Məhkəmədə arvadı danışdı - “Ömürlük cəza verilsin”
Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə mərhumun həyat yoldaşı və yaxın dostu dindirilib.
E.Əliyevin arvadı Fəxrintac Əliyeva istintaqa verdiyi ifadəni təsdiq edib: “Bu qətl bütün ailəni darmadağın edib. Qatilin ömürlük cəza almasını istəyirik. Rövşən Əkbərovun adını hadisə baş verənədək eşitməmişdim”.
Mərhumun dostu olmuş Səməd Novruzov da istintaqa verdiyi ifadəni təsdiq edib.
O bildirib ki, hadisə gününün səhəri sabiq səfir, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovla birlikdə Kiyevə yollanlb: “Bizi aeroportda diplomatik korpusun nümayəndəsi qarşıladı. Gecə oteldə qalıb, səhəri günü morqa getdik. Saat 4-də Elçinin cənazəsini Bakıya yola salıb Kiyevdəki səfirliyə getdim. Orada keçmiş ukraynalı hərbçi Qriqoryev Aleksandr Mixayloviç dedi ki, hadisəni sizinkilər törədib. Səfirlikdə Ukraynadakı Azərbaycan Diasporunun rəhbəri Tələt adlı şəxs, Nazim İbrahimov və başqaları var idi. Orada söz-söhbət gedirdi ki, Elçin mayın 31-də Abşeron restoranında dostları ilə yemək yeyib. Sonra səfirliyə gəlib, orada mübahisə düşüb. Daha sonra Elçin yanındakı dostu ilə başqa bir restorana gedib. Səfirlikdə mübahisə etdiyi adamlar da ora gediblər və restoranda yenidən dava düşüb. Dedilər ki, Elçinlə dava edənlərin ikisi hərbçi olub. Biri Sumqayıtdan olub, digəri də Rövşən Əkbərov. Söz-söhbət gəzirdi ki, öldürən Rövşən olub. Mən hadisə günü Elçinlə danışmışdım. Rövşən Əkbərov haqqında mənə heç nə deməmişdi”.
Daha sonra prokuror və vəkillərin suallarını cavablandıran S.Novruzov R.Əkbərovla görüşmədiyini deyib: “Özüm görüşməmişəm, Nazim İbrahimovun da görüşdüyünü görməmişəm. Hadisə ilə bağlı eşitdiklərimi deyirəm, hadisəni görməmişəm”.
Rövşən Əkbərov şahidə sual verib ki, “siz Elçini mənim öldürdüyümü eşitdikdən sonra niyə gəlib mənimlə danışmadız? Niyə soruşmadız ki, sən öldürmüsənsə, niyə öldürmüsən?”.
Şahid deyib ki, bunun üçün Kiyevdə kifayət qədər vaxtı olmayıb. Daha sonra R.Əkbərov sual verib ki, “hadisədən sonra 20 ildir Bakıda yaşamışam. Məndən şübhələnirdizsə, niyə Bakıda gəlib mənimlə danışmağa çalışmadız?”.
Şahid qatilin kimliyini sübuta yetirə bilməyəcəyinə görə bunu etmədiyini deyib: “Mənim sübutum olmadan necə sizdən soruşa bilərdim?”.
İfadə zamanı məlum olub ki, S.Novruzov keçmiş prokurorluq əməkdaşı olub.
Növbəti iclas oktyabrın 13-ə təyin edilib.
Qeyd edək ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada “Sikora” kafesinin yaxınlığında Elçin Əliyevi kəsici-deşici predmetlə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilərək həbs olunub.
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
5 fevral 2026 13:13
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
