“Daxilimdə bir qüssə var idi”
“Mən 30 ildir erməni dini lideri ilə görüşlər keçirirəm. Bu illər ərzində heç vaxt əyilməsəm də, daxilimdə bir qüssə var idi. Lakin bu dəfə tamam fərqli görüş oldu. Bunun səbəbi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm Qələbə idi”.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB Dinlərarası Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşündən sonra jurnalistlərə müsahibəsində deyib.
Qafqaz müsəlmanlarının lideri deyib: “Biz heç vaxt görüşdən qaçmamışıq və bu görüşlə bağlı Rusiya Patriarxı Kirilin təklifini də qəbul etdik. Rusiya Patriarxı ilə ikitərəfli görüşdə erməni tərəfdən ona xeyli yanlış informasiyalar verildiyinin şahidi oldum. Buna görə də, Patriarx Kirilə Qarabağ reallıqları ilə bağlı ətraflı məlumat verdim.
Üçtərəfli görüş mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki görüşdə qalib tərəf kimi iştirak edirdim. Qarşı tərəfin gözlərindəki məyusluğu hiss edirdim. Bu, bizim Qələbəmizin nəticəsi idi. Bu Qələbəyə görə qəhrəman şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu görüşdə Azərbaycan Prezidenti və dövləti ilə bir daha qürur duydum”.
Görüşdə bir çox məsələlərin müzakirə olunduğunu deyən QMİ sədri bildirib ki, onlardan biri də Qarabağda yaşayan ermənilərin dini ibadətlərinə şəraitin yaradılması ilə bağlı idi. “Mən dedim ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadətləri üçün hər cür şərait yaradılıb. Digər məsələ üçtərəfli Bəyanatın imzalanmasından sonra erməni dini liderin Xankəndiyə getməsi ilə bağlı idi. Bu məsələ ilə bağlı erməni katolikosu mənim sualımı cavablandıra bilmədi. Erməni dini rəhbəri “hərbi əsirlər” məsələsinə də toxundu. Mən isə dedim ki, Azərbaycanda heç bir erməni hərbi əsir yoxdur”, - deyə QMİ sədri qeyd edib.
Şeyxülislam, həmçinin bildirib: “Görüşdə katolikos “Qarabağın statusu” məsələsini də qaldırdı. Lakin mən bildirdim ki, Azərbaycan Prezidenti bu məsələyə münasibətini bildirib. Heç bir status olmayacaq. Ümumilikdə görüşü məhsuldar hesab edirəm. Görüşün təşəbbüskarı olan Rusiya Patriarxı Kirilə təşəkkür edirəm. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılara şəfa, qazilərimizə cansağlığı arzulayıram”.(yenisabah)
Oxşar xəbərlər
- Macarıstandakı səfirimiz Ramil Səfərovun necə ekstradisiya...
24 oktyabr 2021 19:48
- Katalikos II Qaregindən iki kəndin qaytarılmasını xahiş etdim, amma..
11 iyul 2021 18:40
- “Təkcə Tuğda 600-ə yaxın erməni məhv etdik” - XTQ komandiri
19 dekabr 2020 17:25
- Heydər Əliyevin lerikli tərcüməçisi ərəbləri...
10 iyul 2020 11:11
- ATU-nun keçmiş əməkdaşından prezidentə növbəti MÜRACİƏT
29 noyabr 2018 10:57
- “Ya gərək hər şeyini verəsən, ya da heç nəyini...” - Müsahibə
15 noyabr 2017 15:29
- İsmət Qayıbovun prokuror oğlu 25 il sonra danışdı - MÜSAHİBƏ-FOTOLAR
21 noyabr 2016 11:20
Xəbər lenti
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
Video & Fotoqalereya
Video
Fotoqalereya
