Keçmiş MTN şefi 6 ildir özünü həbsdən necə qoruyur? (FOTO)
Dünya18 oktyabr 2021 16:34

Bu gün Eldar Mahmudovun işdən çıxarılmasının və başçılıq etdiyi MTN-çilərdən ibarət çetenin ifşa olunmasının 6-cı ili tamam olur. 2015-ci il oktyabrın 17-si prezidentin sərəncamı əsasında Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarıldı. Sərəncamdan dərhal sonra MTN-də həbslərlə müşayiət olunan ildırım sürətli yoxlamalar başladı. Məlum oldu ki, 2004-cü ildən Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən Eldar Mahmudov qurumu mahiyyətindən, təyinatından çox uzaq bir şəkilə salıb. Dövlətin, millətin təhlükəsizliyinə cavabdeh olan təşkilat faktiki olaraq dövlət üçün də, millət üçün də təhlükə mənbəyinə çevrilib.
Aydın oldu ki, qanunsuz dinləmələr, şantaj, nazirlərin "verbovkası”, nazirliklərin qeyri-rəsmi Eldar Mahmudova tabe etdirilməsi, onlardan aylıq, illik xərac toplanması, sahibkarlara qan uddurulması, qanunsuz həbslər həyata keçirilməsi, saxta, uydurma cinayət işləri üzərindən şəxsi ambisiyaların gerçəkləşməsi, ölkədən milyardlarla pul çıxarılması Eldar Mahmudovun mütəşəkkil cinayətkar qruplaşmasının gündəlik işi olub. Hətta Milli Məclis sədri Oktay Əsədovun qeyri-rəsmi olaraq Eldar Mahmudova tabe etdirilməsi kimi təkzib edilməyən iddia da var!

Mahmudov 11 illik nazirliyi dövründə rəhbərlik etdiyi qurumu o vəziyyətə salmışdı ki, ölkə rəhbərliyi son nəticədə MTN-in fəaliyyətinə xitam verməli oldu. 1991-ci ildə yaradılaraq birbaşa ölkə rəhbərinə tabe olan MTN ləğv edildi. Qurumun bazasında Dövlət Təhülükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidməti (XKX) yaradıldı. DTX rəisi postuna ilkin olaraq o zaman Penitensiar Xidmətin rəisi olan Mədət Quliyev təyinat alıb. 2019-cu ilin iyun ayında Mədət Quliyev bu vəzifədən azad edilərək müdafiə sənayesi naziri postuna göndərilib. Həmin il iyunun 20-də isə bu vəzifəyə vaxtilə qurumun rəhbərliyində olmuş Əli Nağıyev təyin olunub.
Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, ötən 6 ildə özünü həbsdən qoruya bilib. Bu gün də azadlıqdadır. Bundan başqa "MTN işi” çərçivəsində həbsə alınan generallarını, polkovniklərini də həbsdən çıxarmağı bacarır. MTN-çilərdən ibarət mütəşəkkil cinayətkar quldur dəstə üzvləri üzərində ayrı-ayrı məhkəmələrdə baş tutan proseslərdə belə "Eldar Mahmudov xofu” hiss olunur, "mahmudovçular”ın məhkəmələrdə hakimlərlə "özlərinin adamı” kimi davranırlar.
Hakimlərin əksəriyyəti "mahmudovçu”lara xüsusi münasibət sərgiləyir. Bu sırada Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev ilk yerdədir. Açıq məhkəmə prosesinə jurnalistləri buraxmır, Mövlam Şıxəliyevə "müəllim” sözünü deməkdən də yorulmur.

