Sabiq millət vəkili Qazımlı : Külli miqdarda vergidən yayınma...
Sabiq millət vəkili ilə bağlı qalmaqal: Külli miqdarda vergidən yayınma... - TƏFƏRRÜAT
Keçmiş deputat Xanhüseyn Kazımlının adının hallandığı 56 min manatlıq dələduzluq olayının yeni təfərrüatları məlum olub.
Qaynarinfo xəbər verir ki, Xanhüseyn Kazımlı sahibkar Elşən Ələkbərovun təsis etdiyi "Balaca Günəş" MMC-ni ələ keçirdikdən sonra bu şirkət vasitəsilə müxtəlif sövdələşmələr həyata keçirib və külli miqdarda vergidən yayınıb. Məlumat üçün deyək ki, "Balaca Günəş" MMC qum, çınqıl və gips istehsalı ilə məşğuldur.
Elşən Ələkbərovun sözlərinə görə, "Balaca Günəş" MMC-nin istifadəsində olan Keçiqaya gips yatağından ən azı 300 min ton gips çıxarılıb: "Bu torpağın təyinatı dəyişdirilmişdi. Bunu edən isə "Norm" şirkəti idi. Şirkət həmin ərazidən daş karxanası kimi istifadə etmək istəyirdi. Lakin keyfiyyət onları qane etmədiyindən əraziyə olan iddialarından çəkildilər. Nəzərinizə çatdırım ki, dağ-mədən işlərində mədən vergisi tutulur. Xanhüseyn Kazımlı bizimlə ortaq olandan sonra dedi ki, ərazini özümüz istismar edəcəyik. MMC-ni tam ələ keçirdikdən sonra orada partlayış işləri apardılar. Minimum 300 min ton gips daşı çıxarıblar. Ərazi istismar olunan dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən onlara hər hansı irad bildirilməyib. Bunlar qazma işləri apardıqları yeri sonradan torpaqla bağlayıb belə görüntü yaradıblar ki, guya burada heç nə yoxdur".
Elşən Ələkbərov bildirib ki, ərazidən çıxarılan gips "Norm" və başqa şirkətlərə satılıb: "Bu şirkətlərlə müqavilələr necə bağlanıb, bilmirəm. Çünki şirkətin alqı-satqısı tam baş tutmadığına görə möhür məndədir. Hətta "Texnikabank"da "Norm" şrkətinin "Balaca Günəş" MMC-yə ödədiyi məbləğ qeydə alınıb. Alqı-satqı əməliyyatlarında "Balaca Günəş" MMC-nin adı keçsə də, bu qanunsuzdur. Çünki şirkətin direktoru mənəm, möhür məndədir. Onlar necə müqavilə bağlaya bilərlər? Təsəvvür edin, bu əməliyyatlardan nə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, nə Vergilər Nazirliyinin, nə də direktorun xəbəri var. Hesablardan pul necə çıxarılıb bəlli deyil".
Elşən Ələkbərov deyib ki, Xanhüseyn Kazımlı Keçiqaya gips mədənindən ən azı 500 min manat gəlir əldə edib. Amma bunun vergisi verilməyib.
Sayt məsələ ilə bağlı Xanhüseyn Kazımlı ilə əlaqə saxlamağa çalışsa da, suallara cavab ala bilməyib. Keçmiş deputat sualı dinləyib "2 saat sonra cavab verərəm" desə də, telefonu söndürüb.

Belə olan halda, keçmiş deputatın qızı, Xanhüseyn Kazımlının təsis etdiyi Sosial Rifah Partiyasının sədri Əsli Kazımovaya müraciət etmək məcburiyyətində edilib. Əsli Kazımova da sonradan əlaqə saxlayacağını bildirib. Növbəti zəngdən sonra isə mətbuat katibinin bizimlə əlaqə saxlayacağını deyib. Lakin Əsli xanımın mətbuat katibi ilə danışmaq mümkün olmayıb.
Xatırladaq ki, Elşən Ələkbərov "Balaca Günəş" MMC-ni təsis etdikdən sonra Xanhüseyn Kazımlı şirkətə ortaq olub. Daha sonra isə o, MMC-ni Elşən Ələkbərovdan satın almaq istədiyini bildirib. Tərəflər 180 min manata razılaşıblar. Xanhüseyn Kazımlı pulun müəyyən hissəsini ödəyib və Elşən Ələkbərova 56 min manat borclu qalıb.
Sahibkar uzun illərdir pulunu tələb etsə də, keçmiş deputat borcunu ödəmək istəmir. Yeri gəlmişkən, alqı-satqı müqaviləsi Xanhüseyn Kazımlı deputat olduğu üçün oğlu Samir Kazımlı ilə bağlanıb və Elşən Ələkbərov Samir Kazımlını da bütün məhkəmə instansiyalarında məğlub edib.
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
