz, ərzaq xarab olacaq. O, həmin ərzaqları götürüb, ehtiyacı olanlara payladı. Ərzağın sahibi olan məhkum isə etiraz etdi. Dedi ki, “bu hərəkətin adı nədir?” İsgəndər Həmidov cavab verdi ki, “adamlar orda acından ölür, sən burda ərzağı xarab edirsən”.

Qobustan həbsxanasında olanda bir dəfə “gəzintidə” maraqlı bir söhbət eşitdim. O başa, bu başa addımlayırdıq. Birdən İsgəndər Həmidov dedi ki, filan kameraya 20 şirvan pul göndərmişəm, xəstələri var. “Lotu Quli” də qayıtdı ki, “niyə elə etmisiz, bəy? Axı ora “praqon” altındadır. Ora “obyavka” olunan “qad”ların kamerasıdır”.
Maraq üçün bildirək ki, “obyavka” məhbusların statusunun bəyan edilməsidir. “Qad”lar isə hətta üzdəniraqlardan aşağıdır. Zonda ən alçaq, əclaf, yaramaz insanları “qad” adlandırırlar. Onlarla ünsiyyətə girmək olmaz.
Təsəvvür edin: üzdəniraqlarla müəyyən ünsiyyətə girmək, məsələn, çay istəsələr vermək olar. Amma “qad”larla heç bir ünsiyyət olmaz.
İsgəndər Həmidov da bunu bilə-bilə onlara pul göndərmişdi. “Quli” elə deyəndə, Həmidov bildirdi ki, “mən “paqon” olmuşam, oğru deyiləm. Adam xəstədirsə, yardım etmək lazımdır”.
Qeyd edək ki, İsgəndər Həmidov 1992-ci ilin avqust-oktyabr aylarında 701 məhbusu həbsdən azad etdiyinə, ”İstiqlal” qəzetinin redaktor və əməkdaşlarını döydüyünə, 400 min dollarlıq mənimsə ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa çıxmışdı.
Nadir Səlifovun son cəzasının müddəti isə 15 il idi. Ümumilikdə ömrünün 20 ilini dəmir barmaqlıqlar arasında keçirən “Lotu Quli”, 2017-ci ildə azadlığa çıxmışdı.
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
8 noyabr 2025 00:37
- Lotu Quli belə ÖLDÜRÜLÜB: Rusiya kanalı görüntüləri YAYDI
27 avqust 2025 10:01
- Milli Qəhrəman Şükür Həmidovun oğlu bu universitetə qəbul oldu
23 avqust 2025 10:14
- Prezidentə verilən nadir hədiyyə - VİDEO
22 avqust 2025 23:04
- Birinci mərtəbəni restoran kimi kirayə veririk...
20 iyul 2025 23:36
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
3 iyul 2025 01:15
- Ayaz Mütəllibovun hansı nazirləri AXC-yə silahlı hücum əmrini yerinə yetirməyib?
8 iyun 2025 11:57
- Prezident əfv sərəncamı imzaladı
26 may 2025 10:57
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 2025 23:46
- Əfqanıstanda saqqal qırxan bərbərlər həbs olunacaq
03 yanvar 00:01
- Azərbaycanın Pakistana 2 MİLYARD dollarlıq sərmayə qoyması müzakirə edildi
02 yanvar 20:08
- Prezident və birinci xanım Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı verdi
02 yanvar 17:40
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
02 yanvar 12:10
- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
02 yanvar 11:38
- Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək
02 yanvar 11:30
- İlham Əliyev isveçrəli həmkarına başsağlığı verdi
02 yanvar 11:13
- Polad Həşimovun doğum günüdür
02 yanvar 11:07
- Azərbaycan Çindən səkkiz min tabut aldı
01 yanvar 22:20
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
01 yanvar 20:47
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
01 yanvar 20:22
- Mehriban Əliyeva Yeni ilin ilk günündə İlham Əliyevlə fotosunu paylaşdı
01 yanvar 17:35
- Nyu-York meri Qurana and içərək vəzifəsinə BAŞLADI
01 yanvar 15:08
- Azərbaycanda bu ildən kişi və qadınların pensiya yaşı bərabər olacaq
01 yanvar 13:44
- Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəldi
01 yanvar 13:30
- İlham Əliyev onları təbrik etdi
01 yanvar 13:15
- Dövlət Reklam Agentliyinin fəaliyyəti Ziya Məmmədovun qoçu dəstəsini yada salır…
31 dekabr 15:33
- 25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI
31 dekabr 11:02
- Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 dekabr 10:10
- Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyən - Qayınatası imiş
30 dekabr 23:52
- Prezidentdən bayram paylaşımı - Foto
30 dekabr 23:43
- Sabiq icra başçısı azadlığa buraxıldı
30 dekabr 23:18
- Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova
30 dekabr 11:00
- Qapalı məkanlarda maska taxın! - Əhaliyə müraciət
30 dekabr 10:39
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 22:11
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 21:14
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 18:53
- Nəsiminin icra başçısı vəzifəsindən azad edildi (SƏRƏNCAM)
29 dekabr 18:27
- QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı
29 dekabr 17:38
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 22:44
