İsrail kəşfiyyatı İran ordusunun generalını ələ keçirdi
İsrail kəşfiyyatı "Mossad” Suriyada məxfi əməliyyat icra edərək İran generalını ələ keçirib. Məlum olub ki, gizli əməliyyat sentyabr ayında həyata keçirilib.
Qeyd olunur ki, "Mossad”ın əməkdaşları Suriyada olan İran generalını qaçıraraq onu adı açıqlanmayan Afrika ölkəsinə aparıblar.
İranlı general orada dindiriləndən sonra sərbəst buraxılıb. Əməliyyatın digər təfərrüatları açıqlanmır.
"Mossad” 1986-cı ildə Livan səmasında təyyarəsi vurulan İsrail hərbçisi Ron Aradın taleyini və hansı şəraitdə ölməsini öyrənməyə çalışıb.
Daha öncə isə mətbuatda kəşfiyyat əməliyyatının uğursuz olduğu barədə məlumatlar yayılmışdı və guya "Mossad”ın rəhbəri David Barnea sözügedən əməliyyatı uğursuz hesab etdiyini bildirmişdi.
Ancaq yerli mətbuat daha sonra D.Barneanın "Mossad” əməkdaşlarına göndərdiyi məktubda əməliyyatın böyük bir uğur olaraq xarakterizə etdiyini yazıb.
Bir neçə kəşfiyyat mənbəsi də "Mossad”ın öz missiyasını tam şəkildə yerinə yetirdiyini təsdiqləyib və qeyd edilib ki, sözügedən məxfi əməliyyat İsrail kəşfiyyatının Ron Aradın taleyi haqqında etibarlı məlumat tapmaq üçün üzərinə götürdüyü ən əhəmiyyətli və uğurlu əməliyyatlardan biri hesab edilməlidir.
İsrail Baş naziri Naftali Bennett Knessetin qış sessiyasının açılışındakı çıxışı zamanı bu xüsusi əməliyyatın kompleks və genişmiqyaslı olduğunu qeyd edib.
Qeyd edək ki, Ron Aradın idarə etdiyi və İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə 1986-cı ildə Livanın Sayda qəsəbəsi üzərində vurulub.
İsrail tərəfi iddia edir ki, pilot katapult edib və daha sonra Livanın "Amal” şiə hərəkatının nümayəndələrinin əlinə keçib.
Ehtimal edilir ki, Ron Arad İrana aparılıb, lakin sonra Livana qaytarılıb. O, sonuncu dəfə 1988-ci ildə həbsdə saxlanılarkən özü barədə yaxınlarına məktublar ünvanlayıb.
R. Aradın ölümünün dəqiq vaxtı hələ də məlum deyil.
Bir versiyaya görə, o, 1988 -ci ildə işgəncə altında dünyasını dəyişib, digər versiyaya görə, həbsdən qaçmağa cəhd edərkən öldürülüb.
Başqa bir versiyada isə qeyd olunur ki, hərbi pilota tibbi yardım göstərməkdən imtina ediblər və o, 1990-cı ildə vəfat edib. (oxu.az)
Oxşar xəbərlər
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 2025 11:28
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Prezident İranın xarici işlər nazirini qəbul etdi
8 dekabr 2025 12:50
- Pezeşkian Qazaxıstana gedəcək
8 dekabr 2025 10:31
- Bahalı beynəlxalq tədbirlərin keçirilməsinə 239 MİLYON, ELMƏ İSƏ...- Qüdrət Həsənquliyev
7 dekabr 2025 19:21
- Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətə başladı
3 dekabr 2025 23:23
- Netanyahunu Ağ Evə dəvət etdi
2 dekabr 2025 00:02
- Laçının işğaldan azad edilməsindən 5 il ötür
1 dekabr 2025 11:24
- Mingəçevirdə dəfn edilən ALMAN HƏRBİ ƏSİRLƏRİN məzarları – VİDEO
30 noyabr 2025 00:38
Xəbər lenti
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
Video & Fotoqalereya
Video
Fotoqalereya