Hazırda onun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, MTN-nin şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. İttihama görə, Mövlam Şixəliyev və digərləri mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxş tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.
Eldar Mahmudovun ən yaxın çevrəsinə daxil olan bu şəxslərdən Vüsal Ələkbərov artıq 2-ci dəfədir ki, Bakı Hərbi Məhkəməsində mühakimə olunur. 2017-ci ildə Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə Vüsal Ələkbərovun cinayət işi araşdırılıb. Məhkəmə prosesi zamanı sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarılıb və cinayət işinin başlanması üçün Baş Prokurorluğa təqdimat göndərib. 4 il əvvəl göndərilən xüsusi qərardadın Eldar Mahmudova aid hissəsindən hələ də xəbər yoxdur. Mövlam Şıxəliyev isə 2021-ci ilin aprelində həbs edilib. Vüsal Ələkbərova gəlincə isə o zaman məhkəmə barəsində ittihamedici hökm çıxarıb. 12 il müddətinə azadlıqdan məhrum edilən Vüsal Ələkbərov polkovnik rütbəsindən məhrum edilib. Cəmi 1 il sonra isə Bakı Apelyasiya Məhkəməsi Vüsal Ələkbərovu azad edib. Azadlığa çıxandan 2 il sonra ona qarşı daha bir ittiham irəli sürülüb. Bu ilin sentyabrında sabiq rəisi Mövlam Şıxəliyev və digəriləri ilə birgə cinayət dosyesi növbəti dəfə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Yada salaq ki, Vüsal Ələkbərovun məhkəməsində Eldar Mahmudov və Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarıldığı günlərdə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Akif Çovdarov və digərilərinin işi üzrə proses keçirilirdi. Xüsusi qərardad verilənə qədər təmkinli davranan Akif Çovdarov və onunla birgə mühakimə olunanlar çox böyük narahatlıq keçirməyə başladılar. Akif Çovdarov aylardır davam edən məhkəməsində sükutu pozub aksenti dəyişdi, üstüörtülü, işarəli danışmaq taktikasına keçdi. Çovdarov Tağı Əhmədov epizodu üzrə olduqca sensasion fikirlər açıqladı. Tağı Əhmədovun çoxsaylı, qiyməti milyonlarla ölçülən mal-mülkündən, övladını Xarici İşlər Nazirliyinə yerləşdirib onun vasitəsi ilə ölkədən pul çıxarması və s. haqda danışmağa başladı. Ən ilginc məqam isə Akif Çovdarovun dilindən söylənən bu fikirlər idi.

Mövlam Şıxəliyev
Sitat: "Mən bilirdim ki, Tağının arxasında kim var, ona görə də bu məsələnin üstünə getmədik. Tağı Əhmədov 3 milyon yox, 15 milyon da versə idi, mən onu bağlaya bilməzdim. Tağı Əhmədovun arxasında kimin olduğunu da onun daha əvvəlki işində bildik. O, metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi. Biz həmin avtobusu nəzarətə götürdük. Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu, o, xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq, məsələni rəhbərliyə məruzə edəndə bizə dedilər ki, Tağı Əhmədovla işiniz olmasın”.Akif Çovdarov bu fikirləri Tağı Əhmədovla bağlı epizod üzrə keçirilən əvvəlki proseslərdə də deyə bilərdi. Amma danışmırdı. Çünki onun keçmiş şefinin ayağanı tapdayan yox idi. Eldar Mahmudov barəsində çıxarılan xüsusi qərardad da əslində ayaq tapdamaq deyildi. Ayaq tapdamağa hazırlıq idi. Akif Çovdarovun ifasında verilən qarşılıqdan sonra Eldar Mahmudovla bağlı sükut hələ də pozulmayıb. Xüsusi qərardad "tozlu arxiv” sənədi olaraq "yatır”.
Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı Bakı İstintaq Təcridxanasında asılmış vəziyyətdə aşkarlanıb.
Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərovun hər biri tək mühakimə olunub. Mirəziz Əsgərova 3 il cəza verilib. MTN generalı Akif Çovdarov isə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilə qədər iş kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum edilib. Nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri - Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilənlər Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Akif Çovdarov
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov isə 2017-ci ilin oktyabrında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 182 (hədə-qorxu yolu ilə tələb etmə), 302.1 (qanuni əsas olmadan əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi), 302.2 (qanuni əsas olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etmə) 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. O da adamlardan hədə-qorxu ilə pul alınması, telefonların gizli dinlənilməsi, MTN-in büdcəsindən vəsaitlərin mənimsənilməsi kimi əməllərdə təqsirləndirilib. Eldar Mahmudovun əmisi oğlu və köməkçisi olan Vüqar Mahmudov 2019-cu ilin noyabrında hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən prosesdə MTN-in büdcəsindən vəsaitlərin mənimsənilməsinə görə 1 il 6 ay, hakimiyyətdən sui-istifadəyə görə isə 1 il cəza verilməsi qərarlaşdırılıb. Bu cəzaları da qismən toplamaq yoluyla ona 2 il cəza təyin edilib. Cəza müddəti həmin il noyabrın 3-də başa çatdığına görə Vüqar Mahmudov məhkəmə zalından azadlığa buraxılıb. Hazırda Eldar Mahmudovun bandasının üzvlərindən yalnız Mövlam Şıxəliyev həbsdədir. Onun cinayət işinin araşdırılmasının hakim Elbəy Allahverdiyevə tapşırıldığını nəzərə alsaq, yaxın 2-3 ildə Mövlam Şıxəliyevin də azadlıqda olacağını söyləyə bilərik.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 2025 14:31
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 2025 02:19
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 2025 02:01
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 2025 00:38
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 2025 22:23
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 2025 12:09
- Elnur Şükürov da azadlığa çıxdı - Foto
13 sentyabr 2025 09:43
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 2025 22:45
- Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto
11 sentyabr 2025 11:37
Xəbər lenti
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 14:43
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 14:31
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
Video & Fotoqalereya
Video
Fotoqalereya