Eldar Həsənov danışdı: “ASIN MƏNİ, qurtarsın getsin”
Mədəniyyət26 sentyabr 2021 10:34
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə növbəti proses keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, məhkəmədə ifadə verməyə davam edən Eldar Həsənov bildirib ki, səfirliyin xərclər smetasını mənimsəməklə bağlı iddia əsassız və absurddur: “Səfirlik smeta xərcləri ilə bağlı əvvəlcə proqnoz hazırlayır və Xarici İşlər Nazirliyinə təqdim edir. Xarici İşlər Nazirliyi proqnozları araşdırır, əsaslandırır və büdcəni hazırlayır. Bu xərclərə səfirliyin əmək haqları ilə yanaşı işıq, qaz, su pulu, yanacaq xərcləri də daxildir. Xarici İşlər Nazirliyi sənədləri hazırlayıb Maliyyə Nazirliyinə göndərir, bundan sonra səfirliyə illik büdcə ayrılır. Bu proses dövlət büdcəsi kimi həyata keçirilmir. 20 il ərzində bir dəfə də olsun nə Xarici İşlər Nazirliyi, nə də Maliyyə Nazirliyi büdcə proqnozları ilə bağlı mənə irad tutmayıb”.
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi göstərir ki, 2015-2018-ci illərdəki xərclər smetası obyektiv əsaslandırılıb: “Ştatdankənar işçilərin əmək haqlarının mənimsənilməsinə gəlincə, bildirim ki, təlimata görə səfirliyin sürücüsü, bağbanı, xadiməsi və katibə yerli əhalidən olmalıdır. Bunlar işə götürülməzdən əvvəl şəxsiyyətləri araşdırılmalıdır. Mən həmin şəxsləri işə götürməkdən əvvəl sənədlərini Xarici İşlər Nazirliyinə göndərmişəm, orada onların kimliyini araşdırıb, təsdiq edib bizə göndəriblər. Sonra biz orta aylıq əmək haqqına uyğun olaraq onlara maaş cədvəli müəyyən edib, nazirliyə göndərmişik. Müqaviləni isə onlarla mən yox, nazirlik imzalayıb. Belə bir halda necə nöqsan ola bilər?”.
Eldar Həsənov daha sonra səfir olduğu zaman gördüyü işlərdən danışıb:
“Yeganə səfirlik olmuşuq ki, Xarici İşlər Nazirliyi səfirlik əməkdaşları arasında ixtisar aparmağı təklif edəndə mən 3 ölkənin ikisində yalnız sürücünü və bağbanı ixtisar etmişəm. Mən yeganə səfir olmuşam ki, icarə haqqı 8200 avro olan villadan imtina edib, yarı qiymətə binanın ikinci mərtəbəsində mənzildə qalmışam. Bunları nəzərə almadan mənə ittiham verirlər. Əlavə xərclərdən imtina etmişəm. Mənim xarici ölkədə dayım var, yoxsa əmim var? Pulum qurtaranda kimdən borc almağa imkanım olub? Mən bütün bu çətinliklərlə xərclərə maksimum qənaət etmişəm ki, dövlət büdcəsi ziyan çəkməsin”.
Sabiq səfir qeyd edib ki, cinayət işinin materiallarında səfir kimi işlədiyi dövrlərdə büdcəyə nə qədər vəsait qaytardığı göstərilib:
“Mən işlədiyim dövrlərdə 198 min 153 avro vəsaiti xərclər smetasından qənaət edib dövlət büdcəsinə qaytarmışam. Bu, 2015-ci ildə 40 min avro, 2016-cı ildə 12 min 145 avro, 2017-ci ildə 32 min 144 avro, 2018-ci ildə 13 min 140 avro, 2019-cu ildə isə 4957 avrodur. Əgər Avropada hansısa ölkənin birinin səfirliyi mənim qaytardığım vəsaitin yarısını büdcəsinə qaytarıbsa, gətirin göstərin. Əgər belə bir fakt aşkarlansa, mən adımı dəyişərəm.
Harada olmuşamsa büdcəni qorumuşam, çünki vicdanıma güvənmişəm. Budur mənə sağ olunuz? Sağ olun əvəzinə mənə ittiham irəli sürürsünüz? İstəmirəm sağ olunuzu, mənə ittiham verib odlandırmayın da.
Əgər məni tutmaq, öldürmək, asmaq istəyirsinizsə, boş və absurd ittihamlar səsləndirməyin. Yığın adamlarınızı, jurnalistləri, televiziyaları deyin ki, Eldar Həsənovu öldürmək istəyirik. Asın məni qurtarsın getsin. Mənə Cinayət Məcəlləsinin 308.2-ci maddəsilə ittiham verilib ki, qulluq mənafeyindən sui-istifadə etmişəm. Mən isə əksinə, dövlət mənafeyini qorumuşam. Heç bir epizoda mənimsəmə faktı təsdiq edilməyib. Mənim istintaqım kobud qanun pozuntusu ilə aparılıb. İstintaq 5 ölkədən onlarla şahid dindirib, bir nəfər deməyib ki, mən Eldar Həsənovla hansısa bir işbirliyi qurmuşam. Bir nəfər desin ki, Eldar Həsənov mənə dedi ki, bunu elə. Yoxdur axı.
Birinci gündən telefonlarımı Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etmişəm, yoxlasınlar. Bütün şəcərəmi araşdırıblar, 19 yaşlı nəvəmin bank hesabından tutmuş hamısını. Bir dənə fakt tapsınlar ki, ora bir manat pul köçürmüşəm. Öz hesabımı araşdırıblar, rəsmi maaşım və yazdığım kitabların pulundan başqa bir manat əlavə vəsait aşkarlanmayıb. Fəaliyyətim dövründə 20 illik arxiv sənədlərini araşdırıblar, bir dənə fakt tapmayıblar. Bir nəfər desin ki, Eldar Həsənov 20 ildə bir dəfə Xarici İşlər Nazirliyindən 1 manat əlavə xərc istəyib. Hamısını maaşımdan etmişəm”.
Eldar Həsənovun cinayət işi üzrə rəsmi məlumata görə, onu Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Eldar Həsənov ittihamları qəbul etmir.
Oxşar xəbərlər
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
