Bacısını öldürən oğlana 1 İL HƏBS CƏZASI verildi - ŞOK
Son dövrlər Azərbaycanda qəsdən adam öldürmə cinayətinə görə verilən cəzalarla bağlı fərqli yanaşmalar müşahidə olunur. Bəzən məhkəmələr bənzər əməllər üzrə fərqli cəzalar təyin edirlər. Ya təqsirləndirilən şəxsin ittiham olunduğu maddə üzrə ən minimal cəza verilir, ya da digər maddələrə tövsif olunur. Maraqlıdır ki, belə hallar çox vaxt ailə-məişət zəminində baş verən cinayətlərlə bağlı yaşanır.
Məsələn, bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qızının bədəninə narkotik yeridərək amansızlıqla öldürən keçmiş məhkum Hacıağa Salamova cəmi 9 il həbs cəzası verildi. Qeyd edək ki, ata daha əvvəl də adam öldürməyə görə 9 il, narkotik alverinə görə isə 1 il 6 ay həbsdə olmuşdu.
Türkan qəsəbəsinin sabiq icra nümayəndəsi Rahil Babayevin qızını öldürən oğlu Məmmədəli Babayevə isə Xəzər rayon Məhkəməsi tərəfindən 1 il həbs cəzası verilmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin digər hökmü ilə arvadını öldürən Ehtibar Qasımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Bu hökmdən fərqli olaraq, ötən ilin sentyabrında moteldə arvadını öldürən Murad Şamilova isə 18 il həbs cəzası verilmişdi.
Bu ilin aprelində Şəki Ağır Cinayətlər Məhkəməsi Zaqatalada 10 il əvvəl qətl törədən Polad İsmayılova 11 il həbs cəzası verdi.
%20copy.jpg)
Göründüyü kimi bənzər cinayətlərdə fərqli cəza təyinləri müşahidə olunur. Qeyd edək ki, Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsinin 1-ci bəndinə görə, təqsirləndirilən şəxs 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə, 2-ci bəndində nəzərdə tutulan hallara görə isə 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məsələ ilə bağlı hüquq müdafiəçilərinin mövqeyini öyrəndik. Vəkil Elçin Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, cinayətlərdə cəzanın ədalətliliyi 2 meyara görə ölçülür: “Cinayətin törətdiyi ağır nəticələrə və cinayətkarın şəxsiyyətinin təhlükəliliyinə görə. Qəsdən törədilən cinayətlərdə də bu halların hər ikisi mövcud olur. Bununla bağlı məhkəmələr cəza təyin edərkən bəzən bu halları düzgün qiymətləndirə bilmirlər. Məsələn, bəzən cinayətin törətdiyi nəticəni məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən deyir ki, onun himayəsində iki azyaşlı uşağı var. Halbuki həmin şəxs arvadını öldürüb deyə iki uşaq onun himayəsində qalıb”.
Vəkil bildirib ki, məhkəmələr hökmlərində ağırlaşdırıcı və yüngülləşdirici halları düzgün qiymətləndirə bilmirlər: “Ümumiyyətlə ailə-məişət zəminində olan qətllərdə məhkəmələr yüngül cəza təyin etməyə meyillidirlər. Hesab edirəm ki, bu, düzgün mövqe deyil. Hərdən elə olur ki, ailədaxili olmayan qətllərdə qəsdən adam öldürmə maddəsinə görə 16 il və daha yuxarı həbs cəzası verilir. Bununla bağlı məhkəmə ümumiləşdirmələri olmalıdır. Təəssüf ki, Ali Məhkəmə də belə bir ümumiləşdirmələri həyata keçirmir. Ümumilikdə məhkəmələrin cəza təyin etmə siyasətində vahidlik olmadığına görə fikir ayrıntıları var.
%20copy.jpg)
Ailə-məişət zəminindəki qətllərlə bağlı əməllərin tövsifi Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə olmamalıdır. Çünki bütün hallarda qısqanclığın özü də normal hiss deyil. Bu, ağırlaşdırıcı hallar hesab olunmalıdır. Qısqanclıq zəminində insanın öldürülməsi 120-ci maddənin 2-ci hissəsinə tövsif olunmalıdır. Bu mənim fikrimdir və bu qətllərin qarşısının alınmasına da kömək edəcək. Biri düşünür ki, arvadını öldürəcək, 9 il cəza alacaq. Amma başqa adamı öldürəndə 16 ildən yuxarı cəza alır. Bu hallarla bağlı qanunun özündə də sərtlik olmalıdır. Məhkəmə öz praktikasında belə halları cəzanı ağırlaşdıran hal kimi tədqiq etməli və maksimuma yaxın olmalıdır ki, insanlar o əməli törətməkdən çəkinsinlər”.
Digər vəkil Roman Qaraşov da “Qafqazinfo”ya açıqlamasında qəsdən adam öldürmə cinayətlərinə görə təyin edilən cəza tədbirlərinin bəzi hallarda əsaslı şəkildə bir-birindən fərqləndiyini deyib: “Zərərçəkən tərəfin təqsirləndirilən şəxsə qarşı sonrakı münasibəti xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, şəxsin cinayəti törədərkən, hadisədən sonrakı davranışı, şəxsiyyəti, törətdiyi cinayətin nəticələri mütləq təhlil olunmaqla cəza təyini prosesi həyata keçirilməlidir.
%20copy.jpg)
Bəzi işlərdə faktiki hallar demək olar ki, eyni olsa da, cəza tədbirləri fərqlənir. Təqsirləndirilən şəxsə ən sərt və ya ən aşağı həddə cəza verilməsi əsaslandırılmalıdır, yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməlidir. Əksər hallarda məhkəmə hökmlərində əsaslandırma hissəsi səthi yazılır. Yaxud sübutlar və sübutların qiymətləndirilməsi müxtəlif arqumentsiz fikirlərdən ibarət olur. Hansı ki, iş üçün əhəmiyyət kəsb edən hər bir detal sübutlarla əhatə olunmalıdır”.
Vəkil bildirib ki, eyni faktiki hallara eyni cəzanın verilməsi, vahid məhkəmə təcrübəsinin formalaşması olduqca mühüm məsələdir: “Cinayət işləri üzrə bu təcrübənin ümumiləşdirilməsi və ciddi təhlil olunması vacibdir. Mülki sahədə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi cinayət sahəsindən daha sürətli gedir. Bəzən xüsusi amansızlıqla törədilən cinayətə heç bir ağırlaşdırıcı hal əlavə etmədən istintaq aparılır, bəzən də əksinə hadisələrin ümumi axınında baş vermiş cinayəti planlaşdırılmış, qəsdən törədilən cinayət kimi nəzərdən keçirərək əmələ hüquqi qiymət verilir. Amma qeyd edim ki, məhkəmənin cəza təyini prosesində imkanlarının olması müsbət hal olsa da, bunu hakimin şəxsi istəyi ilə bağlamaq qəti şəkildə doğru deyil”.
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 2026 11:03
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
