- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
Şeyxə görə üz-üzə gəlib bir-birinə “agent” dedilər
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə haqda səsləndirdiyi fikirlərə qudası Hacı Qalib Salahzadə cavab verib.
NUH.az Musavat.com-a istinadən xəbər verir ki, o, şeyxin ətrafında baş verənlərə reaksiya verməməyi tapşırdığını deyib. Onun sözlərinə görə, Hafiz Hacıyevin, eks-spiker Rəsul Quliyevin şeyxə yönəlik çıxışları dözülməz hal alıb: “Hafiz Hacıyev şeyxin dalınca ağlına-ağzına nə gəldi danışır. Rəsul Quliyev də şeyxin əleyhinə danışır. Deyir ki, şeyx getməlidir, İran belə gəldi... Ay Hafiz Hacıyev, 1990-cı ildə rus qoşunu Bakıya rayonlardan gələn yolları bağlayanda harada idin? 20 Yanvar törədiləndə sən harada idin? Niyə Rəsul Quliyev, Hafiz Hacıyev o zaman çıxıb Qorbaçova qarşı səslərini çıxarmırdılar? Bu gün bu adamlar şeyxə qarşı təxribat törədirlər. Rus agentinin ən böyüyü Hafiz Hacıyevin özüdür. İranın ən böyük agenti Hafiz Hacıyevdir. Şeyx dini rəhbərdir, bu nə sözlərdir dalınca deyirsiz? Niyə Azərbaycanda olan ağıllı-savadlı hacılar bu cür adamların cavabını vermirlər? Siz də hacısız, mən də. Çıxın sözünüzü deyin.
Evdə nəvəm soruşur ki, niyə babamız haqda bu sözləri deyirlər? Uşaqdır, ona demirəm, amma alçaqlıq, vicdansızlıq edib bu sözləri deyirlər. Sən Hafiz Hacıyev İranın agenti deyilsənsə, necə olur ki, birbaşa efirdə İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzai ilə əlaqə saxlayıb danışırsan? Bu adam Azərbaycandan çoxdan gedib. Niyə Əhəd Qəzainin nömrəsi başqalarında yoxdur, səndə var? Biz zəng etsək, o, bizim zəngimizə cavab verər? Hafiz Hacıyev, sənə sübut edirəm ki, sən İran agentisən. Hafiz Hacıyev Rusiyaya da işləyir. Prezident mənim qardaşımdır deyir, adam qalmayıb ki, şantaj etməsin. Rəsul Quliyevin barəsində bu gün də erməni ilə şərik olması, 48 milyon yeyintisi haqda cinayət işi var. 48 milyon dollar dövlətin pulunu yeyib. Bu yalnız bir epizoddur”.

Hacı Qalib Salahzadə Bakıdakı İran Mədəniyyət Mərkəzinin rəhbəri, Azərbaycanda Vəliyyi Fəqihin nümayəndəsi Ocaqnicatın hədəf götürüldüyünü bildirib: “Ocaqnicat ağanı mən ağlım kəsəndən yaxşı insan kimi tanıyıram. O, Azərbaycan xalqına, İran xalqına əlindən gələn köməyi edən adamdır. Deputat olanda da, şeyxlə oturub-duranda da görmüşəm ki, Azərbaycan xalqı ilə İran xalqının arasında yaxşı münasibət qurmağa çalışır. Ocaqnicat ağa din xadimidir, İranda, Azərbaycanda hörmətli hacıdır. Ona da daş atır, agent deyir. Hamıya daş atırsız, bəs kim qaldı?”
