“Ermənistan Azərbaycana dörd dəfə “İskəndər” atıb” - Erməni ekspert
Erməni hərbi ekspert Van Ambarçumyan 2020-ci ilin Tovuz hadisələri və 44 günlük Vətən müharibəsi ilə bağlı Ermənistanın yalanlarını ifşa edib.
“Qafqazinfo” xəbər verir ki, hərbi ekspert “Budrooo news” yutub kanalında Armen Qriqoryan ilə müsahibəsi zamanı bir sıra maraqlı faktların üstünü açıb.
O, 2020-ci ilin iyul ayında baş verən hadisələrdən danışarkən bildirib ki, Ermənistanın Azərbaycanın xüsusi təyinatlılarının “UAZ” markalı maşın ilə bu ölkənin dövlət sərhədini pozmağa cəhd etməsi ilə bağlı iddiasına görə ölkəsinin adına utanc hissi keçirib.
“Azərbaycanın xüsusi təyinatlıları nəyə görə gündüz vaxtı adi “UAZ” ilə hər hansı cəhd etmək istəsin ki? O hadisələrin təşəbbüskarı Ermənistan oldu. Ağlıma yalnızca bir fikir gəlir: hazırkı rəhbərlik göstərməyə çalışdı ki, 2016-cı ildə hektarlarla torpaq itirən əvvəlki rəhbərlərdən fərqli olaraq yalnızca irəli hərəkət edirlər və geri çəkilmirlər. Əslində isə azərbaycanlı hərbçilər sadəcə öz nəzarətləri altında olan ərazilərdə patrul həyata keçirirdilər. Ermənistan tərəfi isə bu “UAZ”ı atəşə tutmağa başladı. Nəticədə isə, o yandı”, - deyə ekspert qeyd edib.
Hərbi ekspert, həmçinin vurğulayıb ki, vəziyyəti kəskinləşdirmək münaqişədə açıq-aydın zəif tərəf olan Ermənistanın maraqlarına uyğun deyildi. Lakin Ermənistan tərəfi bu addımı atdı: “O zaman mən bunu bilirdim, lakin deyə bilmirdim, məni başa düşməzdilər”.
Van Ambarçumyan bildirib ki, Ermənistan tərəfi həmin dövrdə İsrail istehsalı olan və istənilən hava şəraitinə uyğun taktiki pilotsuz uçuş aparatı “Hermes-900”u vuran dünyada ilk ölkə olduqlarını iddia edəndə də utanc hissi yaşayıb. Ermənistan tərəfi o zaman iddia edirdi ki, sözügedən dronu “OSA-AK” zenit raket kompleksinin köməkliyi ilə vurub:
“İnformasiya müharibəsi aparmaq istəyirsinizsə, bunu etməyi bacarın. Bu məlumat tamamilə yalandır. Pilotsuz uçuş aparatı 9100 metr hündürlükdə uçur. Bu aparat vurulması çətin olsun deyə xüsusi olaraq layihələndirilib. “OSA-AK” zenit raket kompleksinin maksimum zərbə hündürlüyü 5000 metr təşkil edir. Düşünürəm ki, başqa nəsə demək əhəmiyyət kəsb etmir. Onlar özlərini gülünc vəziyyətə salıblar”.
Hərbi ekspert, həmçinin ölkə rəhbərliyini Rusiyanın “Su-30SM” təyyarələrini almasına görə kəskin tənqib edib: “Mən deyirdim ki, nəyi idarə edə bilirlərsə, onu almaq lazımdır. Bu təyyarəyə 120 milyon dollar xərclənib. Bu dövlətin piarı üçün edilmişdi. Çünki o vaxt Ermənistanın ilk dəfə qırıcı təyyarə alması barədə çox danışılırdı”.
Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən danışan erməni ekspert Ermənistanın Azərbaycanın Xankəndini və dinc sakinləri bombardman etməsi ilə bağlı bütün iddialarını yalanlayıb. O bildirir ki, Azərbaycan istəsəydi, Xankəndinin əsas meydanındakı “hökumət binaları”nı asanlıqla vura bilərdi: “Onlar nəinki Qarabağda, hətta İrəvandakı hədəfləri vura bilərdilər”.
Hərbi ekspert əlavə edib ki, Ermənistan 4 dəfə “İskəndər” taktiki raket kompleklərindən istifadə edib:
“Onlar iki dəfə Şuşaya, iki dəfə Bakı istiqamətində atəş açıblar. Lakin raketlərin qarşısı Azərbaycan tərəfindən alınıb və məhv edilib”.
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
