Sənaya təcavüz ediən Əsgərin anası DANIŞDI
Xalası qızı Sənay Yağmuru zorlamaqda şübhəli bilinərək həbs edilən Əsgər Ağayevin anası Sürəyyə Ağayeva səslənən iddialarla bağlı danışıb.
“Qafqazinfo”ya müraciət edən S.Ağayeva bildirib ki, həmin gün bacısı Zümrüd ona zəng edərək qızı Sənayın çöldə qaldığını, getməyə yeri olmadığını deyib: “Mənə dedi ki, Əsgərə denən evə getsin, Sənay orada qalsın. Həmin vaxt Əsgər layihə yazırdı, Zümrüdə dedim ki, özün zəng elə, danış. Onlar danışıblar, Əsgər də deyib ki, gəlib qalsın. Bizim evin birinci mərtəbəsində ancaq mətbəx yerləşir, ikinci mərtəbədə yataq otaqlarıdır.
Onların şikayətindən sonra da Əsgərlə danışdım. Dedi ki, Sənayla aralarında heç bir yaxınlıq olmayıb. Deyirdi o, mənim bacımdır, bacım olaraq da qalacaq. Səhər də durub gülə-gülə kofe içiblər. Sonra Sənay deyib ki, onlayn konfransa qoşulmalıdır, ardınca da hotelə gedəcəyini deyib. O gedəndən sonra Əsgər ona zəng edərək evdən çıxdığını deyərək gəlib-gəlməyəcəyini soruşub. Qız da hələ işi olduğunu deyib. Bu olanlar ötən il avqustun 24-də olub, Zümrüdgil avqustun 27-də şikayət etdilər".
Həmçinin oxuyun: Sənaya təcavüzdə ittiham olunan xalası oğlu saxlanıldı
“Baş prokurorun nəzarəti altında iş araşdırılsa da, heç bir hərəkət yoxdur” - Zümrüd Yağmur
S. Ağayeva deyir ki, istintaq vaxtı Sənay və Əsgərin telefonundan 3 aylıq zəng və mesaj tarixçələri götürülüb: "Onların arasında bir dəfə də zəngləşmə, mesajlaşma aşkar olunmadı. Polis də, prokurorluq da işi dəfələrlə, uzun müddət araşdırdı. Cinayət olmadığı üçün iki dəfə işə xitam verildi”.
Əsgər Ağayevin anasının sözlərinə görə, oğlu da ona böhtan atıldığını deyir: “Məndən soruşurlar ki, bacı bacıya necə şər ata bilər? Deyirəm ki, əgər qız ataya, ana öz ərinə şər atırsa, mənim oğluma niyə şər atmasınlar?”
Xatırladaq ki, Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını iddia edib. Əsgər Ağayev Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 2026 10:31
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
