Yeniyetmə atasının təkidi ilə anasını qaynar su ilə yandırdı
Bakıda 15 yaşlı oğlanın atasının təkidi ilə anasının üzərinə qaynar su tökərək yandırmasına dair məlumatlar yayılıb.
Hadisə Bakının Xəzər rayonunda qeydə alınıb. İddialara görə, üç ay əvvəl 15 yaşlı M.Nəsirov anası 35 yaşlı G.Nəsirovanın üzərinə qaynar su tökərək onu yandırıb. Araşdırmalar nəticəsində hadisənin qəsdən törədildiyi, M.Nəsirovu buna atası C.Nəsirovun məcbur etdiyi bildirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, ata və oğlu saxlanılıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məsələ ilə bağlı "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən hadisə bu ilin iyulun 2-də Binə qəsəbəsi Südçülük Sovxozu adlanan ərazidə qeydə alınıb:
"Yetkinlik yaşına çatmayan M.Nəsirli yaşadıqları evdə ehtiyatsızlıqdan anası G.Nəsirovanın üzərinə əlində olan qazanın içərisindəki qaynar suyu töküb. Nəticədə o, anasının sağlamlığına ağır dərəcəli bədən xəsarəti yetirib. Hadisənin hərtərəfli araşdırılması üçün Xəzər Rayon Polis İdarəsi tərəfindən həm M.Nəsirli, həm də ailə başçısı C.Nəsirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Hadisə ilə bağlı ilkin olaraq Xəzər RPİ-də qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma zamanı hadisənin həqiqətən də ehtiyatsızlıqdan baş verdiyi toplanmış materiallar əsasında sübuta yetirilib. Bu səbəbdən cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən 131.2 (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hadisəni törədən M.Nəsirli barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün toplanmış materiallar Xəzər Rayon Prokurorluğuna göndərilib. Lakin həmin şəxs barədə həbs qətimkan tədbirinin seçilməsi üçün təqdim edilən vəsatət rədd edilib”.
Araşdırmalardan sonra M.Nəsirli barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. İş üzrə saxlanılan ailə başçısı C.Nəsirovun isə şübhəli şəxs statusuna xitam verilib və o, saxlanıldığı Xəzər RPİ-nin Müvəqqəti Saxlama Yerindən azad olunub.
İstintaq davam etdirilir.
Oxşar xəbərlər
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
