Yaşı döyüşməyə imkan verməsə də, müharibə vaxtı əsgərlərə yardım aparan... VİDEO
Azərbaycanın qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsi xalqın birliyini bir daha hər kəsə sübut etdi. Bu zəfər ön cəbhədə Azərbaycan ordusunun cəsur hərbçilərinin, arxa cəbhədə isə xalqın və vətənpərvər soydaşlarımızın sayəsində qazanılıb. O xalq ki, ən çətin günlərdə dəmir yumruq kimi birləşərək eyni hədəfə doğru zərbə endirməyi bacardı. Məhz bu xalq bütün dünyaya Azərbaycanın gücünü sübut edən igidlər yetişdirib.
Xalqın vətənpərvər oğullarından biri də 1967-ci il təvəllüdlü Zamanov Ədalət Rəhman oğludur. Əslən Zəngilan rayonunun İkinci Ağalı kəndindən olan Ədalət Zamanov uzun illər Dövlət Sərhəd Xidmətində çalışıb. Hazırda ehtiyatda olan zabit, polkovnik-leytenant Ə.Zamanov İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Yaş faktoru ön cəbhədə döyüşməyə imkan verməsə də, ön cəbhədəki hərbçilərə maddi-mənəvi dəstək vermək üçün heç nə ona əngəl ola bilməyib.
Oxu.Az-ın müxbiri hər zaman vətənpərvərliyin təbliğatını aparan Ədalət Zamanov ilə həmsöhbət olub.
Söhbət zamanı Ə.Zamanov özü kimi digər iş adamlarını da dövlətə dəstək məqsədilə müəyyən təşəbbüslər irəli sürməyə səslədiyini qeyd edib:
- Müharibə başlayan zamana qayıdaq, ilk dəfə hansı istiqamətdə yardım çatdırmağa nail oldunuz?
- Çox istərdim ki, döyüşlərdə iştirak edim. Lakin, müəyyən səbəblərdən könüllü müraciət etsəm də, müsbət cavab ala bilmədim. Buna baxmayaraq, ön cəbhəyə hərbçilərimizə dəstək məqsədilə tez-tez gedib-gəlirdim. İlk dəfə yardımlarımız Murovdağ istiqamətində oldu. Bütün dostlarımızla bu yardımların həyata keçirilməsinə çalışdıq. Düşünürəm ki, az da olsa, dövlətimizə, xalqımıza dəstək ola bildik. Şükür müharibə Azərbaycanın qələbəsi ilə sona çatdı. Müzəffər Azərbaycan ordusu zəfər qazandı. Lakin, xalqımıza dəstək, prezidentimiz ətrafında sıx birləşməyimiz davam etməlidir.
- Sizinlə birlikdə bu yardım kampaniyalarında daha kimlər iştirak edib?
- Yerli və xaricdə yaşayan, iş adamı olan dostlarımız birləşərək yardımları topladıq və ön cəbhəyə çatdırdıq. Ardıcıllıqla Murovdağdan sonra, Füzuli, Cəbrayıl istiqamətlərinə də yardımlar göndərdik. Ön cəbhədə olanda əsas ehtiyacları öyrənməyə cəhd etdik. Ən çox ehtiyac olan generatorlar idi, daha sonra müharibə şəraiti olduğundan əsgərlərimizin gigiyenik cəhətdən təmizliklə bağlı bəzi çətinlikləri olurdu. Qərara gəldik ki, səyyar hamamlar (kiçik modul tipli hamamlar) hazırlayaq. Cəbhəyə 4 ədəd səyyar hamam hazırlayıb göndərdik.
- Əsasən nələrə ehtiyac olurdu?
- Müharibə şəhidsiz olmur. Ali Baş Komandanımızın apardığı siyasət nəticəsində bu gün çox güclü orduya sahibik. 44 günlük Vətən müharibəsini qələbə ilə başa vuran ordumuz varsa, biz bunun üçün ölkə başçısına minnətdar olmalıyıq. Ordumuz zəruri olan hər şeylə təmin olunmuşdu, maddi-texniki təminat qaydasında idi. Biz sadəcə dəstək məqsədilə könlümüzdən keçəni edirik.
