Rəsul Quliyev məhkəmədə Hacı Qalibi məğlub etdi...

Eks-spikerin bağışladığı torpaq sahəsi Ağasif Şakiroğluna təhvil verildi
Sabunçu Rayon Məhkəməsində hakim Nilufər Cəfərlinin sədrliyi ilə Hacı Qalib Salahzadənin Ağasif Şakiroğluna qarşı iddiası üzrə məhkəmə prosesi yekunlaşıb. Hacı Qalib Salahzadə illərdir ki, Bilgəh qəsəbəsinin ayrı-ayrı ünvanlarında yerləşən bağ torpaq sahələrinin ona, ailə üzvlərinə məxsus olduğunu iddia edib məhkəmə davaları açır. Bir çox hallarda torpaq sahələrində digər vətəndaşlara məxsus evlər, tikililər olduğu halda həmin torpaq sahələrinin ona məxsus olduğunda israr edir. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna eks-spiker Rəsul Quliyev tərəfindən bağışlanmış torpaq sahəsi üzrə də vəziyyət fərqli deyil.
Hacı Qalib Salahzadə iddia edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsi onundur. Ağasif Şakiroğlunun əlində isə həmin ünvanlara dair dövlət qurumlarından verilmiş və qüvvədə olan torpağın ona məxsus olmasını təsdiq edən şəhadətnamə var. 72 sot torpaq sahəsi üzərində 2 villa və digər tikililər, çoxillik ağaclar var. Hacı Qalib Salahzadə isə dövlət qurumlarından verilmiş sənədlərə əhəmiyyət vermir, Ağasif Şakiroğlu tərəfindən əmlak hüquqlarının pozulduğunu iddia edir. Pozulmuş hüquqlarının bərpa olunmasını, ərazidə şəxsi evlərinin olmasını iddia etməklə Sabunçu Rayon Məhkəməsinə müraciət edib və istifadəyə yaradılmış maneənin aradan qaldırılmasını istəyib.
Məhkəmə araşdırması zamanı aydın olub ki, həmin bağ sahəsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin 2010-cu ildə çıxardığı qərar var və həmin qərarda göstərilir ki, bağ torpaq sahəsi Hacı Qalib Salahzadənin deyil və o, ərazidən çıxmalıdır. Lakin həmin qərar 2021-ci ilin iyununa qədər icra olunmayıb.
Hacı Qalib Salahzadənin hazırki iddiası üzrə çıxarılan, elektron məhkəmə portalında yer alan qətnamədən oxuyuruq: "İş materiallarında olan 29 iyun 2021-ci il tarixli aktdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-879/2010 saylı, 17.03.2010-cu il tarixli icra sənədi üzrə borclu Salahzadə Qalib Aslan oğlu 29.06.2021-ci il tarixdə, saat 18:30 radələrində mübahisəli bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil verdiyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə bağ sahəsinə gedilmiş, borclunun təqdim etdiyi açarlarla bağ sahəsinə daxil olunmuşdur. Bağ sahəsində yerləşən yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evin tam boşaldılmadığı müəyyən edildikdən sonra borclu Qalib Salahzadə ilə əlaqə saxlanılmış, o, boşaldılmamış əmlakın uzun müddət istifadə olunmadığını və bəzilərinin yararsız olduğunu bildirmişdir”.
Göründüyü kimi, Hacı Qalib Salahzadə bağ torpaq sahəsini könüllü boşaldıb və açarlarını icraçılara verib. Bundan sonra bağ torpaq sahəsi Sabunçu Rayon İcra Şöbəsinin icraçıları tərəfindən Ağasif Şakiroğluna təhvil verilib. Sonuncu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Sabunçu Rayon Mühafizə İdarəsi ilə müqavilə bağlamaqla Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarında yerləşən "1926″, ”1927″, "1928″, ”1929″, "1931″ saylı bağ sahələrinin Xəzər rayon Mühafizə İdarəsi tərəfindən mühafizə olunmasını təmin edib. Sabunçu Rayon Məhkəməsində iddia üzrə araşdırma aparılarkən iş materiallarına əlavə edilmiş sənədlər sırasında Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında qeyd edilən ərazilər mülkiyyət hüquqi əsasında Qalib Aslan oğlu Salahzadəyə məxsus olması aşkar edilməyib. Məhkəmə belə qənaətə gəlib ki, Hacı Qalib Salahzadə və yaxınları – Xatirə Allahşükür qızı Salahzadə, Zenfira Hacıbala qızı Salahzadə və Kübra Mirəbdül Hüseyn qızı Camalova hüquqlarının pozulduğunu iddia etsələr də, məhkəməyə müraciət etməyə əsas verən hər hansı bir hüquqları yoxdur. Məhkəmənin təklifinə baxmayaraq, sözügedən hüququn təsdiqinə dair hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməyiblər.
Belə olan halda məhkəmə hesab edib ki, iddiaçı Qalib Aslan oğlu Salahzadə, Xatirə Allahşükür qızı Salahzadə, Zenfira Hacıbala qızı Salahzadə və Kübra Mirəbdül Hüseyn qızı Camalova adından məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz.
Buna görə də iddiaçı Hacı Qalib Salahzadənin cavabdeh Ağasif Şakiroğluna qarşı mübahisə predmeti barədə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsi cəlb edilməklə "maneənin aradan qaldırılması və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməyib.
Məsələ ilə bağlı cavabdeh Ağasif Şakiroğlunun mövqeyini öyrəndik. GAP sədri bildirdi ki, məhkəmə qətnaməsinin müzakirəsinin tərəfdarı deyil: "Biz bu məsələnin mətbuatda müzakirə edilməsini doğru hesab etmirik. Qayda var, qanun var. Azərbaycan hüquqi dövlətdir. Kimin haqlı, kimin haqsız olduğuna məhkəmə qərar verir. Məhkəmə qərarını da müzakirə etməyi doğru hesab etmirik. Məhkəmə qərarları müzakirə yox, icra edilə bilər yalnız. Bizim üçün bu mövzu bitib”.
Mənbə: musavat.com
Oxşar xəbərlər
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 2025 08:15
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 2025 20:27
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 2025 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 2025 00:51
- Prezident Komissiya yaratdı, sədr və üzvlər təyin etdi
17 oktyabr 2025 22:46
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 2025 22:38
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 2025 22:04
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 2025 16:03
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 2025 13:11
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 2025 10:16
Xəbər lenti
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 08:15
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 00:22
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 15:56
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 13:27
- Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
18 oktyabr 11:51
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 11:23
- Mehriban Əliyeva: Azərbaycandakı sülh və əmin-amanlıq əbədi olsun!
18 oktyabr 10:26
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 00:51
- Müstəqilliyimizin bərpasından 34 il keçir
18 oktyabr 00:37
- Prezident Komissiya yaratdı, sədr və üzvlər təyin etdi
17 oktyabr 22:46
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına STOP qoyuldu
17 oktyabr 22:37
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 08:25
- SON DƏQİQƏ! Zelenski Vaşinqtondadır
17 oktyabr 02:16
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
Video & Fotoqalereya
Video
Fotoqalereya