Ermənilər Sibirdə Hüseyn Cavidi bu cür öldürüb
Mədəniyyət24 oktyabr 2021 23:40
Hüseyn Molla Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə anadan olub. Müəllim kimi, ziyalı kimi tarixə düşən Hüseyn Cavid sovet hökuməti qurulanda Əhməd Cavad, Mikayıl Müşfiqlə bərabər Türkiyəyə köçmək təklifi alsa da, "bu vətəni kimə qoyaq gedək” deyərək Azərbaycanda qalır.
Sovetlərin ilk hakimiyyət illərində Hüseyn Cavidə toxunmasalar da, onu daimi izləyiblər. Hüseyn Cavid 1926-cı ildə Almaniyaya gedir və 7 ay Berlində yaşayır. Həmin müddət ərzində oradan ziyalıların mənəvi iztirablarını özündə əks etdirən bir sıra siyasi- lirik və lirik-epik şeirlər yazır. Bu səfəri onun bolşeviklərin diqqət mərkəzində olmasına səbəb yaradır. İlkin ittihamlarda onun Berlində keçmiş müsavatçılarla görüş keçirməsi barədə donoslar olur. Sonradan Hüseyn Cavidin İranda hüquqları pozulan azərbaycanlılara aid yazdığı dəstək şeirləri sovet kəşfiyyatını narahat etməyə başlayır... Artıq 1936-cı ildə həbs olunacağı barədə xəbərlər ona çatmağa başlayır. O, Mircəfər Bağırova xəstə olması və heç bir günahının olmadığı barədə məktub yazır. Lakin.... onu digər ziyalılar kimi həbs edirlər.
Hüseyn Cavid NKVD təcridxanasında 39-cu kamerada saxlanılırdı. Cavidin istintaq prosesi iki il bir ay çəkir.
Nəhayət, 1939-cu il iyunun 9-da keçirilmiş müşavirədə Hüseyn Cavid antisovet təşkilatda iştirak etdiyinə, həmçinin Türkiyənin casusu, müsavatçı-pantürkist ittihamları ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilir. İttiham sənədində yazılırdı: "1892-ci ildə (əslində şair 1882-ci ildə dünyaya gəlib) anadan olmuş, azərbaycanlı, bitərəf, Azərbaycan SSR vətəndaşı, 1918-ci ildən "Müsavat” partiyasının üzvü, ali təhsilini Türkiyədə almış Hüseyn Cavid haqqında arayış. Şair, müsavat ədəbiyyatının təbliğçisi olan H.Cavid "Yaşıl qələmlər”in üzvü, teatr texnikumunda müəllimdir. Hazırda Azərbaycan SSR XDİK-nın IV şöbəsinə məlumdur ki, Hüseyn Cavid müsavatçılarla əksinqilabi əlaqələr yaradır, onlarla milli söhbətlər aparır. H.Cavid gənc şairləri ətrafına toplayıb, onları müsavat yönümdə hazırlayır”.
Hüseyn Cavidin son günlərini keçirdiyi islah əmək düşərgəsinin rəhbərləri Şemmel və Çıvayan soyadlı NKVD kapitanları idi. Bu ermənilər hər gün onu təhqir edir, alçaldır, ən dözülməz tapşırıq verirdilər. Hüseyn Cavidin qışın günü qarın içində saxlayan erməni zabitlər bəzən gecə belə onu çağırıb, qarın içində ayaqyalın gəlməsi tapşırığın verirdilər. Məhz bu cür təzyiqlərə görə Hüseyn Cavid sepsisdən – iki ayağının pəncəsinin donması və ürək iflicindən 1941-ci il dekabrın 5-də, gecə saat 22:30-da Sibirdə dünyasını dəyişdi.
Azərbaycanda Hüseyn Cavidin ölümü haqqında qeydiyyat 1948-ci il martın 31-də aparılıb, ölüm şəhadətnaməsi isə 1948-ci il mayın 4-də ailəsinə verilib. Ölüm tarixi dəqiq göstərilsə də, vafat etdiyi yer bildirilməyib. Şairin dəfnində Məhbus Əlillər Evində olan dustaq azərbaycanlılar iştirak edib. Onlar Cavidi üzü qibləyə, Şevçenko kəndinindəki məzarlıqda dəfn ediblər.
Zaur Əliyev
Oxşar xəbərlər
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 2025 17:02
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
7 noyabr 2025 22:16
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