Təəssüf ki, ön cəbhədə yaralanan hərbçilər daha çox qanaxma səbəbindən həlak olurdu. Bunun üçün xüsusi “Celox” adlanan hemostatik qanaxmanın qarşısını alan dərman vasitələri vardı. Onları Türkiyədən sifariş verdik və Türkiyədə olan azərbaycanlı iş adamlarının dəstəyi ilə 2500 ədəd bu dərman vasitəsindən gətirib, hərbi hissələrə payladıq.
Bu barədə bu günə qədər heç bir açıqlama verməmişdim. Bu açıqlamanın da məqsədi yalnız və yalnız özüm kimi iş adamlarının prezidentin ətrafında sıx birləşməsidir. Bu günə qədər biz bu dövlət sayəsində iş-güc qurmuşuqsa, bu gün də bu dövlət üçün əlimizdən gələni etməliyik. Müharibə bitsə də, bizim mübarizəmiz əslində indi başlayır. Hər bir iş adamı bir şəhid ailəsinə, şəhid övladlarına ən azından yetkinlik yaşına çatana qədər maddi-mənəvi dəstək olsa və ya bir qazimizin müalicə xərclərini öz öhdəsinə götürsə, yaxşı olar.
Şəxsən mən üç şəhidimizin – Qasımov Azər Yaqub oğlunun (dörd övladı var), Səmədov İkram Şirvan oğlunun (iki övladı var), Həsənov Nemət Süleyman oğlunun (iki övladı var) ailələrini öz himayəmə götürmüşəm. Hər ay həmin səkkiz uşağın hesabına 250 manat pul köçürürəm. Bu dəstək artıq 3 aydır başlayıb, ən azı onlar yetkinlik yaşına çatana qədər davam edəcək, sonra da gücüm çatana qədər yanlarında olacam. İki övladım var, onlar belə həmin ailələrlə səmimi münasibətlər qurublar. Bu gün səkkiz nəvəmin olduğunu desəm, yalan olmaz. Onların ataları, qardaşları bu xalq üçün ən şirin olan canlarından keçiblər, bizim beş manat pulumuz onların yanında heç nədir.
- Dediniz ki, əsliniz Zəngilanın Ağalı kəndindəndir. İllər sonra kəndinizə yenidən gedəndə hansı hissləri keçirdiniz?
- Bəli, getdim. Doğma yurduma, ata-baba torpaqlarıma qayıtmaq çox böyük qürur yaşatdı. Ali Baş Komandanımıza sonsuz təşəkkür edirəm ki, bu qələbə ilə xalqımızı sevindirdi. Atamın məzarı həmin torpaqlardadı. İlk olaraq atamın məzarını ziyarət etdim. Mənfur düşmən məzar daşını sındırıb, dağıtmışdı. Bu, məni çox kövrəltdi. Təbii ki, o məzarı o vəziyyətdə qoymayacam.
Bundan başqa dövlət səviyyəsində işğaldan azad olunan bütün torpaqlarımızda yenidənqurma işləri aparılır, yeni infrastruktur yaradılır. Lakin bununla yanaşı, mən özüm də azad edilmiş torpaqlarımıza yenidən həyat qayıtması üçün prezidentimizə dəstək olmaq istəyirəm.
Bu məqsədlə Zəngilanda öz hesabıma məscid inşa etdirmək istəyirəm. Bu, mənim arzumdur. Mənim babam o vaxt repressiya qurbanı olub, Sibirdə güllələnib. Onun bizim kənddə məscidi olub və orada ibadət ediblər. İstərdim ki, həmin dağılan məscidi ya bərpa edim, ya da yenisini inşa edim. Bununla bağlı müvafiq icazələrin alınması üçün müraciət edəcəyəm.
İş adamları hərəsi bir rayonda, bir kənddə bir məktəb binası, bir məscid, bir xəstəxana binası və s. inşa etsə, qısa zamanda bu torpaqlara yenidən həyat qayıdar. Bunlar həmin şəxslər üçün çətin iş deyil. Birlik olsa, hər şey daha asan olar.
Könül Cəfərli
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09