"Həcər 10-15 kişiylə bir yerdə qalıb, Nigar qabiliyyətsizin biri olub"
Müsahibə26 oktyabr 2021 17:46
"Nigar hansı ideyaları özündə təmsil edir? Koroğlunun arvadıdır, acıq edib gedir dədəsigilə, nə bir qəhrəmanlığı var, nə qabiliyyəti, nə istedadı var, nə də xalq üçün nəsə edib...”
Bu sözləri Yenisabah.az-a Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O, Azərbaycan xalqının sevib, seçdiyi qəhrəmanların milli maraqlara xidmət etmədiyini qeyd edib: "Mən bir siyasətçi kimi bir ideallar barəsində sosioloji problem qaldırmışam. Elə idealları təbliğ edirlər ki, vətəndaşlar da müvafiq situasiyada həmin idealların hərəkətlərini təkrar eləsinlər. Sovet hökümətinin vaxtında bizə təbliğ edilən bütün ideallar kommunist ideologiyasına xidmət edirdi. Ona görə də böyük əksəriyyəti kasıb, varlılara qarşı, dinə qarşı mübarizə aparan obrazlardır. Artıq müstəqillik əldə etmişik, dinimizə qayıtmışıq, bu mənada sovet idealları yeni, müstəqil Azərbaycan dövlətinin gözlədiyi vətəndaşların tərbiyəsində rol oynaya bilməz. Oynayacağı təqdirdə də dövlətin maraqlarına zidd vətəndaşlar meydana çıxacaq. Mən o adamların şəxsiyyətinin əleyhinə deyiləm, sadəcə olaraq Azərbaycan dövləti vaxtilə rus, erməni qoşunlarına qarşı vuruşan adamlardan özünə qəhrəman seçməlidir. Eləcə də Azərbaycan tarixində çox yüksək keyfiyyətlərə malik, mübariz, savadlı, qabiliyyətli, ərinə, dövlətə, millətə sədaqətli qadın obrazları var. Həmin qadınları Azərbaycan xalqı üçün ideal kimi götürmək olar. Məsələn, Quba xanının bacısı Bikə xanım, Cavad xanın həyat yoldaşı Bəyim xanım, eləcə də Qacarın anası Ceyran xanım, bax bunlar Azərbaycan qadınının idealı ola bilər. Çünki Ceyran xanım əri öləndən sonra özü tək fars hakimiyyətinə qarşı vuruşub. Hətta bir vuruşmada 20 nəfər əlisilahlını məhv edib. Yəni o cür cəsarətli, döyüşkən qadın olub".
"Cavad xan öləndə ruslar istəyib ki, onun meyitini götürüb, təhqir etsinlər, Bəyim xanım əlində silah döyüşüb, meyiti özü ölənə qədər qoruyub. Özü də, övladları da vuruşaraq həlak olub. Ondan sonra ruslar gəlib meyiti götürüblər.
Quba xanının bacısı Bikə xanım ruslar dənizdən hücum edəndə kişi paltarı geyib döyüşə qatılıb. Həmin vaxt Quba xanı qalada olmayıb və bacısı heç kəsin onun qalada olmadığını bilməyini istəməyib. Ruslar qalanı tutmağa başlayanda, özünü həmin qaladan atıb.
Bir də Nigara baxaq: Nigar hansı ideyaları özündə təmsil edir? Koroğlunun arvadıdır, acıq edib gedir dədəsigilə, nə bir qəhrəmanlığı var, nə qabiliyyəti, nə savadı, var, nə də xalq üçün nəsə edib.
Götürək, Əslini: erməni qızıdır, Kərəmə aşiq olub.
Şirin: Fərhadı sevir, sonra sevdiyi adamın atası ona elçi düşür, ona ərə gedir.
Həcər: 10-15 nəfər kişiylə bir yerdə qalıb, Nəbi öləndə heç 40-ı çıxmamış iki dəfə erməniyə ərə gedib. Nəbi öləndən sonra 4-5 dəfə ərə gedib”, - Cəlaloğlu belə deyib.
Sərdar Cəlaloğlu "Koroğlu” dastanının 11 variantından danışıb.
O, qeyd edib ki, əlimizdə olan Koroğlu obrazı erməni mətnlərindən götürülüb: "Koroğlu, Babək kimi qəhrəmanlar varlılara qarşı mübarizə aparıblar. Biz bu gün müstəqillik əldə etmişik, bizə millətin, xalqın maraqları uğrunda mübarizə aparan qəhrəmanlar lazımdır. Biz sinfi cəmiyyət yaratmırıq ki, varlılara qarşı mübarizə aparan obrazları özümüzə qəhrəman edək. Koroğlu haqqında Təhmasibin yazdıqlarını oxuyun. Azərbaycanda Koroğlunun mətnləri erməni tarixçi Avetisyanın tarix kitabından götürülüb, şeirləri də başqa bir erməniyə aid kitabdan götürülüb. Və bu adam Azərbaycan xalqının qəhrəmanıdır. Gülməli şeylərdir. Dünyada "Koroğlu” dastanının 11 variantı var. Bunun bir variantı bizdədir, digər 10 variantda Koroğlu Səfəvilərə, Şah Abbasa qarşı mübarizə aparıb. Dolayısıyla, Koroğlu bizim milli dövlətçiliyimizə qarşı mübarizə aparan bir simvol olub. Ruslar da onu qəsnən tapıb çıxarıblar ki. Biz öz dövlətçiliyimizə qarşı vuruşan adamı ideal götürək”.
Partiya sədri Azərbaycan qadını üçün ideal sayıla biləcək obrazları sadalayıb: "Bu gün mən Azərbaycan xanımı üçün ideal obraz kimi İkinci Dünya müharibəsində snayperçi kimi ad çıxaran Ziba Qəniyevanı görürəm. Müharibə vaxtı 150 faşist öldürüb. Yaxud Şərqin ilk qadın təyyarəçisi -azərbaycanlı Leyla Məmmədbəyovanı götürə bilərik. İkinci Qarabağ Müharibəsində iştirak edən qadınlar haqda ətraflı məlumatım yoxdur, amma onlar arasında da qəhrəmanlıq göstərən qadınlar varsa, ideal kimi götürülə bilər. Onlar qala-qala heç bir xidməti olmayan insanları gətirib ideal eləmək düzgün deyil. Camaat bunları bilmir, elə bilirlər ki, Sərdar Cəlaloğlu qəhrəmanların əleyhinə danışır. Bu belə deyil. Elə obrazlar var ki, bir tarixi dövr üçün qəhrəmandır, amma başqa bir tarixdə həmin obraz qəhrəman sayıla bilməz. "Dədə Qorqud” dastanında Qaraca Çoban adlı bir obraz var, o milli həmrəyliyi özündə ifadə edən ən güclü obrazlardan biridir, amma baxın görün, onu təbliğ edən varmı? Tariximizdə bu cür nümunə götürməli o qədər obrazlar var ki... Ruslar isə buna icazə verməyib, elə adamları seçib ki, o ideallar Azərbaycan xalqının özü-özü ilə mübarizəsinə gətirib çıxarsın”.
Oxşar xəbərlər
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
