“Müharibədə bədənimin 20 faizi yandı, amma pensiya ala bilmirəm”
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən qulluqçusu (MAXE) Məhərrəmov Məhərrəm Əfsər oğlu Vətən müharibəsinin ilk günü Füzuli istiqamətindəki döyüşlərdə ağır yaralanıb. Uzun müddət müalicə olunan qazi əmək qabiliyyətini itirsə də, hələ də ona əlillik təyinatı aparılmayıb.
Bu şikayətlə “Qafqazinfo”ya müraciət edən qazi M. Məhərrəmovun sözlərinə görə, silahlı qüvvələrdə 7 il xidmət edib: “Sentyabrın 27-də Füzuli istiqamətində döyüşlərdə yaralanmışam. Düşmən mənim olduğum tankı vurub, nəticədə bədənimin 20 faizi yanıb, gözümdə, qollarımda, bədənimin digər hissələrində hələ də qəlpələr var, kəllə-beyin travması almışam. Hər iki əlimin 5-ci barmağı işləmir. Mərkəzi Klinikada və Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat olunmuşam, bədənimə dəri köçürülüb. Təxminən 6 ay əvvəl Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən xidmətə yararsız olmamla bağlı rəy verilib. Füzuli Mərkəzi Rayon Xəstəxanası tərəfindən Forma-88 əlillik altsisteminə daxil edilib. Lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən diaqnozumun əlillik təyinatı üçün uyğun olmadığı bildirilir”.
M. Məhərrəmov I, II və III dərəcəli yanıq xəsarətləri aldığını, ordudan tərxis olunduqdan sonra çətin şəraitdə yaşadığını deyir.
.jpg)
Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”ya bildirdi ki, qazinin əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında, yəni vətəndaşın iştirakı olmadan 08.08.2021-ci il tarixində qiymətləndirilib: "Forma-88 üzərindən müəyyən edilib ki, vətəndaşın bədəninin bir neçə nahiyəsinin termiki yanığı diaqnozu əlillik təyinatına əsas vermir. Bununla yanaşı Məhərrəmov Məhərrəmdə hər iki əlin 5-ci barmağının çapıq mənşəli kontrakturası müəyyən edilsə də, əlin funksiyaları pozulmayıb. Bu da əlillik əlaməti təyin etmir. Bununla belə, qazi ötən ay əyani müayinəyə də cəlb edilib. Müayinə zamanı onun hazırkı vəziyyətinin əlilliyə əsas vermədiyi bir daha müəyyən edilib və 08.08.2021-ci il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı qüvvədə saxlanılıb”.
T. Qurbanov əlavə edib ki, M.Məhərrəmov bu ilin may ayından “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyatdadır: “Ailə 7 nəfərdən ibarətdir və məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət alırlar. M.Məhərrəmovun atası hərbidə mülki işdə, anası isə bağçada dayə işləyir. 1 azyaşlı övladı var. Vətəndaşın şəxsi təsərrüfatında xırda və iribuynuzlu heyvan olmadığı nəzərə alınaraq Dövlət Məşğulluq Agentliyinin 17 saylı ərazi məşğulluq filialı tərəfindən ona özünüməşğulluq proqramı təklif edilib. Amma vətəndaş bundan imtina edərək yalnız yaşadığı ərazi üzrə, səhhətinə uyğun “yüngül” işlə təmin olunmaq istədiyini bildirib. Agentlik tərəfindən tez bir zamanda onun istəyinə uyğun məşğulluğunun təmin olunması üçün tədbirlər görülüb və M.Məhərrəmovun öz razılığı ilə Füzuli rayon Kommunal Müəssisələr Kombinatında sosial işçi vəzifəsinə göndərişi verilib. Yaxın zamanda vətəndaş əmək fəaliyyətinə başlayacaq”.
Qeyd edək ki, MAXE M. Məhərrəmov Vətən müharibəsində göstərdiyi şücaətə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Gülnar Əliyeva

- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 2026 19:05
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