Hacı Qalib Salahzadənin sözlərinə görə, Hafiz Hacıyev vaxtilə qara kürü, balıq alverinə görə, dövləti aldatdığına görə həbs olunub: “Mənim Bilgəhdə vətəgəm, 16 gəmim vardı. Böyük bir donanmam var idi. Qayıq deyil, məhz gəmilər idi donanmamda. Hafizi də ”AzərBalıq" Dövlət Konserninin sədri qoymuşdular. Gəlib deyirdi ki, balığı, kürünü bizə satın. 1 manata alıb aparıb Amerikada 10 manata satırdı. Mən orada vətəgəyə direktor Adil Mirseyid oğlu adlı bir adamı təyin eləmişdim. Hafizi həbs elədilər, o da Adilin üzünə dayandı. Guya vətəgələr bunların olub. O vaxt dostlarımdan xahiş elədim, baş prokuror olan Eldar Həsənovun qəbuluna getdim. Dedim ki, Eldar müəllim, bu, seyid adamdır, Hafiz də konsern sədri. Gəlib deyib ki, qara kürünü mənə sat, o da satıb. Satan üçün nə fərqi ki, ikranı kim alır. Adili Eldar Həsənov buraxdı. 1 qara qəpiksiz azad etdilər. 32 ildir Səudiyyəyə gedib-gəlirəm. Orada azərbaycanlılara o qədər böyük hörmət görmüşəm. Səudiyyə Krallığında Azərbaycana qarşı hörmətin canlı şahidiyəm. Bu gün daxildə şeyxə, onun ailəsinə qarşı ağızlarına gələni danışırlar. Mənimlə Rəsul Quliyevin arasında olan söhbət 10 il əvvəl bitib qurtarmışdı. 10 il sonra şeyxin söhbətini atırlar ortaya, Rəsul Quliyev torpağı Ağasifə bağışlayır, torpağı alırlar. Orada 60 sot torpaqdan deyil, 25 miyondan söhbət gedir. Bunlar istəyirlər ki, torpağı Qod Nisanova satsınlar, müxalifətçi Rəsul Quliyevi bu cür yollarla maliyyələşdirsinlər. Bunu edənlərdən biri Kərəm Həsənovdur. 10 il əvvəl ləğv olunan çıxarışlarla torpaq alırlar. Bunlar istəyirlər ki, şeyxin adını çəkib mənim dilimi qısa eləsinlər. Bu bir siyasətdir. Mən bu işləri kimlərin etdiyini bilirəm. Vaxtilə Hafizin bir yerlisi şeyxlə qarşı-qarşıya gəlib, indi də o düşmənçiliyi davam etdirirlər. Dovşan oğlu dovşanı buraxıblar ortaya. Burada əsas məqsəd odur ki, məni susdursunlar, danışmayım. Şeyx hamıya embarqo qoyub ki, danışmayın. Qohum-qardaşdan bir adam çıxıb şeyxin qadağasına görə danışa bilmir. Bu da ağzına gələni danışır, nə istəyir deyir".
.jpg)
Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev Hacı Qalib Salahzadənin onun ünvanına söylədiyi ittihamlara cavab verib. “Yeni Müsavat”a deyib ki, İrana casusluq edənlər Azərbaycandan qovulacaq: “Bəli, mən səfir Əhəd Qəzai ilə tanışam. O, Azərbaycanda olandan münasibətlərimiz var. Bu gün Əhəd Qəzai məni deyil, Hacı Qalibin qudası Allahşükürü müdafiə edir. Onlar İrana casusluq edirlər. Biz imkan verməyəcəyik ki, Allahşükürün tör-töküntüləri, nəzir qutusundan pul yığanlar gəlib Azərbaycanda dini dövlət qursunlar. Ona görə də bu adamlar çox yaxın zamanda bir-bir həbsə gedəcəklər. Onun kimilərin bir çoxunun quyruğunu kəsib İrana göndərmişik”.
Hafiz Hacıyev deyib ki, Hacı Qalib Salahzadəni yaşadığı Bilgəh qəsəbəsində vətəndaşların torpaqlarını zəbt etməklə məşğul olan biri adlandırıb: “Bu adamlar din pərdəsi altında gizlənib ”moşenniklik"lə məşğuldular. Bunların dini-imanı, vətəni yoxdur. Ancaq pul, xalqı aldatmaq, vətəndaşların torpaqlarını zəbt etməklə məşğuldurlar. Hacı Qalibin böyüyü bizim qabağımızda duruş gətirə bilmir, belə cılız adamları qabağımıza çıxarır. Belələrinə əhəmiyyət vermirəm. İran agentləri nə istəyir danışsınlar. Çox yaxın zamanda hamısı həbsə gedəcək".
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 2025 10:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 2025 11:20
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 2025 16:06
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 2025 10:57
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 22:44
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 20:55
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
27 dekabr 20:37
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 17:54
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
27 dekabr 14:46
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 10:52
- Azərbaycanda məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb (VİDEO)
27 dekabr 10:25
- Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 dekabr 23:54
- Azpetrol şirkəti də Ruslan Eyyubova məxsus imiş
26 dekabr 22:20
- İlham Əliyev bu idmançılara ev verdi (FOTO)
26 dekabr 17:14
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 16:50
- İlhamənin yığdığı bütün qızıllara sahib çıxdılar - Əli Mirəliyev
26 dekabr 16:27
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
26 dekabr 14:02
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarəmiz vurulub
26 dekabr 13:35
- Mikayıl İsmayılova məxsus MODERN HOSPİTAL-da nələr baş verir ?
26 dekabr 12:22
- Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi
26 dekabr 11:37
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 11:30
- Kadırov da Prezidenti təbrik etdi
26 dekabr 01:11
- 2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı (VİDEO)
26 dekabr 00:35
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 21:34
- 44 günə Ermənistanı böyrü üstə qoyduq - Prezident
25 dekabr 21:27
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 19:20
- Oqtay Əsədovun qızı vəfat etdi
25 dekabr 18:43
- Ağsu sakinləri Gülnarə Muxtarovanın qarşıdan gələn bayramlarını TƏBRİK EDİRLƏR...
20 dekabr 19:42
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
